Bizə yazın

Baku

-°C

USD

-

Ana dilimiz – bizi biz edən müqəddəs miras

Cəmiyyət 01 Avqust 2026, 14:59

43448

Dilimiz vüqarımız, ruhumuz və mənəvi kimliyimizdir

Ana dili... Bu iki kəlmənin içində bir xalqın minillik tarixi, ananın pıçıltılı laylası, babaların hikmətli öyüdü və millətin varlıq pasportu gizlənib. Dil yalnız insanlar arasında sadə bir ünsiyyət vasitəsi, yaxud fikri ifadə etmək üçün təkan verən səs toplusu deyildir. Dil – bir xalqın genetik yaddaşı, onun dünyanı duyma, qavrama və sevmə biçimidir. Bizi biz edən, tarixin amansız tufanlarından, assimilasiya fırtınalarından sağ-salamat çıxarıb bu günə çatdıran ən böyük sığınacağımız, ən sarsılmaz qalamız məhz ana dilimizdir.

Dünya mütəfəkkirləri hər zaman dilin insan və millət həyatındakı ilahi yerini xüsusi vurğulamışlar. Məşhur alman filosofu İohann Qottlib Fixte yazırdı: “Dil bir xalqın ruhudur; xalq öz dilində düşünür, öz dilində duyur və öz dilində yaşayır.” Fransız mütəfəkkiri Volter isə dili millətin azadlığı ilə eyniləşdirərək bildirirdi ki, bir xalqı kölə etmək üçün əvvəlcə onun dilini əlindən almaq kifayətdir. Həqiqətən də, torpağını itirən xalq onu günün birində geriyə qaytara bilər, lakin dilini itirən millət öz ruhunu, mənliyini və varlığını əbədi olaraq itirir.

Azərbaycan dili – füsunkar musiqisi, şeir kimi axıcı ahəngi və dərin söz ehtiyatı ilə dünya dilləri arasında bənzərsiz bir incidir. Şərqin böyük ustadı Məhəmmədhüseyn Şəhriyar bu dilin əsilliyni, bənzərsizliyini və bədii qüdrətini uca səslə bəyan edərək yazırdı:

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Böyük şairimiz Bəxtiyar Vahabzadə isə ana dilinin milli varlığımızdakı müqəddəs yerini, onun ruhumuza layla ilə süzüldüyünü və əcdadlarımızdan qalan ən qiymətli miras olduğunu necə də dəqiqliklə və yanğı ilə nəzmə çəkmişdi:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə miras verdiyi

Qiymətli xəzinədir… onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Səməd Vurğun da ana dilini qəlbimizin ən zərif simi adlandırır, onun susması ilə gönlümüzün nəğməsinin batacağını xatırladırdı. Hər bir azərbaycanlı üçün ana dili ananın südü kimi halal, Vətən torpağı kimi müqəddəsdir. Anasının laylasını duyduğu dildə düşünməyən, öz dilinin incəliklərinə vaqif olmayan, onun saflığı üçün çırpınmayan insan öz kökündən, mənəvi bulağından qopmuş kimsəsiz bir yarpaq kimidir.

Bu gün qloballaşan, sərhədlərin itdiyi müasir dünyada ana dilimizi qorumaq, onu yad və yersiz kəlmələrin təsirindən təmiz tutmaq hər birimizin mənəvi vicdan borcudur. Şair Tofiq Bayram öz doğma dilinə ögey münasibət bəsləyənlərə, onu bilməyənlərə qarşı qəzəbini od kimi püskürərək yazırdı:

Mən nankor deyirəm, nacins deyirəm –

Öz ana dilini bilməyənlərə!

Bu dil şirinlikdə şərbət kimidir,

Saflığı qorunan sərhəd kimidir,

Anamız Vətən də qürbət kimidir –

Öz ana dilini bilməyənlərə!

Dilimizə daxil olan yersiz xarici kəlmələr, laqeyd münasibət və onun saflığına vurulan hər bir xələl – əslində milli kimliyimizə vurulan gizli bir zərbədir. Böyük maarifçi Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərində acı göz yaşları ilə fəryad etdiyi ana dili dərdi, bu gün də hər bir ziyalının, hər bir vətəndaşın qəlbində bir oyanış zəngi kimi çalmalıdır.

Dilimizi sevmək – təkcə onda danışmaq deyil; dilimizi sevmək – onun hər bir sözünü bir ziynət əşyası kimi qorumaq, onu cilalamaq, gənclərimizə bu dilin füsunkar gözəlliyini aşılamaq və gələcək nəsillərə büllur kimi saf, toxunulmaz şəkildə ötürməkdir. Çünki ana dili – millətin əbədiyyət nəğməsidir. Bu nəğmə nə qədər uca və saf səslənərsə, xalqımızın varlığı da bir o qədər əbədi, məğrur və sarsılmaz olacaqdır.

Şəmsi Qoca

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qeyri-sabit hava ilə bağlı daha bir - Xəbərdarlıq 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edibMüraciətdə deyilir:"Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır.Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə xüsusilə diqqətli olmağı tövsiyə edir. Yağıntı zamanı yol örtüyünün sürüşkənləşməsi, görünüş məsafəsinin azalması və dağlıq ərazilərdə duman hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər.Sürücülərdən sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və ani tormozlamadan çəkinmək, xarici işıq cihazlarından düzgün istifadə etmək,...

20 Sentyabr 2026, 16:07

2023-cü ildən 20 Sentyabr Şəhid Qanı günü oldu...Mirşahin Ağayev

Xəbər verdiyimiz kimi,“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir.Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.Bu əlamətdar gün münasibəti...

20 Sentyabr 2026, 12:52

Sabah Bakıətrafı ərazilərə qısamüddətli yağış yağacaq, dağlıq rayonlarda leysan olacaq 

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasında gündüz 26-30° isti olacaqŞimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq.Dağlıq və dağətəyi rayonlarda leysan olacaqSabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı...

20 Sentyabr 2026, 12:32

DİN: Tarixi missiya uğurla yerinə yetirilib - VİDEO 

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın Zəfər salnaməsində xüsusi yerə malikdir.Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.Qeyd edilib ki, onların döyüş yolu - şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət nümunəsidir....

20 Sentyabr 2026, 11:35

Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, leysan olub - FAKTİKİ HAVA 

Sentyabrın 20-si saat 10:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.Düşən yağıntının miqdarı Göygöldə 24, Daşkəsəndə 18, Gəncədə 10, Gədəbəydə 4, Sarıbaş, Goranboyda 2, Balakən, Bərdə, Tovuz, Oğuz, Altıağac, İsmayıllı, Ağdam, Ceyrançöl, Qubada 1 mm-dək qeydə alınıb.Daşkəsən, Şahdağ, Şahbuz, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50 m-dək məhdudlaşır.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 21 dərəcəyədək isti müşahidə olunub....

20 Sentyabr 2026, 11:13

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür.CityPost.az-ın  məlumatına görə, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib.Nazirlər Kabinetindən verilən məlumata görə, Dövlət...

20 Sentyabr 2026, 09:20