Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda qaz olmayacaq

Cəmiyyət 29 İyun 2026, 11:49

452

Sumqayıt şəhərində 1200 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən  verilən məlumata görə, şəhər ərazisində 159 mm-lik yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar iyunun 29-da saat 13:00-dan etibarən 1200 abonentin qaz təchizatı dayandırılacaq.

Qaz təchizatının təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcəyi gözlənilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu il yerli ərzaqlıq buğdanın bir tonu 400 manata tədarük olunacaq 

Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib.CityPost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir....

29 İyun 2026, 12:46

Sabahın havası açıqlanıb 

Sabah Azərbaycanda hava necə olacaq?İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir...

29 İyun 2026, 12:37

Hakim bəraət hökmü və şərti məhkumetmə ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.CityPost.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:- cinayət hadisəsi olmadıqda;- şəxsin əməlində cinayət tərkibi olmadıqda;- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı...

29 İyun 2026, 11:53

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir! 

İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur.Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb."1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir.Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur.İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq.Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək", - məlumatda bildirilib....

29 İyun 2026, 11:20

Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqlənib 

“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri təsdiqlənib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin dəyəri Azərbaycan manatı ilə ifadə olunmalıdır.

29 İyun 2026, 11:13

Prezident Birinci Türkoloji Qurultayın 100 illik yubiley tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az  xəbər verir ki, müraciətdə deyilir:"Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını...

29 İyun 2026, 11:10