Bizə yazın

Baku

-°C

USD

-

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Cəmiyyət 23 Sentyabr 2026, 17:33

420

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır.

Bu barədə Citypost.az Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq.

İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib.

"Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət həmişə olduğu kimi vahid formada təşkil ediləcək və hava nəqliyyatı ilə həyata keçiriləcək", - Vüsal Cahangiri qeyd edib.

Həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 24 sentyabr 2026-cı il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Həcc və Ümrə nazirliyinin tələblərinə görə, sənədlərin qeydiyyatı və vizaların alınması prosesi ötən ilkindən daha tez həyata keçirilməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Fazil Mustafadan sensasion açıqlamalar – DEPUTAT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Son günlər paytaxt Bakının yüklənməsi, yollardakı tıxac, bölgələrdəki vəziyyət və digər məsələlər ölkə vətəndaşının ən çox müzakirə etdiyi mövzulardandır. Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarında da deputatların bu problemlərlə bağlı sərt çıxışları, hətta ayrı-ayrı qurumlara yönəlik tənqidləri də oldu.Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.Müsahibəni təqdim edirik:- Fazil bəy, Milli Məclisin payız sessiyasının ilk komitə iclasında Bakını hansı yollarla tıxac problemindən xilas etmək olar mövzusunda müzakirələr oldu, deputatların təklifləri səsləndi, ümumiyyətlə, Azərbaycanın mövcud problemləri müzakirə olundu. Mövcud vəziyyət yəqin ki, sizi də narahat edir. Durumla bağlı hansı təklifləriniz var?-...

23 Sentyabr 2026, 17:56

Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.Citypost.az  verir ki, deputatlar sentyabrın 27-də saat 10:10-da Hərbi Qənimətlər Parkında toplaşacaqlar. Onlara abidə önünə qoyulmaq üçün güllər təqdim ediləcək.Ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur...

23 Sentyabr 2026, 17:45

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

Xocavənd rayonunun Ağkənd və Qarakənd, Xocalı rayonunun isə Təzəkənd və Badara kəndlərinə gedən avtomobil yollarında əsaslı yenidənqurma işləri həyata keçirilir.Citypost.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, yollar müasir tələblərə uyğun şəkildə yenilənir, yol infrastrukturu yaxşılaşdırılır, yaşayış məntəqələrinin rahat və təhlükəsiz nəqliyyat əlaqəsinin təmin olunması istiqamətində kompleks tədbirlər görülür.

23 Sentyabr 2026, 17:15

Parlamentin ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Milli Məclisin 2026-cı il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.Citypost.az  xəbər verir ki, iclas saat 11:00-da başlayacaq.Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin payız sessiyası sentyabrın 30-dan dekabrın 30-dək davam edir. Sessiya müddətində deputatlar qanun layihələrini plenar iclaslarda müzakirə edəcək, parlament komitələri isə öz fəaliyyət istiqamətləri üzrə məsələlərə baxacaqlar.Parlamentin komitələri artıq payız sessiyası üzrə ilk iclaslarını keçirib, iş planlarını və qanun layihələrini müzakirə ediblər. ...

23 Sentyabr 2026, 17:13

Əfv sərəncamının icrası başa çatıb

Əfv sərəncamının icrası başa çatıb.Citypost.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müəssisələrində icra olunub.Qeyd edək ki, bu gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.Əfv olunanlar arasında Azərbaycanda cəza çəkən 5 əcnəbi də var....

23 Sentyabr 2026, 16:48

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.Allah rəhmət eləsin!"...

23 Sentyabr 2026, 16:45