Emin Hüseynov ermənilərə dəstəyi ilə yenidən gündəmdə
Cəmiyyət 25 İyul 2026, 14:20
526
Qadın paltarı geyərək İsveçrə səfirliyini tərk etməsi ilə tanınan Emin Hüseynov yenidən Azərbaycan əleyhinə fəaliyyəti ilə gündəmə gəlib. Belə ki, bu dəfə o, daşnak Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb.
“Qafqazinfo” “BT News” teleqram kanalına istinadən xəbər verir ki, layihənin ilk qonağı isə təsadüfi olmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını inkar edən təxribatçı David Stepanyan olub.
E.Hüseynov yeni erməni qardaşları ilə birlikdə ənənəsinə sadiq qalaraq Azərbaycanda demokratiyanın olmadığını iddia etməyə başlayıb. Paralel olaraq isə Ermənistanı tərifləyərək bildirib ki, guya bu ölkədə seçkilər nümunəvi şəkildə keçirilib, demokratiya çiçəklənir və siyasi məhbuslar isə ümumiyyətlə, mövcud deyil.
Emin layihəsində nədənsə Ermənistanda müxalif qüvvələrin nümayəndələrinin saxlanılmasından danışmayıb. Görünür, o, kuratorlarının əhvalını pozmaq istəməyib. Onun erməni həmsöhbətləri isə, təbii olaraq, Azərbaycanın qaralanmasına yönəlmiş növbəti kampaniyaya məmnuniyyətlə qoşulublar.
David Stepanyan həmçinin Qərbi Azərbaycan mövzusu ilə bağlı narazılığını ifadə edərək bunun guya sülh gündəliyinə zidd olduğunu iddia edib. Bununla belə, o, Azərbaycana qarşı tədbirlər keçirməyə davam edən, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən və separatçı simvollardan istifadə edən erməni revanşistləri barədə susmağa üstünlük verib.
Ermənistanda bu cür revanşist əhval-ruhiyyənin mövcudluğundan hətta bu ölkənin Baş naziri Nikol Paşinyan da bəhs edib. Lakin Stepanyan buna məhəl qoymamağa üstünlük verir. Onun üçün Azərbaycanı ittiham etmək və özünü sülhün müdafiəçisi kimi təqdim etmək daha asandır.
Həmçinin oxuyun
Daha sonra, Stepanyan Azərbaycanın guya Qarabağda erməni kilsələrini sökməsindən gileylənməyə başlayır. Lakin o bu zaman auditoriyaya xatırlatmaq istəmədi ki, Cenevrə və Haaqa konvensiyalarına əsasən, işğalçı tərəfin başqa ölkənin ərazisində tikinti aparmaq hüququ yoxdur. Həmin dövrdə inşa edilən tikililər, xüsusilə də əhalinin geri qayıdışını çətinləşdirmək məqsədi daşıyan tikililər qanunsuz hesab olunur.
Yəni, bütün bunlar Azərbaycanın suveren ərazilərində yalnız bir məqsəd - işğalı möhkəmləndirmək və həmin dövrdə işğal altında olan torpaqlara azərbaycanlıların geri qayıdış prosesini çətinləşdirmək üçün inşa edilib. Deməli, o vaxt Azərbaycanın razılığı olmadan inşa edilən bütün tikililər qanunsuz hesab olunur və sökülməlidir.
Bu hekayədə ən iyrənc məqam isə Emin Hüseynovun davranışıdır. Belə ki, o, qəfil olaraq ermənilərin qanunsuz tikililərinə görə narahat olmağa başlayıb, lakin uzun illər işğal altında qalmış ərazilərdə dağıdılmış Azərbaycan məscidlərini, qəbiristanlıqlarını, evlərini və mədəniyyət abidələrini Stepanyana bir dəfə də olsun xatırlatmayıb.
Məhz elə həmin o anda maska tamamilə düşüb. Emin həmsöhbətlərinin iddialarına etiraz etməyə belə cəhd göstərməyib. Əksinə, onlara həvəslə dəstək verərək efirin Azərbaycana qarşı ittihamlar səsləndirilən növbəti platformaya çevrilməsinə kömək edib.
O, müharibədən əvvəl də açıq şəkildə erməni mövqeyini dəstəkləyirdi. Buna görə də, Eminin növbəti layihəsi nə jurnalistika, nə də diskussiyadır. Bu, Azərbaycanın qaralanma kampaniyası üçün rolların əvvəlcədən bölüşdürüldüyü növbəti dairədir. Burada biri ittiham edir, digərləri isə onu dəstəkləyir, Emin isə özünün yeni tərəfdaşlarının rəğbətini qazanmağa çalışır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bədəl Bədəlov Naftalanda seçiciləri ilə görüşdü
Milli Məclisin deputatı Bədəl Bədəlov Naftalan şəhərində seçiciləri ilə növbəti görüş keçirib.Citypost.az xəbər verir ki, görüş zamanı qaldırılan məsələlər diqqətlə dinlənilib, əlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun müvafiq addımlar atılıb.Bəzi məsələlər yerindəcə həll edilib, digər məsələlər üçün müvafiq strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub.
25 İyul 2026, 16:16
Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, iyulun 26-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.
25 İyul 2026, 16:08
Qara dənizdə azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu
Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" quru yük gəmisi dron hücumuna məruz qalıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.Məlumatda qeyd edilib ki, gəminin heyəti 22 nəfərdən ibarət olub. Onlardan 19-u Azərbaycan, 1-i Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.Bildirilib ki, hücum nəticəsində heyət üzvlərinin hamısı sağ qalıb və onlardan heç biri xəsarət almayıb....
25 İyul 2026, 15:48
ADAU-nun əməkdaşı vəfat etdi
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gənc əməkdaşı vəfat edib.Citypost.az xəbər verir ki, Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş şöbəsinin mütəxəssisi Natəvan Quliyeva dünyasını dəyişib.Məlumata görə, bir müddət öncə onun səhətində ciddi problem yaranıb.
25 İyul 2026, 15:17
"Şuşa şəhərciyi"ndə market yanır
Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır."Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
25 İyul 2026, 15:00
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanın ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Milix İlxananoviç Yevdayev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Qeyd edək ki, M.Yevdayev Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədridir.
25 İyul 2026, 14:05