İlkin Əhmədov da zamanla Mənsum İbrahimovlaşdı
Cəmiyyət 02 Avqust 2026, 13:46
1474
Açığı, İlkin Əhmədovu ilk dəfə muğam müsabiqəsində görəndə sevinmişdim.
Sevinmişdim ki, deyəsən, yavaş-yavaş sənətkar yetişir, məsələn, qulağımız daha Mənsum İbrahimovun qulağa yatmayan səsini eşitməkdən bezar olmayacaq, fərqli səs eşidəcəyik.
Ancaq təəssüf ki, belə olmadı. İlkin Əhmədov da zamanla Mənsum İbrahimovlaşdı.
O həlim, gözəl səsini qışqırığ, hay-küy əvəzlədi.
Məncə, İlkin Əhmədovun ən birinci və ən böyük problemi odur ki, özünü Məhəbbət Kazımova oxşatdı. Yəni məsələ oxşatmaq yox, oxşatmaq istəyinin alınmamasıdır.
Əslində, tək İlkin Əhmədova yox, vaxtı ilə səsi xüsusi eşidilən bir çox ifaçı zamanla manıslaşdı, toybaşlaşdı.
Halbuki o səslər onları dünyasəviyyəli edə, ən azından, Alim Qasımov kultunu belə qıra bilərdilər. Məsələn, başqa bir nümunə kimi Mirələm Mirələmovu da demək olar.
Təəssüf ki, Mirələm Mirələmovun da artıq əlində mikrofon yox, eıə bil, ələm var.
Doğrudur, məsələn, kimsə deyə bilər ki, ifaçı neyləsin? Pul qazanmalıdır, toya getməlidir və s.
Sözsüz, başa düşürəm, kifayət qədər haqlı nüansdır. Ancaq belə məsələlər dinləyicinin və sənətin çox da vecinə deyil.
Hazırlıqlı dinləyici, oxucu hara getdiyini, nə etdiyini bilmir, məhsulu gözləyir. Ciddi sənət bilmir ki, toylarda hansı bozbaş mahnılarla özünü məhv etməyə məcbur qalırsan. Digər tərəfdən, toya gedən, eyni zamanda sənət göstərən müğənni nümunələri də olduğu üçün, bu arqument də təsir gücünü bir qədər itirir.
Bu səbəb, hər nə qədər daşdan keçən nüans olsa da, fakt öz faktlığını, sənət də öz mahiyyətini qoruyur.
Şübhəsiz ki, İlkin Əhmədovun səsi var, ancaq o, artıq o səsdən, səsinin əvvəlki cəsarətindən istifadə edə bilmir. Başqa sözlə, gənc yaşında artıq səsi qorxur, zilə çıxanda səndələməsə də, büdrəyir.
İlkin Əhmədov artıq səsinin bir konfort məqamını tapıb və oradan çıxmaq istəmir, çıxa bilmir, notlar onun üzünə baxır, o da notların.
İlkin Əhmədov indi muğama canlı sənət nümunəsi kimi yox, dövlət əmlakı kimi yanaşır. Adama elə gəlir, artıq hər zəngulədən sonra yuxarılara hesabat göndərirlər ki, narahat olmayın, heç bir improvizasiya baş vermədi, salamatlıqdır.
O, əlindən gələni edir ki, heç bir xüsusi performans olmasın, sənət göstərməsin, ortabablıqla sənət ömrünü başa vursun.
Qəribə bir mənzərə var. Əslində, İlkin Əhmədov bütün notları yerinə düz qoyur. Nəfəsdə, texnikada problem yoxdur, ancaq nədənsə, musiqi yerinə düşmür.
Bu mənada, məncə, muğam düzgün oxunanda yox, doğru hiss olunanda yaşayır.
Görünür, İlkin Əhmədov artıq muğamı doğru hiss edə bilmir.
İmprovizasiya o qədər yoxa çıxıb ki, adam ifa başlayanda yox, bitəndə təəccüblənir.
İndi İlkin Əhmədovun ifalarına ən yaxşı halda belə demək olur:
“Pis deyil”. Di gəl, problem də məhz buradadır.
Təəssüf ki, o səs getdikcə adamı yormağa başlayır.
Günün birində də o səs adamların başına düşəcək, bununla da muğam, o ifalar yenə eksponat mahiyyəti daşıyacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İkram Kərimov vəfat etdi
Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib.Bu barədə E-hüquq.az məlumat yayıb.Qeyd edək ki, İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb.1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan...
02 Avqust 2026, 13:03
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn edilib.CityPost.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları və yaxınları iştirak ediblər.Qeyd edək ki, dəfndən əvvəl Xalq şairi ilə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.Xatırladaq ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.
02 Avqust 2026, 12:57
Sabah Bakda 35°, rayonlarda 39° dərəcə isti olacaq
Avqustun 3-də gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.Bakıda və Abşeron yarımadasında imal-şərq küləyi əsəcəkBakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 22-25° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacaqSabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın...
02 Avqust 2026, 12:54
Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb.CityPost.az xəbər verir ki, nekroloqda deyilir:Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Heydər Əliyev mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadə 2026-cı il avqustun 1-də ömrünün 96-cı ilində vəfat etmişdir.Nəriman Həsənzadə 1931-ci il fevralın 2-də Qazax rayonunun Poylu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1949–1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almış, 1957–1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur.1962-ci ildə indiki Bakı Dövlət...
02 Avqust 2026, 12:47
Ana dilimiz – bizi biz edən müqəddəs miras
Dilimiz vüqarımız, ruhumuz və mənəvi kimliyimizdir
01 Avqust 2026, 14:59
Azərbaycan dili və dövlət siyasəti: müasir çağırışlar və ana dilinin qorunması
Müstəqilliyin mühüm atributlarından biri dövlət dilidir və Azərbaycan bu baxımdan zəngin tarixi irsə malik ölkələr sırasındadır. Dünyada elə xalqlar var ki, onların ana dili müxtəlif tarixi-siyasi səbəblərdən dövlət dili statusuna malik deyil.
01 Avqust 2026, 12:26