İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya necə alınır?
Hüquq 12 May 2026, 12:55
690
Bəzi iş yerlərində işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya düşmədiyi bildirilir.
Citypost.az xəbər verir ki, hüquq mütəxəssisləri isə qeyd edirlər ki, bu məsələ əmək qanunvericiliyində konkret şəkildə tənzimlənir və bir çox hallarda işçinin həmin ödənişi tələb etmək hüququ var.
Mütəxəssislərin sözlərinə görə, əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə mütləq kompensasiya ödənilməlidir. Bu, işçinin qanunla qorunan hüquqlarından biridir və işəgötürən həmin ödənişi verməkdən imtina edə bilməz.
Hüquqşünaslar bildirirlər ki, bəzi hallarda işçilər illərlə məzuniyyətə buraxılmır və sonradan onlara “kompensasiya düşmür” cavabı verilir. Halbuki əmək qanunvericiliyinə əsasən, istifadə edilməmiş məzuniyyət günləri üzrə kompensasiya hesablanmalı və işçiyə ödənilməlidir.
Həmçinin oxuyun
Ekspertlər əlavə edirlər ki, işçinin müəyyən iş ili ərzində müxtəlif səbəblərdən məzuniyyətə çıxa bilməməsi məsələsi ilə əmək müqaviləsinə xitam verilərkən ödənilən kompensasiya anlayışı fərqli hüquqi məsələlərdir. Bu səbəbdən hər bir hal ayrıca qiymətləndirilməlidir.
Mütəxəssislər işçilərə tövsiyə edirlər ki, əmək hüquqları ilə bağlı yanlış məlumatlara inanmasınlar və belə hallarla qarşılaşdıqları zaman hüquqi məsləhət alsınlar.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Stress altında olan ilanlar öz quyruqlarını yeyə bilərmiş
Mütəxəssislərin sözlərinə görə, ilanlar həddindən artıq stres altında olduqları zaman qeyri-adi davranışlar nümayiş etdirə bilirlər.Citypost.az-ın məlumatına görə, bu davranışlardan ən maraqlı və təhlükəlilərindən biri isə bəzi hallarda öz quyruqlarını ov hesab edərək yeməyə çalışmalarıdır.Araşdırmalara görə, güclü stres, yüksək temperatur, uyğun olmayan saxlanma şəraiti və ya nevroloji problemlər ilanların davranış sisteminə təsir göstərə bilər. Nəticədə heyvanın ov instinkti ilə normal orientasiya qabiliyyəti pozulur və ilan öz quyruğunu yad bir canlı kimi qəbul edə bilir.Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə ovlanma və qidalanma instinkti o qədər güclü olur ki, ilan öz bədənini dişlədiyini dərhal fərq etmir. Bəzi hallarda onlar quyruqlarını udmağa qədər davam...
12 May 2026, 12:45
“Ərizə yaz, yoxsa çıxarılacaqsan” — DİQQƏT bu qanunsuz ola bilər
Əmək münasibətləri zamanı işçilərin ən çox qarşılaşdığı problemlərdən biri də iş yerində qanunsuz təzyiq və hüquq pozuntuları ilə bağlıdır. Xüsusilə “ərizə yaz, yoxsa işdən çıxarılacaqsan” kimi ifadələrin işçilərə qarşı təzyiq vasitəsi kimi istifadə olunması son illər tez-tez müzakirə olunur.Citypost.azın məlumatına görə,hüquq mütəxəssislərinin sözlərinə görə, bəzi hallarda işçilərin aylarla əməkhaqqının ödənilməməsi, illərlə yığılan əmək məzuniyyətindən istifadə etmələrinə icazə verilməməsi və ya həmin məzuniyyətə görə kompensasiyanın verilməməsi əmək qanunvericiliyinin pozulması hesab oluna bilər.Mütəxəssislər bildirirlər ki, işçinin xəstəlik səbəbindən aldığı əmək qabiliyyətsizlik vərəqəsinə — yəni “xəstəlik kağızına” görə ödənişlərin gecikdirilməsi də qanunvericilik çərçivəsində hüquqi məsuliyyət yarada bilər. Bəzi hallarda işçilər xəstəlik məzuniyyətindən qayıtdıqdan...
12 May 2026, 10:43
Evdə əvvəlki sakinlərin qeydiyyatda qalması problem yarada bilərmi?
Daşınmaz əmlak alqı-satqısı zamanı vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri də mənzildə əvvəlki sakinlərin qeydiyyatda qalması ilə bağlıdır. Xüsusilə evin yeni sahibi sonradan mənzildə əvvəlki mülkiyyətçinin və ya onun qohumlarının qeydiyyatda olduğunu aşkar etdikdə narahatlıq yaranır. Əsas suallardan biri isə budur: həmin şəxslər sonradan ev sahibindən pul və ya kompensasiya tələb edə bilərlərmi?Citypost.az xəbər verir ki,hüquqşünasların sözlərinə görə, ilk növbədə qeydiyyatda olmaq şəxsin avtomatik olaraq mülkiyyət hüququna malik olması demək deyil. Əgər şəxsin evdə payı və ya mülkiyyət hüququ yoxdursa, onun sadəcə qeydiyyatda qalması ev üzərində sahiblik hüququ yaratmır.Mütəxəssislər bildirirlər ki, mənzil satılarkən həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış...
11 May 2026, 12:47
Nikah dövründə alınan torpaq həyat yoldaşının razılığı olmadan satıla bilərmi?
Ailə münasibətləri zamanı ən çox yaranan hüquqi suallardan biri də nikah dövründə alınmış əmlakın satışı ilə bağlı olur. Xüsusilə vətəndaşlar tez-tez belə bir sual verirlər: “Torpaq həyat yoldaşımın adına alınıb, amma pulu mən vermişəm. Mənim razılığım olmadan həmin torpaq satıla bilərmi?”Citypost.az xəbər verir ki, hüquqşünasların izahına görə, əgər torpaq sahəsi rəsmi nikah dövründə əldə olunubsa, onun kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, həmin əmlak birgə nikah əmlakı hesab olunur. Yəni torpaq yalnız bir şəxsin adına olsa belə, qanun qarşısında ər və arvadın ortaq mülkiyyəti sayılır.Bu səbəbdən belə əmlakın satılması, bağışlanması və ya başqa formada özgəninkiləşdirilməsi üçün digər həyat yoldaşının notarial qaydada...
11 May 2026, 10:48
Kredit götürülərkən həyat sığortası varsa, borc kimə qalır?
Kredit müqaviləsi bağlanarkən bir çox hallarda banklar borcalanın həyat sığortası ilə təmin olunmasını tələb edirlər. Bu sığortanın əsas məqsədi borcalanın vəfatı və ya bəzi hallarda ağır əlillik vəziyyətində kredit borcunun necə ödəniləcəyini tənzimləməkdir.Citypost.az xəbər verir ki, əgər şəxs kredit götürərkən həyat sığortası rəsmiləşdiribsə və bu sığorta kreditlə bağlı xüsusi olaraq bankın xeyrinə bağlanıbsa, borcalan vəfat etdiyi halda qalan kredit borcu sığorta şirkəti tərəfindən ödənilə bilər. Yəni, belə hallarda borc adətən mərhumun vərəsələrinin üzərinə keçmir.Lakin burada çox vacib məqamlar var. Hər sığorta müqaviləsi eyni qaydada işləmir. Sığortanın şərtləri müqavilədə dəqiq göstərilir və ödənişin edilib-edilməməsi bu şərtlərdən birbaşa asılıdır.Məsələn, bəzi hallarda sığorta...
08 May 2026, 10:46
Borca görə həbs varmı? – İcra bildirişi alanlar üçün hüquqi izah
İcra orqanlarından daxil olan bildirişlərdə adətən göstərilir ki, borclu şəxs 10 gün ərzində öhdəliyini könüllü şəkildə yerinə yetirməlidir. Əks halda, qanunvericiliyə uyğun olaraq məcburi icra tədbirləri tətbiq ediləcək və bu barədə inzibati və ya digər məsuliyyət növləri ilə bağlı xəbərdarlıq edilir.Citypost.az xəbər verir ki, Bu cür bildirişlər bir çox insanlarda narahatlıq yaradır və əsas sual belə olur: “Ödəniş edə bilməsəm, həbs oluna bilərəmmi?”Məsələyə hüquqi baxımdan aydınlıq gətirək. Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına əsasən, borca görə birbaşa azadlıqdan məhrum etmə – yəni həbs – tətbiq edilə bilməz. Bu prinsip Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində də təsbit olunub. Yəni sadəcə borcunuzun...
07 May 2026, 11:15