Bizə yazın

Baku

-°C

USD

-

Politoloqdan Pirşağı çimərliyi ilə bağlı çağırış

Cəmiyyət 08 İyul 2026, 09:11

396

"Çimərlik mövsümü başladıqdan keçən qısa müddətdə dənizdə boğulanların sayı artıb. Çimərliklərlə bağlı daha bir təhlükəyə toxunmaq istəyirəm. Şənbə və bazar günlərində çimərliklərə nəqliyyat vasitələri ilə gedənlərin sayı çoxalır. Axşam dənizdən geri qayıdarkən, yollarda sıxlıq yaranır. Vaxtilə İDEA İctimai Birliyi ictimai çimərliklər yaradıb. Bunlardan biri də Pirşağı qəsəbəsindədir”.

Citypost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu facebook-da jurnalist Xalidə Gərayın çimərliklə bağlı yazısına şərh yazarkən deyib. 

Politoloq, bildirib ki, nəqliyyat vasitələrinin Pirşağıdakı İctimai çimərlikdən geri qayıtmaları əsl məşəqqətə çevrilib:“Məsələ burasındadır ki, çimərlik Bakı-Novxanı-Sumqayıt yolunun sağ tərəfindədir. Nəqliyyat vasitəsi ana yola çıxmaq üçün həm sağ, həm də sol tərəfi gözləməlidir. Ancaq bu yol o qədər yüklənib ki, hər iki tərəfi gözləyərək ana yola çıxmaq çətindir. Doğrudur, həmin yolda sürət həddi 40 km/s və 50 km/s göstərilib. Ancaq çox az nəqliyyat vasitəsi həmin sürətə riayət edir."

Elxan Şahinoğlu daha sonra əlavə edib ki, bu səbəbdən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə təklif yazdım ki, Pirğaşı çimərliyi istiqamətində işıqforun qoyulması faydalı olar. Mənə cavab yazdılar ki, əsas yolda əlavə ləngimələrə səbəb olacağı baxımından hazırda svetofor obyektinin quraşdırılması məqsədəmüvafiq hesab edilmir. Halbuki, özüm dəfələrlə şahidi olmuşam ki, yayda axşam saatlarında həmin kəsişmədə qəza təhlükəsi yaşanır.

Politoloqun sözlərinə görə,əgər Pirşağıdakı İctimai çimərliyə işıqforun qoyulması məqsədəuyğun hesab edilmirsə, nədən bir qədər irəlidəki Goradildəki İctimai çimərliyin girişində işıqfor qoyulub? Bu suala Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən cavab gözləyirəm”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı metropoliteni ilə sərnişin daşımaları artıb 

Bu ilin I yarısında Baki metropolitenı ilə 112 milyon səfər, ötən ilin I yarımili ilə müqayisədə 0,3 % artım qeydə alınıb.Metropolitendən Citypost.az-a verilən məlumata görə, sərnişinlərin 62 %-i Qırmızı, 34 %-i Yaşıl, 4 %-i isə Bənövşəyi xətt üzrə daşınıb.Məlumata görə, Bakı metropoliteni üzrə I yarımilin lideri 10 032 772 sərnişinlə “Koroğlu” stansiyası olub.Qeyd olunur ki, 819 536 sərnişinlə 3 aprel tarixi I yarımilin ən çox sərnişin daşınan günü olub."NFC və QR bilet vasitəsilə ümumilikdə 53 173 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 %-ni təşkil edib", - məlumatda vurğulanır.Bildirilir ki, “Əlçatan metro” xidməti...

08 İyul 2026, 11:35

Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışları davam etdirilir

4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.Əlavə məlumat veriləcək.

08 İyul 2026, 11:26

Hava kəskin dəyişdi: Leysan və güclü külək

İyulun 8-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti...

08 İyul 2026, 11:10

İlham Əliyev İordaniya Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.Citypost.az xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlət başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəyə səfərə dəvət edib.Dövlət başçısı ölkədə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və...

08 İyul 2026, 10:55

Zaur Əhməd: Təltiflərdə cəbhədə xidmət göstərən hərbçilərin haqqı da nəzərə alınmalıdır  

"Unikal" saytının baş redaktoru Zaur Əhməd Müdafiə Nazirliyində bir qrup hərbi qulluqçunun təltif olunması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif ediliblər.Zaur Əhməd qeyd edib ki, təltif olunanlarla yanaşı, səngərlərdə ağır şəraitdə xidmət edən və böyük fədakarlıq göstərən çoxsaylı zabitlərin də əməyinin qiymətləndirilməsinə ehtiyac var.Baş redaktor diqqətə çatdırıb ki, Qarabağ müharibəsinin ən ağır dövrlərində, 1994-cü...

08 İyul 2026, 10:30

XİN: Azərbaycan və Boliviya əlaqələri inkişaf edəcək

Bu gün Azərbaycan ilə Boliviya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur.Citypost.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib."Bu əlamətdar gün münasibətilə dost Boliviya xalqına və dövlətinə ən səmimi təbriklərimizi çatdırır, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümid edirik!", - paylaşımda qeyd olunub.

08 İyul 2026, 10:23