Bizə yazın

Baku

-°C

USD

-

Zaur Əhməd: Təltiflərdə cəbhədə xidmət göstərən hərbçilərin haqqı da nəzərə alınmalıdır  

Cəmiyyət 08 İyul 2026, 10:30

366

"Unikal" saytının baş redaktoru Zaur Əhməd Müdafiə Nazirliyində bir qrup hərbi qulluqçunun təltif olunması ilə bağlı fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, müdafiə naziri Zakir Həsənovun əmri ilə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə", general-mayor Elmir İbrahimov "Hərbi xidmətdə fərqlənməyə görə" I dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə "Şücaətə görə" medalı ilə təltif ediliblər.

Zaur Əhməd qeyd edib ki, təltif olunanlarla yanaşı, səngərlərdə ağır şəraitdə xidmət edən və böyük fədakarlıq göstərən çoxsaylı zabitlərin də əməyinin qiymətləndirilməsinə ehtiyac var.

Baş redaktor diqqətə çatdırıb ki, Qarabağ müharibəsinin ən ağır dövrlərində, 1994-cü il aprelin 11-də Ağdam istiqamətində gedən döyüşlərdə Sumqayıt batalyonunun şəhid olmuş 12 döyüşçüsünün xidmətləri 33 ildir lazımi səviyyədə qiymətləndirilməyib.

Onun sözlərinə görə, həmin şəhidlərin heç biri medal ilə təltif olunmayıb. Zaur Əhməd aidiyyəti qurumları bu məsələyə diqqət yetirməyə və şəhidlərin haqqının bərpa olunmasına çağırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafa Rafael Fiziyevin hərəkətini TƏNQİD ETDİ

Dünyəvi dövlət prinsipinin qorunması unitar dövlət qədər önəmlidirModern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.Deputat bildirib ki, Azərbaycanın dünyəvi dövlət prinsipinin qorunması ölkənin unitar dövlət quruluşunun qorunması qədər vacib məsələdir. Onun sözlərinə görə, son dövrlər xüsusilə cənubdan, qərbdən və azərbaycanlıların yaşadığı müxtəlif xarici ölkələrdən bu prinsipə mənfi təsir göstərən meyillər müşahidə olunur.Fazil Mustafa qeyd edib ki, bu cür hallara artıq ölkə daxilində də rast gəlinir. O, yaxın vaxtlarda keçirilən qaydasız döyüş yarışını nümunə göstərərək bildirib ki, Azərbaycanı təmsil edən idmançı meydana milli musiqi əvəzinə mərsiyə sədaları altında çıxıb, zalı da həmin sədalara qoşaraq dini...

08 İyul 2026, 11:50

Şair pasportu ilə gəzən "şairciklər", yaxud sənətdə makulatura dövrü  

Müasir Azərbaycan ədəbi mühiti, təəssüf ki, sənətin daxili tərəzisindən çox, xarici parıltıların, kəmiyyətin və inzibati iddiaların hökm sürdüyü xaotik bir mərhələni yaşayır. Bu gün ədəbiyyatımızda baş qaldıran mənfi tendensiyalar sadəcə zövqsüzlük problemi deyil, sözün müqəddəsliyinə və sənət meyarlarına qarşı yönəlmiş sistemli bir aşınmadır. Bu böhranı bir neçə fundamental nöqtədən tənqidi şəkildə təhlil etmək olar. İlk növbədə, sənətin ən böyük bəlası — meyarsızlıq və institusional deqradasiyadır. Vaxtilə ədəbi prosesin tənzimləyicisi, keyfiyyət süzgəci rolunu oynayan rəsmi ədəbi qurumlar, Yazıçılar Birliyi və digər birliklər bu gün sənət meyarı olmaq funksiyasını itirib. Yaradıcılıq vəsiqələrinin, titulların və mükafatların hansı prinsiplərlə paylandığı, o qapılardan kimlərin maneəsiz keçdiyi...

08 İyul 2026, 11:48

Elçin Məmmədov Avropa Şurasının nümayəndələri ilə görüşdü

Azərbaycanda səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Canluka Espozito ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib.Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Elçin Məmmədov Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin əhəmiyyətini vurğulayaraq, insan hüquq və azadlıqlarının müdafiəsi də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə dialoq və təcrübə mübadiləsinin faydalı olduğunu bildirib.Qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Avropa Şurasının aidiyyəti monitorinq və ekspert mexanizmləri, o cümlədən GRECO və MONEYVAL ilə əməkdaşlığa xüsusi önəm verir, onların tövsiyələrinin icrası istiqamətində aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət...

08 İyul 2026, 11:41

Bakı metropoliteni ilə sərnişin daşımaları artıb 

Bu ilin I yarısında Baki metropolitenı ilə 112 milyon səfər, ötən ilin I yarımili ilə müqayisədə 0,3 % artım qeydə alınıb.Metropolitendən Citypost.az-a verilən məlumata görə, sərnişinlərin 62 %-i Qırmızı, 34 %-i Yaşıl, 4 %-i isə Bənövşəyi xətt üzrə daşınıb.Məlumata görə, Bakı metropoliteni üzrə I yarımilin lideri 10 032 772 sərnişinlə “Koroğlu” stansiyası olub.Qeyd olunur ki, 819 536 sərnişinlə 3 aprel tarixi I yarımilin ən çox sərnişin daşınan günü olub."NFC və QR bilet vasitəsilə ümumilikdə 53 173 812 ödəniş həyata keçirilib. Bu göstərici I yarımildə metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 %-ni təşkil edib", - məlumatda vurğulanır.Bildirilir ki, “Əlçatan metro” xidməti...

08 İyul 2026, 11:35

Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışları davam etdirilir

4 iyul tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batdığı ehtimal edilən 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun axtarışları davam etdirilir.Citypost.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.Axtarışlar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir.Əlavə məlumat veriləcək.

08 İyul 2026, 11:26

Hava kəskin dəyişdi: Leysan və güclü külək

İyulun 8-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır.Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti...

08 İyul 2026, 11:10