Azərbaycanın ən qocaman icra başçısı kimdir? - ADLAR
Cəmiyyət 30 Sentyabr 2024, 17:27
7324
Son illər Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar aparılmaqda davam edir.İslahatlar çərçivəsində kadrların cavanlaşdırılması və daha peşəkar şəxslərə həvalə olunması da nəzərə çarpır.İslahatların davam etdiyi bir vaxtda hazırda vəzifədə olan və pensiya yaşını keçən icra başçıları var.
CityPost.az xəbər verir ki, Oxu24.com bununla bağlı yazı hazırlayıb.
Azərbaycanda yüksək vəzifədə işləyən 70 yaş və yuxarı ən yaşlı İcra başçılarının siyahısı:
1) Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə - 77 yaş
2) Şuşa şəhərinin icra başçısı Bayram Səfərov - 73 yaş
Həmçinin oxuyun
3) Qobustan rayonunun icra başçısı Adil Məmmədov – 72 yaş
4) Xocalı rayonunun icra başçısı Şahmar Usubov – 71 yaş
5) Qubadlı rayonunun icra başçısı Malik İsaqov - 71 yaş
6) Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynov - 71 yaş
7) Siyəzən rayonunun icra başçısı Novruz Novruzov - 70 yaş
8) Füzuli rayonunun icra başçısı Alı Alıyev - 70 yaş
9) Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov - 70 yaş
Hazırladı: Tamilla Qulami
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ASAN Xidmət 1 milyonluq avadanlıq alacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) mərkəzlərinin və Agentliyin aparatının enerji təhlükəsizliyini gücləndirir.Citypost.az xəbər verir ki, bu məqsədlə genişmiqyaslı texniki dəstək xidmətlərinin satınalınması üçün 1.059.740,30 azn məbləğində tender elan olunub.Vəsait xidmət mərkəzlərində fəaliyyətin fasiləsizliyini təmin edən mühüm avadanlıqların işlək vəziyyətdə saxlanılmasına yönəldiləcək.
09 Fevral 2026, 18:00
Tahir Budaqov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib
Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
09 Fevral 2026, 16:52
Tahir Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib
Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
09 Fevral 2026, 16:50
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması uzadıldı
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması bir il müddətinə uzadılıb.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə müvafiq Qanunu imzalayıb.Qeyd olunub ki, bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.Qanunda dəyişikliyə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.
09 Fevral 2026, 16:49
Baş naziri kollektivə təqdim EDİLDİ
Prezident İlham Əliyevin təqdimatı əsasında fevralın 9-da Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin qərarı ilə muxtar respublikanın Baş naziri təyin olunan Cabbar Musayev kollektivə təqdim edilib."Report"un yerli bürosu xəbər verir ki, mərasimdə çıxış edən C.Musayev ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxışında Nazirlər Kabinetinin əsas vəzifəsinin sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsi olduğunu vurğulayıb.O, məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s....
09 Fevral 2026, 16:47
Sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı - İlham Əliyevdən QƏRAR
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.Citypost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılıb.Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb....
09 Fevral 2026, 16:44