Bizə yazın

Baku

-°C

USD

-

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Cəmiyyət 25 İyul 2026, 14:05

542

Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ADAU-nun əməkdaşı vəfat etdi 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gənc əməkdaşı vəfat edib.Citypost.az xəbər verir ki, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin mütəxəssisi Natəvan Quliyeva dünyasını dəyişib.Məlumata görə, bir müddət öncə onun səhətində ciddi problem yaranıb.

25 İyul 2026, 15:17

"Şuşa şəhərciyi"ndə market yanır 

Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır."Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.

25 İyul 2026, 15:00

Emin Hüseynov ermənilərə dəstəyi ilə yenidən gündəmdə 

Qadın paltarı geyərək İsveçrə səfirliyini tərk etməsi ilə tanınan Emin Hüseynov yenidən Azərbaycan əleyhinə fəaliyyəti ilə gündəmə gəlib. Belə ki, bu dəfə o, daşnak Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb. “Qafqazinfo” “BT News” teleqram kanalına istinadən xəbər verir ki, layihənin ilk qonağı isə təsadüfi olmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını inkar edən təxribatçı David Stepanyan olub.E.Hüseynov yeni erməni qardaşları ilə birlikdə ənənəsinə sadiq qalaraq Azərbaycanda demokratiyanın olmadığını iddia etməyə başlayıb. Paralel olaraq isə Ermənistanı tərifləyərək bildirib ki, guya bu ölkədə seçkilər nümunəvi şəkildə keçirilib, demokratiya çiçəklənir və siyasi məhbuslar isə ümumiyyətlə, mövcud deyil.Emin layihəsində nədənsə Ermənistanda müxalif qüvvələrin nümayəndələrinin saxlanılmasından...

25 İyul 2026, 14:20

Bakıda daxili iməcilik keçirilib 

Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda növbəti daxili iməclik keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.Keçirilən iməclik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələri yuyulub, orada əsaslı təmizlik işləri görülüb. Səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb.Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.Bakı Şəhər...

25 İyul 2026, 13:38

Azad edilmiş ərazilərdə sakinlərlə məşğulluq görüşləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti görüşlər keçirib.ƏƏSMN-dən Citypost.az-a verilən məlumata görə, Zəngilan şəhəri, Laçın rayonu, eləcə də Cəbrayıl rayonunun Şükürbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərində məskunlaşan ümumilikdə 39 sakinlə keçirilmiş görüşlərdə vətəndaşların məşğulluqla bağlı müraciətləri dinlənib.Qeyd edilib ki, həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən, işlə təminat, özünüməşğulluq proqramı, peşə hazırlığı kursları barədə ətraflı məlumat verilib, bu tədbirlərə cəlb edilmələri üçün onların ilkin qeydiyyatı aparılıb....

25 İyul 2026, 12:48

Sabah 40-41 dərəcə isti gözlənilir

İyulun 26-da gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 40-41°-dək isti, dağlarda gecə 15-20° isti, gündüz...

25 İyul 2026, 12:25