Bizə yazın

Baku

-°C

USD

-

Azər Həsrət: Paşinyan Putinin seçki planlarını poza bilər  

Cəmiyyət 05 İyun 2026, 08:35

326

Siyasi şərhçi Azər Həsrət Ermənistanın daxili siyasəti ilə bağlı maraqlı iddia ilə çıxış edib.

Citypost.az xəbər verir ki, siyasi şərhçi sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə bildirib ki, Rusiya Ermənistanda keçiriləcək seçkilər ərəfəsində bu ölkəyə gedən ermənilər vasitəsilə seçki nəticələrinə təsir göstərməyə çalışır. Azər Həsrətin sözlərinə görə, Kremlin məqsədi Rusiyada yaşayan ermənilərin Ermənistana gedərək keçmiş prezident Robert Köçəryan lehinə səs verməsini təmin etməkdir.

Şərhçi qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunun qarşısını almaq üçün Rusiyadan ölkəyə gələn kişilərin 25 günlük hərbi toplanışlara cəlb olunmasını nəzərdə tutan qərar qəbul edib.

Azər Həsrət hesab edir ki, belə bir şəraitdə Rusiyada yaşayan ermənilərin böyük hissəsi könüllü şəkildə Ermənistana getməkdə maraqlı olmayacaq. O, paylaşımında bu addımın Kremlin planlarını çətinləşdirə biləcəyini vurğulayıb.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb 

Prezident İlham Əliyev Azərbaycanın ev sahiblik etdiyi Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.

05 İyun 2026, 11:25

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb 

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 8 qanun layihəsi daxil edilib.İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.Qeyd edək ki, Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.

05 İyun 2026, 11:24

Azərbaycan Danimarkanı milli bayram münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Danimarkanı milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki,  bununla bağlı nazirliyin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib."Danimarka Krallığının Milli Günü münasibətilə ölkə hökuməti və xalqını səmimi qəlbdən təbrik edirik", - paylaşımda qeyd olunub.

05 İyun 2026, 11:15

Jurnalist: Bu imtahanı qeyri-iş günündə keçirmək olmazdımı?

Jurnalist Kərəm Ələsgərov 4-cü siniflər üçün keçirilən monitorinq imtahanı ilə bağlı bir sıra suallar səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə əvvəlcə monitorinqdə iştirak edən bütün şagirdlərə uğurlar arzulayıb. Daha sonra isə imtahanın dərs gününə təsadüf etməsinin məqsədəuyğunluğu ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edib.Kərəm Ələsgərov qeyd edib ki, monitorinqin keçirildiyi gün rəsmi dərs günüdür və bu səbəbdən imtahanın təşkilinin tədris prosesinə təsiri ilə bağlı suallar yaranır. O, yalnız 4-cü sinif şagirdlərinin deyil, həmin məktəblərdə təhsil alan digər sinif şagirdlərinin dərs prosesinin necə təşkil olunacağına da aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.Jurnalist həmçinin nəzarətçi kimi imtahana cəlb olunan...

05 İyun 2026, 10:21

İradə İsak: Bizdə yanlış edənlər fenomenə çevrilir

Çox sevilən aktyor Ozan Güvən sevgilisini döyüb. Qadın üzü-gözü gömgöy halda şəkillər paylaşıb. Ondan sonra Ozan Güvən Türkiyədə heç bir yerə sərbəst gedə bilmir. Onu görən qadınlar restoranda, klubda ayağa qalxıb, ona öz etirazlarını bildirir, olduğu yerdən uzaqlaşdırırlar. Ozan Güvənin sosial şəbəkə hesablarında abunələrin sayı da kəskin azalıb. Cəmiyyət diri olanda insanlığı ölməyə qoymur.Citypost.az xəbər verir ki, tanınmış jurnalist İradə İsak facebook səhifəsində bildirib."Bizdə isə yanlış hərəkət edən, danışan, cəmiyyətin mənəviyyatını dağıdaraq, digər əməllər, sözlər, məsuliyyətsiz çıxışlarla gündəmi bəzəyən insanlar fenomenə çevrilir. Hətta daha çox görünür, daha çox qazanırlar. Bəzən adi bir adam mühüm şəxsə çevrilir! Təəssüf ku, bu, faktdır, cəmiyyətimizdə riyakarlıq...

05 İyun 2026, 10:16

Tamilla Qulami: Marketlər alıcını əlavə xərclərə sövq edir

Ümid Partiyası sədrinin müavini Tamilla Qulami marketlərin satış strategiyaları ilə bağlı diqqətçəkən paylaşım edib.Citypost.az xəbər verir ki, sosial şəbəkə hesabında ərzaq alış-verişi zamanı müşahidə etdiyi məqamlardan bəhs edərək bildirib ki, marketlərdə ən çox tələbat olan məhsullardan biri sayılan çörəyin rəflərinin adətən mağazanın ən son hissəsində yerləşdirilməsi təsadüfi deyil.Tamilla Qulaminin sözlərinə görə, alıcı çörəyə çatana qədər market boyunca hərəkət edir və bu zaman əvvəlcədən almağı planlaşdırmadığı bir çox məhsulla qarşılaşır. Nəticədə isə ilkin ehtiyac üçün mağazaya daxil olan şəxs gözlədiyindən daha çox alış-veriş etmiş olur.Siyasətçi hesab edir ki, marketlərin əsas satış üsullarından biri insanların ehtiyaclarını daim göz önündə saxlamaq və onları...

05 İyun 2026, 10:14