Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib
Cəmiyyət 12 May 2026, 16:18
662
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masa keçirilib.
Citypost.az xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin İcraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan mediasının dünyada sülhün təbliğatçısı olmasının vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşir:
"Yalan xəbər doğru xəbərdən altı dəfə sürətlə yayılır. Hətta yalan xəbəri təkzib etdikdə belə, bu, feyk informasiyanın yayılması qədər effekt vermir. Bizim mediamızın əsas hədəfi sülhü təbliğ etməkr, həqiqəti deməkdir. Sülh haqqında düşüncələrimizi bacardıqca peşəkar səviyyədə yaymalıyıq".
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında qeyd edib ki, Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var. Bu səbəbdən, media bütün bu proseslər fonunda ayıq-sayıq olmalıdır.
Keçmiş nazir əlavə edib ki, Vətən müharibəsindən sonra da bəzi böyük oyunçular Azərbaycana qarşı müxtəlif planlar həyata keçirməyə çalışıblar:
"Çalışırdılar ki, bir ocaq yaradaraq Azərbaycana qarşı fəaliyyətlərini davam etdirsinlər. Azərbaycanın qələbəsi böyük bir zəfərdir. Biz bu məsələdə çox həssas və diqqətli olmalıyıq. Azərbaycana və müttəfiqlərinə qarşı müxtəlif mərkəzlərin hələ də müəyyən məkrli planları var".
Milli Məclisin deputatı Fariz İsmayılzadə isə öz növbəsində Azərbaycanın Cənubi Qafqazda etibarlı tərəfdaş olmasına toxunub.
Həmçinin oxuyun
O həmçinin Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunaraq qeyd edib ki, bu ölkənin daxilində baş tutan fikir müxtəlifliyi səbəbindən bəzi qüvvələr sülh prosesinə zərbə vurmaq istəyir.
Deputat Rizvan Nəbiyev deyib ki, Azərbaycana son zamanlar edilən yüksəksəviyyəli səfərlər ölkənin dünyada baş verən proseslər fonunda etibarlı tərəfdaş olduğundan xəbər verir.
Tarixçi-alim Rizvan Hüseynov regiondakı proseslərdən bəhs edərək bildirib ki, hazırda Fransa öz nəzərlərini Cənubi Qafqaza çevirib:
"Azərbaycan regionun lider dövlətidir. Qarabağı azad etmək necə bizim üçün prioritet idisə, Azərbaycanın Cənubi Qafqazda liderliyini qoruması da elədir. Fransanın Ermənistanı alət kimi istifadə etməsi heç bir işə yaramayacaq".
Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə yekunlaşıb. (Report)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Şahbaz Şəriflə telefon danışığı aparıb
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə telefonla zəng edib.Bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.Məlumata görə, telefon danışığı zamanı hər iki lider Azərbaycan və Pakistan arasında mövcud olan qardaşlıq və strateji münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər.Tərəflər enerji, ticarət və xalqlar arasında əlaqələr daxil olmaqla bir sıra əsas sahələrdə əməkdaşlığın davamlı şəkildə genişlənməsini məmnunluqla qeyd ediblər.Pakistan Baş naziri Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu qlobal tədbirə ev sahibliyinin dünya şəhərsalma gündəliyinin inkişafına mühüm töhfə verdiyini bildirib.Prezident İlham Əliyev isə forumla bağlı göstərilən diqqətə görə təşəkkür edib və...
12 May 2026, 20:09
Fransanın Yeni Kaledoniyada seçici siyahısında dəyişiklik təşəbbüsü tənqidlə üzləşir
Mayın 8-də “Asia Pacific Report” saytında Kanakidə (Yeni Kaledoniya) 28 iyunda keçiriləcək əyalət seçkilərinə və Fransanın müstəmləkəçi siyasətinə həsr edilmiş məqalə dərc edilib.Bakı Təşəbbüs Qrupundan APA-ya verilən xəbərə görə, məqalədə BTQ-nin sosial media hesabında paylaşılmış posta istinad edilir, Fransanın Kanaki xalqına qarşı həyata keçirdiyi repressiv, müstəmləkəçi və yerli xalqların hüquqlarının məhdudlaşdırması ilə bağlı təşkilat tərəfindən qaldırılan məsələlərə yer ayrılıb.Məqalədə qeyd edilir ki, Fransa Baş nazirinin Kanakidə (Yeni Kaledoniya) əyalət seçkilərini rəsmən elan etməsinə dair qərarı rəsmi Parisin ərazi üzərində neokolonial nəzarəti saxlamaq və Kanak xalqının siyasi iradəsini zəiflətmək cəhdi kimi qiymətləndirilir. Çünki sözügedən seçkilər yalnız əyalətlərin tərkibini deyil, eyni zamanda,...
12 May 2026, 17:46
ADY-də qanvermə aksiyası keçirildi
“Azərbaycan Dəmir Yolları” QSC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.ADY-dən Citypost.az-a verilən məlumata görə, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.
12 May 2026, 17:20
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 16 və 17 mayda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
12 May 2026, 16:01
Səhiyyə Nazirliyi hantavirusla bağlı məlumat yaydı
Azərbaycanda epidemioloji vəziyyət sabitdir və narahatlıq üçün əsas yoxdur.Citypost.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, qurum Beynəlxalq Tibbi-Sanitar Qaydalar çərçivəsində müxtəlif ölkələrlə birlikdə profilaktik və sürətli cavab tədbirlərini koordinasiya edir."Qeyd olunur ki, insanlar adətən hantavirus daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi ilə təmas zamanı, o cümlədən gəmiricilərin ifrazatı ilə qarşımış tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində yoluxurlar. Virusun insandan insana ötürülməsi son dərəcə nadirdir və yalnız Amerikada rast gəlinən Andes növü ilə əlaqədar müşahidə edilir. Səhiyyə Nazirliyi epidemioloji vəziyyəti nəzarətdə saxlamaqla əhalini yalnız rəsmi mənbələrə istinad etməyə...
12 May 2026, 15:40
İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində mayın 17-22-də keçiriləcək "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı görülən işlərlə tanış olub.Citypost.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov dövlət başçısına görülmüş işlər barədə məlumat veriblər.Qeyd edək ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı...
12 May 2026, 15:30