Makronun Keniyadakı davranışı Fransada kəskin reaksiya doğurub
Dünya 12 May 2026, 17:04
626
mmanuel Makronun Keniyada keçirilən beynəlxalq forum zamanı davranışı Fransada siyasi mübahisələrə səbəb olub. Müxalif deputatlar prezidentin çıxışını müstəmləkəçi münasibət kimi qiymətləndiriblər.
AZƏRTAC xəbər verir ki, hadisə “Africa Forward” çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı baş verib. Məlumata görə, Makron çıxış edən natiqlərin sözünü kəsərək səhnəyə qalxıb və iştirakçılardan sakit olmalarını tələb edib.
Fransa prezidenti salondakı səs-küyə reaksiya verərək, mikrofonu aparıcının əlindən alıb və auditoriyaya müraciət edib. “Bağışlayın, amma burada bu qədər ilhamverici insanlar mədəniyyət haqqında danışarkən belə səs-küyün olması qəbuledilməzdir. Əgər ikitərəfli görüş keçirmək və ya başqa mövzular müzakirə etmək istəyirsinizsə, bunun üçün ayrıca yerlər var. Zalı tərk edin”, – deyə Makron bildirib.
Məsələyə siyasətçilərdən reaksiya gəlib. “Əyilməz Fransa” (LFİ) partiyasının deputatı Danyel Obono sosial şəbəkə platformasında paylaşım edərək Makronun davranışını tənqid edib. “Makron Afrika qitəsinə ayaq basan kimi özünü müstəmləkəçi kimi aparır”, – deyə deputat yazıb.
Həmin partiyadan olan digər deputat Nadej Abomanqoli isə hadisənin videosunu paylaşaraq, prezidentin davranışını ABŞ-nin məşhur “The Office” serialındakı obrazla müqayisə edib. “Bu, “The Office”dən Maylkl Skott deyil. Bu, Keniyada özünü müstəmləkəçi kimi aparan Fransa prezidentidir”, – deyə o qeyd edib.
Həmçinin oxuyun
Makronun çıxışı sosial mediada geniş rezonans doğurub. Bir çox istifadəçi Fransa prezidentinin davranışını tənqid edərək bunun Afrikaya münasibətdə köhnə paternalist yanaşmanın nümunəsi olduğunu bildirib.
Hadisə Fransa ilə Afrika ölkələri arasında münasibətlərin yenidən müzakirə olunduğu bir dövrdə baş verib. Son illərdə rəsmi Paris Afrikadakı təsir imkanlarının zəifləməsi və bölgədə artan rəqabətlə üzləşir.
Ekspertlər hesab edirlər ki, bu cür hadisələr Fransanın Afrikadakı imicinə əlavə zərbə vura bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hantavirus təhlükəsi: Kanadada vətəninə dönən sərnişinlər karantinə alındılar
Hantavirus infeksiyasının qeydə alındığı "MV Hondius" kruiz gəmisində səyahət edən daha dörd Kanada vətəndaşı ölkələrinə döndükdən sonra Səhiyyə Nazirliyinin nəzarəti altına alınacaq.Oxu.Az xəbər verir ki, bu informasiyanı SVS telekanalı yayıb.Həmin şəxslər 21 günlük karantin rejiminə cəlb olunmalıdırlar və bu müddətin 42 günə qədər artırılması ehtimalı var. May ayının 11-i Kanadaya çatan bu turistlərdə hələ ki hantavirusun heç bir əlaməti müşahidə edilməyib.Xatırladaq ki, mayın 8-də "MV Hondius"dan olan daha iki sərnişinin Kanadaya geri döndüyü və onların da tibb işçilərinin nəzarətində qalacağı açıqlanmışdı.Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Argentinadan Kabo-Verde istiqamətində Atlantik okeanında hərəkət edən Niderlanda məxsus "MV Hondius" gəmisində hantavirusun yayıldığını...
12 May 2026, 17:55
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
“Hizbullah” təslim olmayacaq və Livanı ABŞ-İsrail təcavüzündən qoruyacaq”.Citypost.az xəbər verir ki, bu barədə təşkilatın lideri Naim Qasım tərəfdarlarına yazılı müraciətində bildirib.“İslam müqavimət qüvvələri silahlarını yerə qoymayacaq. Döyüş meydanını tərk etməyəcəyik və onu İsrail əsgərləri üçün cəhənnəmə çevirəcəyik. Livan heç vaxt “Böyük İsrail”in bir hissəsi olmayacaq”, - Qasım bildirib.
12 May 2026, 17:40
Peskov Ukrayna münaqişəsinin başa çatmasının yaxın olduğunu bildirib
Rusiya hesab edir ki, sülh prosesi çərçivəsində irəliləyiş Ukraynadakı münaqişəyə son qoyulmasının yaxın olduğunu göstərir.AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin münaqişəyə tez bir zamanda son qoyulmasının mümkünlüyü ilə bağlı fikirlərini şərh edərkən deyib.Kremlin sözçüsü qeyd edib ki, Rusiya təmaslara açıqdır və ABŞ-nin davamlı vasitəçilik səylərini alqışlayır. Onun sözlərinə görə, artıq üçtərəfli formatda müəyyən işlər görülüb və münaqişənin dinc həlli üçün yaranan zəmin ona son qoyulmasının həqiqətən yaxın olduğunu göstərir.Lakin Dmitri Peskov konkret son tarixləri müzakirə etməyin hələ tez olduğunu vurğulayıb. O, humanitar atəşkəsin başa çatdığını və xüsusi hərbi əməliyyatın davam etdiyini xatırladıb....
12 May 2026, 15:08
Əraqçinin BRICS XİN rəhbərlərinin iclasında iştirakı planlaşdırılır
İran xarici işlər naziri Abbas Əraqçinin BRICS xarici işlər nazirlərinin iclasında iştirakı planlaşdırılır.APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Hindistan mediasına müsahibəsində deyib.O bildirib ki, İranla Hindistan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür və bu iki təşkilat çərçivəsində əməkdaşlıq və koordinasiya səviyyəsi yüksəkdir.Bəqai əlavə edib ki, bu iclas Tehran üçün önəmlidir.
12 May 2026, 14:36
Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxıb
Bu gün Svetitsxoveli Katedralında Gürcüstanın yeni seçilmiş 142-ci Katolikos-Patriarxı Müqəddəs Şio III taxta çıxıb.AZƏRTAC xəbər verir ki, bununla bağlı mərasim keçirilib.Təntənəli liturgiya zamanı yeni Patriarxa idarəetmə simvolları, yəni patriarxal mitr, eləcə də tac və xaç - panagiya təqdim edilib.Məbəddə hökumətin və Nazirlər Kabinetinin üzvləri, eləcə də "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili iştirak ediblər.
12 May 2026, 14:15
İsrail boykot edilmiş "Eurovision"un yarımfinal mərhələsinə vəsiqə qazandı
İsrail “Eurovision” Mahnı Müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin bu mərhələsi çərçivəsində İsrailin iştirakı bir sıra ölkələrin boykot qərarları fonunda ciddi siyasi müzakirələrə səbəb olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, yarış Vyanada keçirilir və bu il ümumilikdə 35 ölkə iştirak edir. Lakin İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar səbəbindən İspaniya, İrlandiya, Sloveniya, Niderland və İslandiya kimi ölkələr tədbirdən imtina edib, bəzi yayımçılar isə müsabiqəni yayımlamaqdan da imtina ediblər.Müsabiqə rəhbərliyi yaranmış vəziyyətlə bağlı bildirib ki, iştirakçı ölkələr arasında dialoqu qorumağa və yarışın siyasi gərginlikdən uzaq saxlanılmasına çalışırlar.Fələstin tərəfdarı fəalların Vyanada etiraz aksiyaları planlaşdırdığı da qeyd olunur. Onlar İsrailin müsabiqədə iştirakını tənqid...
12 May 2026, 11:03