Bizə yazın

Baku

-°C

USD

-

İlon Mask Kristofer Nolanın "Odisseya" filmini sərt tənqid edib

Dünya 08 İyul 2026, 11:02

285

Dünyanın ən varlı adamlarından biri olan İlon Mask rejissor Kristofer Nolanın "Odisseya" filmi ilə bağlı sərt açıqlama verib.

Mask sosial şəbəkə hesabında paylaşdığı fikirdə Nolanı qədim yunan şairi Homerin irsinə hörmətsizlik etməkdə ittiham edib. O, rejissorun filmdə verdiyi bəzi qərarları tənqid edərək bunların mükafat qazanmaq məqsədi daşıdığını iddia edib.

Bu açıqlama filmin rəsmi treylerinin "YouTube" platformasında çoxsaylı mənfi rəylərlə qarşılanması fonunda səsləndirilib. Bildirilir ki, treyler yüz minlərlə "bəyənməmə" toplayıb, aktyor heyəti və filmin ümumi konsepsiyası ilə bağlı geniş tənqidlər səsləndirilib. Bunun ardınca "Universal Studios" X sosial şəbəkəsində paylaşıma edilən şərhləri bağlayıb.

Məlumata görə, tənqidlər əsasən aktyor seçimi, obrazların təqdimatı, Amerika aksentindən istifadə, müasir üslubda dialoqlar və tarixi dövrə uyğun hesab edilməyən geyim dizaynı ilə bağlı olub.

Kristofer Nolan isə layihəni müdafiə edərək bildirib ki, aktyor heyətinin müxtəlifliyi və yaradıcı yanaşma filmin mifoloji interpretasiyasının bir hissəsidir. Bununla belə, bəzi tənqidçilər bu yanaşmanın tarixi dastanların ənənəvi təsvirindən uzaq olduğunu düşünürlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran ABŞ-ı razılaşmanı pozmaqda ittiham edib  

İran Xarici İşlər Nazirliyi ABŞ-ın gecə saatlarında həyata keçirdiyi hücumlardan sonra rəsmi bəyanat yayıb.Citypost.az İran KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, İslamabad Anlaşma Memorandumunun imzalanmasından iyirmi gündən az müddət sonra, iyunun 21-də verilmiş ümumi lisenziyanın ləğv edilməsi ABŞ-ın etibarsızlığının və üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinin növbəti sübutudur.Tehran iddia edib ki, son iyirmi gün ərzində Vaşinqton həm birbaşa addımları, həm də İsrailin Livana qarşı hərəkətləri vasitəsilə memorandumun müxtəlif müddəalarını dəfələrlə pozub.XİN vurğulayıb ki, İran İslam Respublikası iyunun 18-də imzalanmış Anlaşma Memorandumu çərçivəsində üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirib. Bununla yanaşı, ABŞ administrasiyasının əvvəlki kimi öhdəliklərini pozduğu və bunu müxtəlif...

08 İyul 2026, 11:06

Rutte Putini NATO ilə "oynamamağa" çağırır

NATO-nun Ankarada keçirilən sammitinin ikinci günü ərəfəsində alyansın baş katibi Mark Rutte Rusiya Prezidenti Vladimir Putinə sərt mesaj ünvanlayıb.Citypost.az BBC-ə istinadən xəbər verir ki, Rutte jurnalistlərə açıqlamasında NATO-nun öz ərazisini qətiyyətlə müdafiə edəcəyini vurğulayıb."NATO məğlub edilə bilməz. Biz müdafiə ittifaqıyıq. Heç vaxt heç kimə hücum etməyəcəyik. Həyat tərzimizi, demokratiyalarımızı və ərazimizin hər qarışını qoruyacağıq. Ona görə də bizimlə zarafat etməyin, bizimlə oynamayın", – deyə baş katib bildirib.Mark Rutte əlavə edib ki, Ankara sammitinin yekununda qəbul olunacaq bəyannamədə Rusiyanın NATO üçün uzunmüddətli təhdid kimi qiymətləndiriləcəyini gözləyir.Əli...

08 İyul 2026, 10:53

ABŞ İrana neft sanksiyalarını bərpa etdi

ABŞ İranın Hörmüz boğazından keçən gəmilərə hücumlarına cavab olaraq Tehrana qarşı neft sanksiyalarını yenidən tətbiq edib.Citypost.az Reuters agentliyinə istinadən xəbər verir ki,Vaşinqton İranın boğazda gəmi hərəkətinə təhlükə yaratmasını "tamamilə qəbuledilməz" adlandırıb və bunun nəticəsiz qalmayacağını bildirib.Məlumata görə, bu açıqlamadan sonra dünya bazarında neftin qiyməti təxminən 5 faiz artıb.Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi iyun ayında Tehran və Vaşinqton arasında əldə olunmuş razılaşma çərçivəsində İrana avqustun 21-dək neft satışına icazə vermişdi. Lakin iyulun 7-də bu müddət dəyişdirilərək iyulun 17-dək endirilib.Məlumatda qeyd olunur ki, son günlər Hörmüz boğazında üç gəmi hücuma məruz qalıb. Bunun ardınca ABŞ qüvvələri iyulun 7-də İranda 80-ə yaxın hədəfə...

08 İyul 2026, 10:31

Avropada ən böyük sintetik narkotik partiyası müsadirə olundu

İspaniya və Niderland polisinin keçirdiyi birgə əməliyyat nəticəsində 947 kq MDMA narkotik vasitəsi ələ keçirilib. Bu, Avropada indiyədək müsadirə olunmuş ən böyük sintetik narkotik partiyasıdır.Citypost.az "Unikal" bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.İspaniya polisinin məlumatına əsasən, sintetik narkotik maddəni Cənubi Amerikaya göndərmək və orada kokainlə dəyişmək planlaşdırılırmış. Əməliyyat zamanı hər iki ölkədə ümumilikdə 15 nəfər saxlanılıb ki, onlardan da 12-si barəsində həbs qətimkan tədbiri seçilib.Əməliyyat zamanı MDMA ilə yanaşı, 644 çətənə kolu, üç ədəd odlu silah, 46 000 avro nağd pul və beş ədəd lüks qol saatı müsadirə olunub....

08 İyul 2026, 09:55

Şahzadə Harri “Daily Mail”in naşirinə qarşı məhkəmə iddiasını uduzub

Şahzadə Harri və daha altı iddiaçı “Daily Mail” və “Mail on Sunday” qəzetlərinin naşiri olan “Associated Newspapers” şirkətinə qarşı qaldırdıqları şəxsi həyata müdaxilə ilə bağlı işi uduzublar.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hakim qərarında bildirib: “İddiaçılar qanunsuz məlumat toplama ilə bağlı irəli sürdükləri ittihamları sübut etmək üçün kifayət qədər dəlil təqdim edə bilməyiblər”.Şahzadə Harri və digər tanınmış şəxslər iddia edirdilər ki, qəzetlər xəbərlərin hazırlanması zamanı qanunsuz üsullarla şəxsi məlumatlar əldə edib. “Associated Newspapers” isə bu ittihamları qəti şəkildə rədd edirdi. Məhkəmə qərarında qeyd olunub ki, bu cür ciddi ittihamların sübuta yetirilməsi üçün şübhələr deyil, inandırıcı və konkret dəlillər tələb olunur....

08 İyul 2026, 09:38

Venesuelada zəlzələ qurbanlarının sayı 3 685 nəfərə çatıb

Venesuelada zəlzələ qurbanlarının sayı 3 685 nəfərə çatıb.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bolivar Respublikasının Milli Assambleyasının rəhbəri Xorxe Rodriqes öz "Telegram" kanalında bildirib.Onun təqdim etdiyi gündəlik hökumət hesabatına əsasən, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb.190 tikili tamamilə dağılıb, 856 bina isə ciddi ziyan görüb. Axtarış-xilasetmə tədbirləri çərçivəsində 6 462 nəfəri xilas etmək mümkün olub, 25 970 nəfər xəstəxana və müalicə müəssisələrində tibbi yardım alıb. 86 794 ailəyə dəstək göstərilib, ehtiyacı olanlara 9 603 ton ərzaq çatdırılıb.Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya...

08 İyul 2026, 09:22