Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub
Cəmiyyət 23 May 2026, 08:30
376
İraqlı professor Mutəz Muhy Əbdülhəmidin bu yaxınlarda ikinci nəşri işıq üzü görən “Şuşa – Azərbaycanın incisi” adlı kitabı İraqda səyahət ədəbiyyatı üzrə Naci Cavad əl-Saati mükafatına layiq görülüb. Mükafatın təqdimat mərasimi Bağdad Mədəniyyət Mərkəzində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İraqın tanınmış alimləri, ədəbiyyat tənqidçiləri, eləcə də Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə iştirak edib.
Mutəz Muhy Əbdülhəmid çıxışında kitabı haqqında qısa məlumat verib. Qeyd edib ki, Şuşa təkcə turistik məkan deyil, həm də tarix, mədəniyyət və qədim yaddaşın qovuşduğu mühüm bir mərkəzdir. Şəhər əsrlər boyu Qafqazın ədəbi, musiqi və memarlıq həyatında xüsusi yer tutub. Onun haqqında yazmaq gözəlliklə faciənin, keçmişlə bu günün arasında uzanan mürəkkəb bir tarixi xəttə toxunmaq deməkdir.
Müəllif əlavə edib ki, “Şuşa – Azərbaycanın incisi” adlı kitabda şəhərin zəngin tarixini, qədim şöhrətini və mədəni irsini geniş şəkildə təsvir edib. Əsərdə qeyd olunur ki, Şuşa bir zamanlar gözəllik və sənət aşiqlərinin üz tutduğu məkan olub. Təbiətinin ecazkarlığı, memarlıq zənginliyi və poetik mühiti şəhəri regionun ən seçilən mədəniyyət ocaqlarından birinə çevirib.
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Şuşa şəhərinin tarixi haqqında məlumat verib. Diplomat bildirib ki, Şuşa 2024-cü İslam dünyasının mədəniyyət paytaxtı elan edilib.
Diplomat Şuşanın Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin vətəni olduğunu xatırladaraq şəhərin təkcə ölkə daxilində deyil, bütün Qafqaz regionunda mühüm mədəniyyət mərkəzi kimi tanındığını bildirib.
Çıxışda işğal dövründə Şuşanın tarixi və dini abidələrinin ciddi dağıntılara məruz qaldığı diqqətə çatdırılıb. Bildirilib ki, hazırda şəhərin tarixi simasının bərpası istiqamətində genişmiqyaslı işlər aparılır, bir sıra məscidlər artıq bərpa olunub, digər abidələrdə isə restavrasiya işləri davam etdirilir.
Müvəqqəti işlər vəkili vurğulayıb ki, bütün çətinliklərə baxmayaraq, Şuşa öz Azərbaycan ruhunu qoruyub saxlayıb. O qeyd edib ki, şəhərin azad olunması ölkənin müasir tarixinin ən parlaq səhifələrindən biridir. “Bu gün Şuşa yalnız mədəniyyət mərkəzi deyil, həm də qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir”, – deyə diplomat əlavə edib.
Həmçinin oxuyun
İraqlı ədəbiyyatşünas professor Rza Kamil əl-Musəvi çıxışında adı çəkilən kitabın əsas xüsusiyyətləri barədə danışıb. Qeyd olunub ki, kitabın əsas bədii xüsusiyyətlərindən biri Şuşanın əsərin əsas qəhrəmanına çevrilməsidir. Şəhər mətn boyunca hiss edən, yaralanan, yaddaşını itirib yenidən qazanan canlı varlıq kimi təqdim olunur. Müəllif bununla böyük şəhərlərin müharibələrlə yox olmayaraq yaddaşda, musiqidə və mədəniyyətdə yaşadığını və sonradan dirçəldiyini göstərməyə çalışır.
Alim diqqətə çatdırıb ki, əsərdə Şuşanın memarlıq irsinə də xüsusi yer ayrılıb. Qədim bazarlar, daş tağlar, hamamlar, məscidlər və qala divarları sadəcə memarlıq nümunələri deyil, şəhərin mədəni kimliyini əks etdirən canlı simvollar kimi təqdim edilir.
Tədbirdə çıxışlarda, həmçinin qeyd olunub ki, müəllif bədii təsvirlə analizi bir araya gətirərək həm şəxsi müşahidələrini, həm də xalqımızın kollektiv yaddaşını oxucuya çatdırır. Əsər yalnız səyahət qeydləri deyil, həm də daşlarında və küçələrində tarixin izlərini daşıyan bir şəhərin hekayəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, iraqlı səyahətçi, yazıçı və hüquqşünas Naci Cavad əl-Saati İrsinin Qorunması Komitəsi tərəfindən mükafata layiq görülən kitab "Şuşa İli" ilə bağlı tədbirlər planı çərçivəsində Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə nəşr edilib.
Kitab “Qarabağ xanlığının paytaxtı Şuşa” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı iki fəsildən ibarətdir. Kitabın giriş hissəsində 44 günlük Vətən müharibəsi haqqında ümumi məlumatlar verən müəllif bu müharibənin baş verməsinin tarixi və siyasi səbəblərinə toxunub, həmçinin müharibə dövründə Azərbaycan Prezidentinin çıxış və müsahibələrindən sitatlar gətirməklə bir sıra məqamlara aydınlıq gətirib. Bu hissədə BMT-nin dörd məlum qətnaməsi, müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatlar da qeyd edilib.
Birinci fəsildə qədim dövrləri əhatə etməklə müasir dövrə qədər Şuşa şəhərinin tarixindən bəhs olunur. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının rəylərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır. Şuşa şəhərində insan məskunlaşmasının tarixinin Tunc dövrünə qədər gedib çıxdığı, sonrakı dövrlərdə isə bu şəhərin əsasının Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu mötəbər faktlarla təqdim edilir.
“Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyətinə dair mövzuları əhatə edən bir neçə yarımfəsildən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumatları qeyd edib. Şuşalıların yaratdığı mədəniyyətin nəinki Azərbaycan xalqının, həmçinin İslam dünyasının mədəni irsi baxımından unikal bir nümunə olduğu vurğulanıb. Bu hissədə müəllif Şuşa şəhərində inşa edilmiş maddi-mədəni abidələr, məscid, kilsə və ziyarətgahlar, karvansara və bazarlar, saraylar, muzey və kitabxanalar barədə, onların özünəməxsus memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qeyri-sabit hava mayın 25-dək davam edəcək - XƏBƏRDARLIQ
Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
22 May 2026, 20:22
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə ölkənizin hökumətinə və xalqına təbriklərimi çatdırıram.Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri qarşılıqlı maraqlara uyğun olaraq gələcəkdə də möhkəmlənəcək və inkişaf edəcək".
22 May 2026, 19:33
Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçiminə başlanılır
Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, mayın 23-ü saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.Müsabiqə üzrə vakansiya seçimi mayın 26-sı saat 11:00-dək davam edəcək. Müəllimlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur....
22 May 2026, 18:54
Niderland Kralı Prezident İlham Əliyevi təbrik edib
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zatı-aliləri cənab Prezident.Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.Bu bayram münasibətilə Azərbaycan xalqına firavanlıq diləyir və ən xoş arzularımı çatdırıram".
22 May 2026, 17:40
Tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində maarifləndirici tədbir təşkil edilib.Bu barədə Citypost.az xəbər verir ki, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.Tədbirə Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndələri, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsinin rəis müavini, Narkolojı dispanserin həkim-psixoloqu, Lənkəran Dövlət Universitetinin prorektoru, habelə müəllim heyəti və tələbələr iştirak ediblər.Tədbir çərçivəsində gənclərin asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə psixoaktiv maddələrin xüsusiyyətləri və insan...
22 May 2026, 17:38
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
“Deloitte” şirkəti tərəfindən ənənəvi olaraq təşkil edilən “Best managed companies” biznes mükafatının sahibləri müəyyən olunub.Citypost.az xəbər verir ki, “Azərsun Holdinq” də idarəetmənin peşəkar səviyyədə təmin edilməsi, şəffaflıq, həyata keçirilən layihələr və müsabiqənin digər şərtlərinə cavab verdiyi üçün ikinci dəfə təltif olunub. Mükafat şirkətlər qrupunun baş icraçı direktoru Savaş Uzana təqdim edilib.Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər.Adıçəkilən şirkətlər qrupu da 6 ay ərzində aparılan müvafiq yoxlama və müsahibələrdən uğurla keçərək adını qaliblər siyahısına yazdıra bilib. (APA)...
22 May 2026, 17:35