Bizə yazın

Baku

-°C

USD

-

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 50-yə çatıb

Dünya 23 May 2026, 09:20

236

Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması qərargahı məlumat yayıb.

Hazırda hadisə yerində axtarış işləri davam edir.

Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib. Hadisə baş verən vaxt mədəndə 247 nəfər işləyirmiş. Xilasedicilər 201 nəfəri təxliyə edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

CBS: ABŞ 3 gün ərzində İrana yeni zərbələrə hazırlaşır

ABŞ administrasiyası yaxın üç gün ərzində İrana qarşı mümkün yeni hərbi əməliyyatlara hazırlaşır.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, Pentaqon və ABŞ kəşfiyyat icmasının bəzi nümayəndələri mümkün hücum ehtimalına görə ABŞ-də mayın 25-də qeyd olunacaq Anım Günü münasibətilə nəzərdə tutulan üç günlük istirahət planlarını ləğv ediblər.Telekanalın məlumatında bildirilir ki, ABŞ Müdafiə Nazirliyi və kəşfiyyat strukturları Yaxın Şərqdə yerləşən bəzi bölmələrin əməliyyat zonasından çıxarılması fonunda xaricdəki Amerika hərbi obyektlərində şəxsi heyətlə bağlı siyahıları yeniləməyə başlayıblar.Qeyd olunur ki, bu addım İranın mümkün cavab tədbirləri ilə bağlı narahatlıqlar səbəbindən bölgədə ABŞ hərbi iştirakının azaldılması məqsədi...

23 May 2026, 08:55

Ukrayna Starobelskə zərbə endirildiyini təsdiqlədi

Ukrayna Starobelskə zərbə endirildiyini təsdiqlədiDünya23.05.202604:15369Ukrayna Baş Qərargahı Starobelskə zərbə endirildiyini təsdiqləyib, lakin hədəfin mülki obyekt olmadığını bildirib.Citypost.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.Açıqlamada qeyd olunub ki, Ukrayna ordusu yalnız hərbi infrastruktur və hərbi məqsədlər üçün istifadə edilən obyektləri hədəfə alır.Məlumata görə, 2026-cı il mayın 22-nə keçən gecə Rusiya tərəfinə aid bir sıra obyektlər vurulub. Onların arasında neft emalı zavodu, sursat anbarları və digər hərbi təyinatlı obyektlər olub. (Ölke.az)...

23 May 2026, 08:19

Magyar: Macarıstan Ukraynaya hərbçi göndərməyəcək

Macarıstanın Baş naziri Peter Magyar ölkəsinin Ukraynaya hərbçi göndərmək niyyətində olmadığını açıqlayıb.Citypost.az APA-a istinadən xəbər verir ki, O, bu barədə “Zeit im Bild” nəşrinə müsahibəsində danışıb.“Xeyr, biz Ukraynaya macar əsgərləri göndərməyi planlaşdırmırıq”, – deyə Magyar bildirib.

23 May 2026, 08:00

Paşinyan: Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir 

Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) statusunu yalnız Ermənistanın özü müzakirə edə bilər.Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşiyan jurnalistlərə açıqlamasında bildirib.“Aİİ status məsələsinə gəlincə, Aİİ-nin qaydalarına əsasən, bu statusu yalnız Ermənistanın özü müzakirə edə bilər. Yəni üzv ölkə özü ittifaqdan çıxmaq barədə qərar verə bilər, başqa prosedur nəzərdə tutulmayıb. Lakin istənilən məsələni müzakirə edə bilərik. Hesab edirəm ki, tərəfdaşlarımızın sualları yarana bilər və biz bütün suallara məmnuniyyətlə cavab verəcəyik”, – deyə Ermənistanın Baş naziri jurnalistlərlə söhbətində bildirib.Bundan əvvəl mayın 9-da Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, İrəvan Avropa İttifaqında, yoxsa Aİİ-də iştirak məsələsi ilə...

22 May 2026, 17:54

Əfqanıstanda azyaşlılarla nikah qanuniləşib 

Əfqanıstan hakimiyyəti ölkədə doqquz yaşından etibarən qızların nikaha daxil olmasını qanuniləşdirib.Citypost.az xəbər verir ki, Trend-ə xəbər verir ki, bu barədə Əfqanıstan mediası "Həyat yoldaşlarının ayrılması prinsipləri” adlı sənədə istinadən məlumat yayıb.Qeyd edilib ki, “Taliban” faktiki olaraq qızlar üçün müəyyən edilmiş minimum nikah yaşını ləğv edib və nikaha daxil olmaq hüququnu cinsi yetkinliyin başlanması ilə əlaqələndirib.Məlumata görə, qızlarda cinsi yetkinlik səkkiz yaşdan 13 yaşadək dövrdə başlaya bilər.Bundan əvvəl, “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlməsindən öncə, 1977-ci il qanununa əsasən nikah üçün minimum yaş qızlar üçün 16, oğlanlar üçün isə 18 yaş idi. Bununla yanaşı, 16 yaşdan kiçik qızlar atanın və ya hakimin icazəsi...

22 May 2026, 17:50

İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb 

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri İran Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 3300 raket və pilotsuz uçuş aparatı (PUA) atıb.AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Praqada keçirilən beynəlxalq təhlükəsizlik konfransında bildirib.“İranın hücumu bizim üçün ən pis ssenari idi, amma düşünürəm ki, bunun öhdəsindən çox yaxşı gəldik. Biz yetərincə möhkəm, çoxqatlı hava hücumundan müdafiə sistemi qurmuşuq. Müharibənin 40 günü və ondan sonrakı müddətdə BƏƏ-ni hədəfə alan raket və dronlarının ümumi sayı təxminən 3300-ə çatır”, - deyə o qeyd edib.Qarqaşın sözlərinə görə, bu raket və dronların yalnız 4 faizə qədəri BƏƏ-dəki hədəflərinə çatıb. ...

22 May 2026, 17:28