Bizə yazın

Baku

-°C

USD

-

Ucarla bağlı o qədər xatirələrim var ki…

Cəmiyyət 23 Sentyabr 2026, 14:41

499

CityPost.az  bir vaxtlar efirlərin məşhur siması olan,daha çox "Qulp" proqramı ilə məşhurlaşan jurnalist Mübariz Əsgərovun dosyesini təqdim edir:

Mübariz Əsgərov, tanınmış jurnalist: - Uşaqlığım Ucarda keçib, 2 saylı Ucar rayon orta məktəbini  bitirmişəm. Evimiz dəmir yol stansiyasının yaxınlığında yerləşir. Hər gecə qatarların səsi ilə yatıb, qatarların səsiylə də oyanırdım. Hətta qatarların səsindən müəyyən edirdim ki, hansı yük, hansı sərnişin qatarıdır. Yük qatarının səsi kobud, kişi addımını xatırladırdı, sərnişin qatarı isə zərif qadın addımlarının səsini çıxarırdı. O vaxt Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi məşhur bir mahnı var, onu dinləyib, xəyallar qururdum:

Çıxırlar dünyaya qatarlar,

Qatarlar min yerə çatarlar.

Hələ ki, dünyada qatar var,

Gələrəm, vaqonlar ötəndə

Bəlkə, bəlkə, bəlkə də…

Düşünürdüm ki, nə vaxtsa mən də bu qatarlara minib, arzularımın arxasınca harasa gedəcəyəm. Moskvada təhsil aldığım illərdə də Ucara məhz qatarla qayıtmağa xoşlayırdım.

Ucarla bağlı o qədər xatirələrim var ki… Hələ ali məktəbə qəbul olunmamışdım, orta məktəbdə oxuduğum vaxtlarda Ucarda çıxan “Yeni söz” qəzetinə hekayələrim, şeirlərim çıxırdı. Orta məktəbi qurtaranda qəzetin redaktoru məni işə dəvət elədi. Boş gözətçi ştatına işə düzəldim. Amma durmadan məqalələrim çıxırdı. Bir gün rayon ziyalılarını mərkəzi kitabxanaya toplayıb, dəyirmi masa təşkil etdim. Bu yazını oxuyan raykom katibi Kərimov qəzetin redaktorunu yanına çağırıb, soruşub ki, bu yazının müəllifi kimdir? O da duruxa-duruxa deyib ki, gözətçi. O da cavab verib ki, əgər gözətçi belə yazılar yazırsa, demək ki, gələcəyi işıqlıdır. Mən də çalışdım ki, sonralar yazdıqlarımla işıq yandıra bilim.

Onu da deyim ki, dünyanın hansı kurort ölkəsində oluramsa, olum, Ucarı heç birinə dəyişmərəm. Baxmayaraq ki, havası isti, torpağı duzludur. Amma mənim üçün Ucar dünyanın ən gözəl məkanıdır. Ucar camaatı da səmimi, zəhmətkeş və duzlu-məzəli olurlar. Hətta onların ayağını tapdalasan belə səni yumorla, zarafatla yola verəcəklər. Mən Ucara gedəndə gecələr küçərlərdə təkbaşına dolaşmağı çox sevirəm. Uşaqlığımı xatırlayıram.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

23 Sentyabr 2026, 15:07

YENƏ DƏ "QƏDİM TARİX" DAVASI... Qulu Məhərrəmli yazır

Bakıdakı xarici diplomatların Qarabağ bölgəsinə səfəri, Alban tarixi abidələri ilə tanışlıqları, xüsusən Hikmət Hacıyevin bu abidələr və ümumən ermənilərin tarixi saxtalaşdıran “kitablar”ı nümayiş etdirməsi Ermənistan mediasında və sosial şəbəkələrində yeni “vətənpərvərlik” dalğası yaradıb. Yazılan hər statusda bir isterika, "biz   qədimik” şüarı var. Bu sözləri CityPost.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib."Tarixi saxtakarlığın və böyük yalanın əsiri olan bu bu adamlar Azərbaycan ərazisindəki alban-xristian abidələrinin XIX əsrdən başlayaraq rusların köməyi ilə Erməni kilsəsi tərəfindən "özəlləşdirildiyini" qəbul etmək istəmirlər.   Halbuki Qarabağın xristian əhalisinin avtoxton alban mənşəli olması haqqında erməni tədqiqatçılarının özləri də yazıb. Bundan başqa hələ XVIII əsrə aid "Alban ölkəsinin qısa tarixi" əsərində...

23 Sentyabr 2026, 14:51

Biz misin qızıla çevriləcəyinə inanmışıq, bundan sonra da inanacağıq

Səkkizinci əsrdə yaşadığı təxmin edilən müsəlman alimi Cabir Bin Həyyan maddənin iç dünyasına səyahət edərək yazırdı: “Maddənin ən kiçik hissəciyi olan “cüz-ü la yetecezza”da (“bölünməz hissəcik”də) yəni atomda cəmlənmiş enerji var. Yunan alimlərinin iddia etdiyi kimi, onun bölünməz olduğunu söyləmək yanlışdır. O, parçalana bilər və parçalandıqda elə bir güc ortaya çıxır ki, bütün Bağdadı alt-üst edər. CityPost.az  xəbər verir ki,bunu yazıçı Aqşin Yenisey yazıb.Eynşteyndən min yüz il əvvəl atomun paraçalana biləcəyini nəzəri olaraq söyləyən Həyyan bəhrələndiyi yunan məktəblərindən əxlaqçılara, yəni Platona deyil, təbiət filosoflarına, yəni Aristotelə yaxın idi. Təcrübə yoluyla təsdiqlənməyən bütün bilgiləri rədd edirdi. Səkkizinci əsrdə!Türk fəlsəfə professoru Əhməd Arslanın...

23 Sentyabr 2026, 14:45

Əfv sərəncamının icrasına başlanılıb

Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamının icrasına başlanılıb.Citypost.az xəbər verir ki, sərəncam Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisələrində icra olunmağa başlayıb.Qeyd edək ki, sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 19 şəxs, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

23 Sentyabr 2026, 14:32

Kəmaləddin Heydərovun Cəlilabadda vətəndaş qəbulunun vaxtı dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən sentyabrın 25-də Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.Citypost.az  xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

23 Sentyabr 2026, 14:20

IEC energetika sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqer ilə görüşüb.Energetika Nazirliyindən Citypost.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın IEC-yə assosiativ üzvlüyü çərçivəsində əməkdaşlığın genişləndirilməsi, enerji keçidi, elektrikləşmə, bərpa olunan enerji, enerji səmərəliliyi və yeni texnologiyalar üzrə beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.IEC-nin Baş katibi Azərbaycanın qlobal enerji və iqlim gündəliyində artan rolunu, xüsusilə COP29-a sədrliyi dövründə iqlim dəyişikliyi ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib. Azərbaycanın cari ildən təşkilatın assosiativ üzvü olmasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib. Qeyd olunub ki, IEC elektrotexnika, elektronika, təmiz enerji və enerji səmərəliliyi sahələrində standartlaşdırma və...

23 Sentyabr 2026, 14:05