İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Cəmiyyət 12 May 2026, 15:30
651
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.
Citypost.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.
Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub.
Yüksək səviyyəli qonaqlar və nümayəndə heyətləri üçün xüsusi zonalar ayrılıb. Burada dövlət və hökumət nümayəndələrinin qəbulu, ikitərəfli görüşlər, istirahət sahəsi və qidalanma xidməti üçün xüsusi məkanlar nəzərdə tutulub.
Açılış və bağlanış mərasimlərinin təşkil ediləcəyi tədbir zalı 6000 nəfərə qədər iştirakçını qəbul edə biləcək. Mövcud hazırlıq səviyyəsi forumun yüksək iştirakçı axınını, çoxsaylı paralel tədbirləri və beynəlxalq nümayəndə heyətlərinin qəbullarını uyğun şəkildə planlaşdırmağa imkan verir. Forumun əsas müzakirə və paralel tədbirlərinin olacağı zona 3,55 hektar sahəni əhatə edir və iclas zalları, tematik sessiyalar, BMT tədbirləri, paralel görüşlər və ikitərəfli danışıqlar üçün nəzərdə tutulub. Burada müxtəlif formatlı rəsmi və işgüzar görüşlərin eyni vaxtda keçirilməsi üçün şərait var. Forum zamanı gündə təxminən 300-ə qədər paralel sessiya, görüş və tədbirin keçirilməsi planlaşdırılır.
Tədbirdə BMT-nin 6 rəsmi dili - ərəb, Çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərində də sinxron tərcümə təmin ediləcək. Eyni zamanda, əlilliyi olan şəxslər üçün beynəlxalq işarə dili xidməti nəzərdə tutulub.
Bütün tədbir ərazisi üzrə 35-dən çox iaşə məntəqəsi nəzərdə tutularaq, məkanlar və açıq hava zonalarında yerləşdirilməklə iştirakçı axınının müxtəlif istiqamətlər üzrə paylanmasına və məkanda xidmət əlçatanlığının təmin olunmasına imkan verir.
İki hektar sahəni əhatə edən zonada isə "Media mərkəzi" ilə yanaşı, "Dəyirmi masa", "Xüsusi sessiya" və "Dialoq zalları" yerləşir. "Media mərkəzi"ndə iş sahəsi, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, TV studiyaları və media istirahət sahəsi mövcuddur. "Media mərkəzi"nin ümumi tutumu 600 nəfərdir. Burada eyni vaxtda isə 400 media nümayəndəsi işləyə bilər.
Ərazidə istirahət zonası da yaradılıb. Zonanın ümumi vizual və memarlıq yanaşmasında İçərişəhərdən ilhamlanan elementlərdən və Azərbaycan xalçaçılığına aid ornamentlərdən istifadə edilib.
Həmçinin oxuyun
Forum iştirakçıları üçün açıq hava formatında WUF13 Bulvarı yaradılıb. Bu sahə 2,5 hektar ərazini təşkil edir və iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və tədbir məkanında şəhər mühiti ab-havasını hiss etməsi üçün nəzərdə tutulub. Bulvar ərazisi "Expo zonası"na keçid və açıq ictimai məkan funksiyasını daşıyır.
"Urban Expo zonası" isə 3,5 hektar sahəni əhatə edir. Ərazidə ölkə pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, yerli və regional hakimiyyət orqanları, özəl sektor, qeyri-hökumət təşkilatları, fondlar, təhsil və tədqiqat qurumları üçün sərgi sahələri yerləşir. Ümumilikdə, 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu nəzərdə tutulub.
Forumun rəsmi mərasim komponentləri tədbir məkanının ümumi planlaşdırılmasında xüsusi nəzərə alınıb. Bayraq meydanı rəsmi mərasimlərin keçirilməsi üçün hazırlanıb və şəhər ab-havasının hiss olunması məqsədilə qala divarları motivləri ilə əhatələnib.
Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya edilib. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların məkana yönləndirilməsi proseslərinin idarə olunması icra ediləcək. Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına inteqrasiya olunub.
Qeydiyyat prosesi üçün olan sahədə eyni anda 70 nəfərə, saatda isə 1000 nəfərə xidmət göstərmək imkanı var. Əlilliyi olan şəxslər üçün ayrıca akkreditasiya və qeydiyyat masaları nəzərdə tutulub. Qeydiyyat əməliyyatları tədbirin tələblərinə uyğun olaraq Azərbaycan tərəfinin əməliyyat komandası tərəfindən qurulub və iştirakçı axınının mərhələli idarə olunmasına uyğunlaşdırılıb.
Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik və daxili şəbəkə infrastrukturu, simsiz şəbəkə avadanlıqları və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb.
Diqqətə çatdıraq ki, Bakının ev sahibliyi edəcəyi BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunan WUF13 dünyanın diqqətini yenidən ölkəyə yönəldəcək. İndiyədək 178 ölkədən 30 mindən çox iştirakçı tədbirə qatılacağını təsdiqləyib. Bu mühüm tədbirdə Azərbaycan dövləti tərəfindən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, bu regionların "yaşıl enerji zonası"na çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. Qeyd edək ki, WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.Bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və...
12 May 2026, 20:09
Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir
Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda,...
12 May 2026, 17:46
ADY-də qanvermə aksiyası keçirildi
“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.
12 May 2026, 17:20
Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:"Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq".Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ...
12 May 2026, 16:18
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
12 May 2026, 16:01
Səhiyyə Nazirliyi hantavirusla bağlı məlumat yaydı
Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir."Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə...
12 May 2026, 15:40