Bizə yazın

Baku

-°C

USD

-

Bu ərazilərdə işıq olmayacaq

Cəmiyyət 25 May 2026, 08:28

407

Sabah Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 42 nömrəli Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Cəmşid Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Goranboyda bir neçə kəndin əkin sahələrini sel basdı

Goranboy rayonunda güclü yağışların yaratdığı sel bir sıra fəsadlara səbəb olub.Teleqraf-ın Qərb bürosu xəbər verir ki, yağan intensiv yağışlar nəticəsində Gorançay və Kürəkçay çaylarında suyun səviyyəsi artıb. Bu səbəbdən rayonun Veyisli, Qazançı və Goranlı kəndlərində əkin sahələrini sel suları basıb.Yaranmış vəziyyətlə əlaqədar olaraq sel sularının yaşayış məntəqələrinə dolmasının və təsərrüfatlara ziyan vurmasının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülür.Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir....

25 May 2026, 09:04

Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Citypost.az  xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 119 ailə - 535 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər....

25 May 2026, 09:00

Bu ərazilərdə qaz kəsiləcək 

Bu gün Bakının 4 rayonunun bir sıra ərazilərinin qaz təminatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar saat 09:00-dan işlər yekunlaşanadək Nərimanov, Nəsimi, Səbail və Yasamal rayonlarının (Y.V.Çəmənzəminli, Ə.Rəcəbli, S.Rüstəm, R.Rza, Tolstoy, Mərdanov qardaşları, B.Səfəroğlu, D.Əliyeva, İ.Səfərli, Ə.Topçubaşov, 8-ci Köndələn və O.Fərzəliyev küçələri və Bülbül prospektinin bir hissəsi) qaz təchizatında qısamüddətli fasilə yaranacaq....

25 May 2026, 08:41

Bakıda bu ərazilərdə tıxac var

Bakının bir sıra yollarında tıxac yaranıb.Citypost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə...

25 May 2026, 08:25

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib 

Fövqəladə Hallar Nazirliyi hazırda bəzi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.CityPost.az-ın  məlumatına görə, nazirlik bildirib ki, hazırda ayrı-ayrı rayonlarda yağıntılı və qeyri-sabit hava şəraiti müşahidə olunur, bəzi dağ çaylarından sel keçir. Həmçinin, yaxın günlərdə də yağışlı və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.FHN vətəndaşlara sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə hallarla üzləşdikdə isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edib.Nazirlik ildırım təhlükəsi ilə bağlı da xəbərdarlıq edib. Bildirilib ki, ildırım zamanı elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışılmamalı, açıq ərazidə elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanılmamalıdır. Avtomobildə olan şəxslərə isə hərəkəti...

24 May 2026, 23:16

Azərbaycan XİN Pakistana başsağlığı verib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.Bu barədə XİN-in "X" hesabında paylaşım edilib."Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanların faciəvi şəkildə həlak olması və bir çoxlarının yaralanması ilə nəticələnən mənfur terror hücumunu qətiyyətlə pisləyirik.Qurbanların ailələrinə dərin hüznlə başsağlığı verir və bu çətin dövrdə qardaş Pakistan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib."Bu cür terror aktlarına heç vaxt bəraət qazandırıla bilməz", - XİN-dən qeyd olunub....

24 May 2026, 14:18