YENƏ DƏ "QƏDİM TARİX" DAVASI... Qulu Məhərrəmli yazır
Cəmiyyət 23 Sentyabr 2026, 14:51
530
Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban tarixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz qədimik” şüarı var.
Bu sözləri CityPost.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
"Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər.
Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində Gəncəsər alban katolikosu Yesai Həsən Cəlal Eçmiədzinin alban inancını, mədəniyyətini və torpaqlarını mənimsəmək üçün davamlı cəhdlərinə birbaşa işarələr edir. Gəncəsərdəki əsas yazıya əsasən, XIII əsr alban hökmdarı Həsən Cəlal Dövlənin titulu "atabəy" kimi göstərilmişdir ki, bu da digər faktlarla yanaşı, onun türk köklərindən olmasından xəbər verir. Yazılarda əyanların adları çəkilir: Ulubəy, Mina Xatun, Mama Xatun, Vəlican, Əmirhəsən, Atabəy, Qocubəy, Canıbəy, Cəlalbəy, Aruz və s. Bu yazılarda heç bir erməni adı yoxdur.
Həmçinin oxuyun
Amma nə olsun!? Yalanların və qədimlik mərəzinin qurbanı olan ermənilər dirəşib ki, Qafqazda qədim olan nə varsa, hamısı bizimdir..",-deyə professor qeyd edib.
Jalə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.Citypost.az xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının icrası zamanı bildirib.Onun sözlərinə görə, Penitensiar xidmətin Lənkəranda olan müəssisəsindən iki nəfər azadlığa buraxılıb. Onlardan biri Fransa vətəndaşıdır:"Naxçıvandakı cəzaçəkmə müəssisəsindən 2, Lənkərandakı cəzaçəkmə müəssisəsindən də 2 nəfər olmaqla ümumilikdə 4 əfvə düşən şəxs cəzalarının çəkilməmiş hissəsindən azad olunub və sərbəst buraxılıb".Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır....
23 Sentyabr 2026, 15:40
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
23 Sentyabr 2026, 15:07
Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq
Səkkizinci əsrdə yaşadığı təxmin edilən müsəlman alimi Cabir Bin Həyyan maddənin iç dünyasına səyahət edərək yazırdı: “Maddənin ən kiçik hissəciyi olan “cüz-ü la yetecezza”da (“bölünməz hissəcik”də) yəni atomda cəmlənmiş enerji var. Yunan alimlərinin iddia etdiyi kimi, onun bölünməz olduğunu söyləmək yanlışdır. O, parçalana bilər və parçalandıqda elə bir güc ortaya çıxır ki, bütün Bağdadı alt-üst edər. CityPost.az xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey yazıb.Eynşteyndən min yüz il əvvəl atomun paraçalana biləcəyini nəzəri olaraq söyləyən Həyyan bəhrələndiyi yunan məktəblərindən əxlaqçılara, yəni Platona deyil, təbiət filosoflarına, yəni Aristotelə yaxın idi. Təcrübə yoluyla təsdiqlənməyən bütün bilgiləri rədd edirdi. Səkkizinci əsrdə!Türk fəlsəfə professoru Əhməd Arslanın...
23 Sentyabr 2026, 14:45
Ucarla bağlı o qədər xatirələrim var ki…
CityPost.az bir vaxtlar efirlərin məşhur siması olan,daha çox "Qulp" proqramı ilə məşhurlaşan jurnalist Mübariz Əsgərovun dosyesini təqdim edir:Mübariz Əsgərov, tanınmış jurnalist: - Uşaqlığım Ucarda keçib, 2 saylı Ucar rayon orta məktəbini bitirmişəm. Evimiz dəmir yol stansiyasının yaxınlığında yerləşir. Hər gecə qatarların səsi ilə yatıb, qatarların səsiylə də oyanırdım. Hətta qatarların səsindən müəyyən edirdim ki, hansı yük, hansı sərnişin qatarıdır. Yük qatarının səsi kobud, kişi addımını xatırladırdı, sərnişin qatarı isə zərif qadın addımlarının səsini çıxarırdı. O vaxt Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi məşhur bir mahnı var, onu dinləyib, xəyallar qururdum:Çıxırlar dünyaya qatarlar,Qatarlar min yerə çatarlar.Hələ ki, dünyada qatar var,Gələrəm, vaqonlar...
23 Sentyabr 2026, 14:41
Əfv sərəncamının icrasına başlanılıb
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.Citypost.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
23 Sentyabr 2026, 14:32
Kəmaləddin Heydərovun Cəlilabadda vətəndaş qəbulunun vaxtı dəyişib
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.Citypost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
23 Sentyabr 2026, 14:20