Odur ki, yaltağa heç vaxt inanmayacaqsan!
Cəmiyyət 19 Sentyabr 2026, 11:54
250
17 fevral 1959-cu ildə Türkiyənin Baş naziri Adnan Menderesin olduğu təyyarə Londonda qəzaya uğrayır.
Təyyarədə olan 21 nəfərdən cəmi 7 nəfər, o cümlədən Menderes sağ qalır. Menderes ölkədə coşğu ilə qarşılanır.
Birdən kütlə arasında bir əlində bıçaq, digər əlində isə bir uşaq tutmuş adam gözə görünür və kütləni yara-yara Menderesə tərəf gəlir. Menderesə çatanda kişi uşağı yerə uzadar, bıçağı onun boğazına dayayıb “Səni Allah bizə qaytardı, icazə ver mən də oğlumu sənin yolunda qurban kəsim” deyir.
Menderes və digərləri çaşqınlıq və qanı donmuş vəziyyətdə kişiyə baxır. Müdaxilədən sonra uşağı və kişini ərazidən uzaqlaşdırırlar.
Bu hadisədən düz 18 ay sonra, 17 sentyabr 1961-ci il.
Adnan Menderes 1960 çevrilişindən sonra rüşvətxorluqda ittiham edilərək edam edilir.
Edam kürsüsünə çıxır, kəndir boğazına keçirilir.
Onu həyatla ölüm arasında bağlayan stula zərbə endirilir və Menderes çırpına-çırpına can verir. Bütün proses 8 dəqiqə davam edir.
Menderesin ayaqları altından stulu itələyən kim idi, sizcə kim olardı? Bilməyənlər üçün deyim:
Menderesi qarşılayan zaman oğlunu qurban kəsmək istəyən şəxs, üsküdarlı Kamal Ayson idi..
Odur ki, yaltağa heç vaxt inanmayacaqsan!(c)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Paşinyanın mükafatı və etirafı
Bəzən bir siyasi çıxışda deyilən bir neçə söz uzun illər davam edən mübahisələrdən daha çox diqqət çəkir. Nikol Paşinyanın 2026-cı il Zayed Human Fraternity Award mərasimindəki çıxışı da belə məqamlardan biridir. Azərbaycan və Ermənistan arasında sülh prosesinə görə verilən mükafatın təqdim olunduğu mərasimdə Paşinyanla yanaşı İlham Əliyevin də eyni mükafata layiq görülməsi diqqət çəkdi. Daha diqqətçəkən məqam isə Ermənistan baş nazirinin çıxışında Azərbaycan Prezidentinin rolunu ayrıca qeyd etməsi oldu.Zayed Human Fraternity Award 2026-cı ildə Azərbaycan və Ermənistan arasında sülh sazişi prosesinə verilib. Mükafatın təqdimatı fevralın 4-də Abu-Dabidə keçirilib. Mükafat komitəsi bu seçimi iki ölkə arasında sülh, dialoq, münasibətlərin normallaşdırılması və...
19 Sentyabr 2026, 12:01
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.Citypost.az Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival sentyabrın 30-dək davam edəcək. Bu çərçivədə müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub....
19 Sentyabr 2026, 10:28
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş qeyri-yaşayış binası satışa çıxarılıb.Citypost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.İllərdir müsadirə məsələsi müxtəlif məhkəmələrdə mübahisələndirilən bu əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir.Qeyd edək ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilmişdi. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib....
19 Sentyabr 2026, 10:00
Kəlbəcərin Zallar kəndində su və kanalizasiya tikintisinə başlanılır
Kəlbəcər rayonunun Zallar kəndində xarici su təchizatı və tullantı su infrastrukturunun yaradılması üzrə işlərə başlanılır.Citypost.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Tikilməkdə olan Obyektlərin Müdiriyyəti Zallar kəndində müvafiq işlərin görülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.Müvafiq işlərin icrası “İnvestAZ” MMC-yə həvalə olunub və bununla bağlı qurumla şirkət arasında müqavilə imzalanıb.Müqaviləyə əsasən, işlərin həyata keçirilməsi üçün “İnvestAZ” MMC-yə 3,997 milyon manat ödəniləcək.Layihə çərçivəsində Zallar kəndinin xarici su təchizatı sisteminin, tullantı su şəbəkəsinin və müvafiq qurğuların tikintisinin həyata keçirilməsi nəzərdə tutulur....
19 Sentyabr 2026, 09:43
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 64 min 300 ton duz istehsal edilib.Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 % çoxdur.Təkcə avqustda isə ölkədə 4 min 643 ton duz istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 35 % azdır.Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 22,3 min ton hazır məhsul ehtiyatı olub2025-ci ildə Azərbaycanda 85 min 389 ton duz istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 4,5 % azdır....
19 Sentyabr 2026, 09:20
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakının Nəsimi rayonunun Ceyhun Hacıbəyli küçəsində yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar qazıntı işləri aparılmış hissədə yol örtüyünün bərpası həyata keçiriləcək.Bu barədə Citypost.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.Bildirilib ki, təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə istirahət günlərindən istifadə olunmaqla intensiv işlər aparılacaq.Bununla əlaqədar sentyabrın 18-i saat 23:00-dan 20 sentyabr saat 02:00-dək Nəsimi rayonunda Ceyhun Hacıbəyli küçəsinin Ənvər Qasımzadə küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq."Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - məlumatda qeyd olunub....
19 Sentyabr 2026, 08:25