Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
Cəmiyyət 26 İyun 2026, 08:00
371
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Citypost.az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.
Həmçinin oxuyun
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Artıq Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda bu küçədə hərəkət məhdudlaşdırılacaq
Bakıda Abbasqulu ağa Bakıxanov küçəsinin bir hissəsində təmir işlərinə başlanılacaq.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə iyunun 26-sı səhər saatlarından Abbasqulu ağa Bakıxanov küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində təmir işləri aparılacaq.Bu səbəbdən qeyd olunan ərazidə görülən işlərdən asılı olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.AAYDA sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmağı və istiqamətlərinə uyğun alternativ marşrutlardan istifadə etməyi xahiş edib....
26 İyun 2026, 08:26
Ötən tədris ilində 760 məktəb təmir edilib
Azərbaycanda 2025-2026-cı tədris ilində 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.Bildirilib ki, ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı 2025-2026-cı tədris ilində baş tutub. Ölkə üzrə 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.Qeyd olunub ki, bu gün ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub....
25 İyun 2026, 17:55
MN rəhbərliyi Baş Klinik Hospitalda olub
Müdafiə Nazirliyinin rəhbər heyəti 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Baş Klinik Hospitalı ziyarət edib.Nazirlikdən Citypsot.az-a verilən xəbərə görə, ziyarət çərçivəsində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onların müalicə prosesi və səhhəti ilə yaxından maraqlanıb.Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların tezliklə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Daha sonra şəxsi heyətə bayram sovqatları təqdim edilib.Hospitalın peşəkar tibb kollektivinin hərbi qulluqçuların müayinə,...
25 İyun 2026, 17:33
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata əsasən həftə sonu ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, iyunun 26-sı günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında yağış yağacağı, 27-si axşamdan 28-i səhərədək isə leysan xarakterli olacağı gözlənilir. Gecə saatlarında yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Yağıntılı hava şəraitinin iyunun 28-i gündüz saatlarınadək davam edəcəyi gözlənilir. İyunun 28-də güclü şimal-qərb küləyi əsəcək.“Azərbaycanın rayonlarında fasilələrlə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı,...
25 İyun 2026, 17:22
Azərbaycan və Avropa İttifaqı ikitərəfli gündəliyi müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.Azərbaycan və Aİ...
25 İyun 2026, 17:00
Ötən il 764 xarici diplom tanınmayıb
2025-2026-cı tədris illərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5607 müraciət daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili ilə bağlı hesabatında məlumat verilib.Bildirilib ki, bunlardan 4030 müraciətin ekspertizası həyata keçirilib:"1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısında Türkiyə (1400), Rusiya (998) və Ukrayna (593) yer alıb"....
25 İyun 2026, 16:48