Bizə yazın

Baku

-°C

USD

-

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Cəmiyyət 23 Sentyabr 2026, 20:18

398

Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib.

Citypost.az  xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

İştirak edən bölmələrin qərargah fəaliyyətinin, o cümlədən komandirlərin qərarqəbuletmə və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən məşqlərdə qərargahların müəyyən edilmiş ərazilərdə açılaraq yerləşdirilməsi, maskalanması və fəaliyyətlərinin təşkili üzrə tədbirlər həyata keçirilib.

Təlimdə icra olunacaq epizodlara uyğun olaraq Xocavənd rayonunda yerləşən "Qızılqaya", Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim mərkəzlərində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində komandirlər tərəfindən yaranmış vəziyyətin qiymətləndirilməsi, təhlili və qərarların qəbul edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Məşqlərdə əsas diqqət iştirakçı ölkələrin hərbi qulluqçuları tərəfindən tapşırıqların birgə icrası zamanı qarşılıqlı uzlaşmanın effektivliyinin artırılmasına yönəldilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Səudiyyə Ərəbistanı Krallığının 96-cı Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.Citypost.az  xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri. iş adamları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndirilib.Daha sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli krallığın yaranmasından və onun 96 il ərzində keçdiyi yoldan danışıb."Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir. O, G20 (Böyük İyirmilik) qrupunun üzvü, qlobal enerji bazarlarında təsirli gücdür, həmçinin qlobal iqtisadi sabitliyin dəstəklənməsində və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində öz...

23 Sentyabr 2026, 20:10

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Serbiyanın xarici işlər naziri Marko Curiçlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.Görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.Nazirlər siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.Tərəflər ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli təmasların, siyasi dialoqun və parlamentlərarası əlaqələrin mühüm rolunu vurğulayıblar.Həmçinin Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurası, Hökumətlərarası Komissiya və iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olunub....

23 Sentyabr 2026, 19:10

“Türk dövlətlərinin Xocavənddəki birgə hərbi təlimləri sülh və təhlükəsizliyə xidmət edir” - Cəlil Xəlilov

“Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Xocavənddə keçridiyi birgə təlimlər sülh və təhlükəsziliyə xidmət edir”.Bunu Redaktor.az-a açıqlamasıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirdi. Polkovnik qeyd edib ki, bu təlimlər Azərbaycan və digər qardaş türk dövlətlərinin qlobal müstəvidəki təhdid və təhlükələrə adekvat reaksiyasıdır: “Bildiyiniz kimi, müasir dünyamızda regional və qlobal təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Dünyada münaqişə və qarşıdurmaların, eləcə də hibrid müharibələrin çoxalması bu təhlükələrə çevik reaksiya verməyi, onları zamanında önləməyi zəruri edir. Bu isə hər bir dövlətdən güclü ordu ilə yanaşı, həm də etibarlı müttəfiqlər, qlobal müstəvidə səmimi əməkdaşlıq tələb edir. Bu gün...

23 Sentyabr 2026, 18:19

Fazil Mustafadan sensasion açıqlamalar – DEPUTAT HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Son günlər paytaxt Bakının yüklənməsi, yollardakı tıxac, bölgələrdəki vəziyyət və digər məsələlər ölkə vətəndaşının ən çox müzakirə etdiyi mövzulardandır. Milli Məclisin payız sessiyasının ilk komitə iclaslarında da deputatların bu problemlərlə bağlı sərt çıxışları, hətta ayrı-ayrı qurumlara yönəlik tənqidləri də oldu.Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bununla bağlı Musavat.com-un suallarını cavablandırıb.Müsahibəni təqdim edirik:- Fazil bəy, Milli Məclisin payız sessiyasının ilk komitə iclasında Bakını hansı yollarla tıxac problemindən xilas etmək olar mövzusunda müzakirələr oldu, deputatların təklifləri səsləndi, ümumiyyətlə, Azərbaycanın mövcud problemləri müzakirə olundu. Mövcud vəziyyət yəqin ki, sizi də narahat edir. Durumla bağlı hansı təklifləriniz var?-...

23 Sentyabr 2026, 17:56

Deputatlar Anım Günündə Zəfər abidəsini ziyarət edəcəklər

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.Citypost.az  verir ki, deputatlar sentyabrın 27-də saat 10:10-da Hərbi Qənimətlər Parkında toplaşacaqlar. Onlara abidə önünə qoyulmaq üçün güllər təqdim ediləcək.Ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur...

23 Sentyabr 2026, 17:45

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır.Bu barədə Citypost.az Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu il Həcc ziyarətinə sənədlərinin qəbulu keçən ildən daha erkən başlayacaq.İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyən edib."Qiymətin az miqdarda artma ehtimalı da istisna deyil. Dünyada baş verən məlum hadisələr fonunda, habelə Krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin 4-dən 3-ə endirilməsi, yeni xidmətlərin artırılması səbəbi ilə müəyyən qiymət artımlarının olması qaçılmazdır. Ziyarət həmişə olduğu kimi...

23 Sentyabr 2026, 17:33