Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub
Hadisə 02 Avqust 2026, 13:18
1419
ABŞ Prezidenti Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinin səbəbi məlum olub.
İsrailin N12 telekanalı xəbər verir ki, Donald Trampın İrana planlaşdırılan hücumu ləğv etməsinə səbəb olan əsas amillərdən biri İranın xarici işlər naziri Abbas Əraqçinin gecə saatlarında qətərli vasitəçilər və ABŞ tərəfindən hazırlanan kompromis təklifini qəbul etməsi olub.
Təklif Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanı nəzərdə tutur.
Təklifə əsasən, Hörmüz boğazı vasitəsilə körfəzə daxil olan gəmilər İranın dəniz məkanından, körfəzdən çıxan gəmilər isə Omanın dəniz məkanından hərəkət edəcəklər.
Həmçinin oxuyun
Məlumata görə, Oman da bu təklifə razılıq verib. Bununla yanaşı, Maskat Tehrandan Abbas Əraqçinin razılığının İran İnqilab Keşikçiləri Korpusunun da mövqeyini əks etdirib-etdirmədiyinə dair aydınlıq gətirilməsini istəyib.
Bundan əlavə, iki yüksək vəzifəli ABŞ rəsmisi və danışıqların təfərrüatına bələd olan digər mənbənin bildirdiyinə görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman şənbə günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq onun İrana qarşı genişmiqyaslı hücum planından narahatlığını ifadə edib.
Həmçinin gecə saatlarında Qətər və Pakistan da daxil olmaqla vasitəçi ölkələrin rəsmilərinin münaqişənin yenidən genişlənməsinin qarşısını almaq üçün fəal diplomatik səylər göstərdiyi barədə məlumat yayılıb. Bildirilib ki, onlar İran və ABŞ rəsmiləri, o cümlədən Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparıblar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Goranboyda yeniyetmə evdə ölü tapıldı
Goranboyda evdən meyit tapılıb.Citypost.az xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb.Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
01 Avqust 2026, 09:00
Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın olub
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş verən yanğının qarşısı alınıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
31 İyul 2026, 15:15
Oğuzda narkotik satıcıları saxlanıldı
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən 65 yaşlı Ehtiram Məmmədov və 53 yaşlı Qafur Abdurahmanov saxlanılıblar.Citypost.az xəbər verir ki, onlardan marixuana aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə sözügedən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
31 İyul 2026, 14:58
Bakıda münaqişə qətllə nəticələndi
İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.Citypost.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O. Yusubov aldığı xəsarətlərdən ölüb.Hadisəni törədib qaçan S. Camalovu polis əməkdaşları saxlayıblar.Faktla bağlı araşdırma aparılır.
30 İyul 2026, 22:15
Gəncədə partlayış: Yaşlı qadın yanıq xəsarətləri aldı
Gəncədə qadın evinin həyətində yandırdığı ocağın partlaması nəticəsində yanıq xəsarətləri alıb.Citypost.az , hadisə şəhərin Depo qəsəbəsi adlanan ərazisində qeydə alınıb.Belə ki, şəhər sakini 1956-cı il təvəllüdlü M.Abbasova hər iki əllərinin və üz nahiyəsinin yanıq diaqnozu ilə xəstəxanaya yeləşdirilib.Dərhal ona yardım edilib, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
30 İyul 2026, 19:05
Qaxda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Qaxda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı hadisə yerində ölən şəxs rayonun Əmbərçay kənd sakini 60 yaşlı Tacəddin Əhmədovdur.Yaralılar 44 yaşlı Xəyal Abdul oğlu Həşimov, 52 yaşlı Zaur Səid oğlu Abdullayev və 66 yaşlı Novruz Şəmil oğlu Manafovdur.Yaralılar müayinə və müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
30 İyul 2026, 18:35