Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq
Cəmiyyət 23 Sentyabr 2026, 14:45
505
Səkkizinci əsrdə yaşadığı təxmin edilən müsəlman alimi Cabir Bin Həyyan maddənin iç dünyasına səyahət edərək yazırdı: “Maddənin ən kiçik hissəciyi olan “cüz-ü la yetecezza”da (“bölünməz hissəcik”də) yəni atomda cəmlənmiş enerji var. Yunan alimlərinin iddia etdiyi kimi, onun bölünməz olduğunu söyləmək yanlışdır. O, parçalana bilər və parçalandıqda elə bir güc ortaya çıxır ki, bütün Bağdadı alt-üst edər.
CityPost.az xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey yazıb.
Eynşteyndən min yüz il əvvəl atomun paraçalana biləcəyini nəzəri olaraq söyləyən Həyyan bəhrələndiyi yunan məktəblərindən əxlaqçılara, yəni Platona deyil, təbiət filosoflarına, yəni Aristotelə yaxın idi. Təcrübə yoluyla təsdiqlənməyən bütün bilgiləri rədd edirdi. Səkkizinci əsrdə!
Türk fəlsəfə professoru Əhməd Arslanın maraqlı bir sözü var, deyir, müsəlmanın iç dünyasına ensək mütləq Platonla qarşılaşarıq, Aristotellə qarşılaşmağımız nadir hadisədir.
Bu, o deməkdir ki, müsəlman təcrübə yoluyla təsdiqlənən bilgilərə, yəni misin qızıla çevrilməyəcəyini sübut edən Həyyana deyil, göydəndüşmə bilgilərə, yəni allah istəsə misi qızıla çevirə bilər söyləyən Qəzzaliyə inanır.
Həmçinin oxuyun
Mən bu gün düçar olduğumuz istənilən problemin səbəbini əsrlər öncə beynimizə əkilmiş düşüncə hüceyrələrində görürəm. Biz beynimizə Həyyanın düşüncələrini əksəydik, yəni təcrübi biliyi fəhmdən, vəhydən üstün tutsaydıq, bu gün yollarımız, təhsilimiz, səhiyyəmiz, ailəmiz, əxlaqımız indiki xaos vəziyyətində olmayacaqdı.
Hər bir şəhər, hər bir ölkə orada yaşayan insanların beyninin sərgisidir, düşüncəsinin nümayişidir. Bizə elə gəlir ki, toplananların yerini dəyişsək cəm dəyişəcək. Mümkün deyil. Cəmin, yəni problem həll etməkdənsə, problem yaradan milli şüurun dəyişməsi üçün bu vaxta qədər düşüncəmizi, beynimizi təslim etdiyimiz hər bir dəyəri sorğulamalıyıq.
Amma sorğulayanların qarşısına ən birinci kimlər çıxır? Həkimlər, təhsil işçiləri, fəlsəfə doktorları, tarix professorları... diplomlu Həyyan düşmənləri.
Zır cahil də görür ki, ölkəsinin həkimi, təhsil işçisi, fəlsəfə doktoru, tarix professoru eynən onun kimi düşünür, deyir, Həyyan da belə-belə olsun, Aristotel də, sən də.
Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
23 Sentyabr 2026, 15:07
YENƏ DƏ "QƏDİM TARİX" DAVASI... Qulu Məhərrəmli yazır
Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban tarixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz qədimik” şüarı var. Bu sözləri CityPost.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib."Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər. Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində...
23 Sentyabr 2026, 14:51
Ucarla bağlı o qədər xatirələrim var ki…
CityPost.az bir vaxtlar efirlərin məşhur siması olan,daha çox "Qulp" proqramı ilə məşhurlaşan jurnalist Mübariz Əsgərovun dosyesini təqdim edir:Mübariz Əsgərov, tanınmış jurnalist: - Uşaqlığım Ucarda keçib, 2 saylı Ucar rayon orta məktəbini bitirmişəm. Evimiz dəmir yol stansiyasının yaxınlığında yerləşir. Hər gecə qatarların səsi ilə yatıb, qatarların səsiylə də oyanırdım. Hətta qatarların səsindən müəyyən edirdim ki, hansı yük, hansı sərnişin qatarıdır. Yük qatarının səsi kobud, kişi addımını xatırladırdı, sərnişin qatarı isə zərif qadın addımlarının səsini çıxarırdı. O vaxt Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi məşhur bir mahnı var, onu dinləyib, xəyallar qururdum:Çıxırlar dünyaya qatarlar,Qatarlar min yerə çatarlar.Hələ ki, dünyada qatar var,Gələrəm, vaqonlar...
23 Sentyabr 2026, 14:41
Əfv sərəncamının icrasına başlanılıb
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.Citypost.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
23 Sentyabr 2026, 14:32
Kəmaləddin Heydərovun Cəlilabadda vətəndaş qəbulunun vaxtı dəyişib
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.Citypost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
23 Sentyabr 2026, 14:20
IEC energetika sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır
Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşüb.Energetika Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və...
23 Sentyabr 2026, 14:05