15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək
Cəmiyyət 01 Oktyabr 2024, 13:21
3518
4-8 oktyabr tarixlərində 15-ci Bakı Beynəlxalq Film Festivalı keçiriləcək.
Citypost.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) film festivalının bir hissəsidir.
Bu böyük tədbirdə DokuBaku Beynəlxalq Sənədli Filmləri Festivalı, ANIMAFILM Beynəlxalq Animasiya Festivalı, ATA Türk dünyası Beynəlxalq Animasiya filmləri festivalı kimi tanınmış festivallar da iştirak edir.
Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi oktyabrın 5-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Bu il Festival çərçivəsində ümumilikdə 26 ölkəni (Almaniya, Fransa, İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan, Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Moldova, Xorvatiya, İran və digərləri) əhatə edən 79 film Nizami Kino Mərkəzində beş gün müddətində saat 11: 00-dan nümayiş olunacaq. Festival filmlərinə giriş sərbəstdir.
15-ci yubiley açılışına bir sıra yeniliklərlə gələn Festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini keçirir. Belə ki, festivalın Beynəlxalq müsabiqəsində debüt tammetrajlı bədii və qısa filmlər yarışır.
Festivalın Yerli müsabiqəsinə qısametrajlı bədii, sənədli filmlər və sosial çarxlar qəbul olunub. Müsabiqə çərçivəsində tələbələr ayrıca nominasiyada yarışmaq imkanı qazanırlar. Ümumilikdə yerli müsabiqədə 25 ekran əsəri yarışır.
Bu il Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışan filmləri “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Məkanın melodiyası” kimi filmləri ilə milli kino tarixində müəllif kinosunun inkişafına təkan verən, kinomuzu dünya arenasında tanıdan Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Usamə” filmi “Qızıl qlobus” mükafatına layiq görülən və bununla da adını dünya kino tarixinə yazdıran rejissor Siddiq Barmak, Venesiya, Rotterdam kinofestivallarında filmləri ilə uğur qazanan türkiyəli rejissor Mahmut Fazıl Coşkun qiymətləndirəcək.
“Yerli müsabiqə”nin münsiflər heyətində müasir kino tariximizin ən böyük bədii-tarixi layihəsi sayılan “Tağıyev” filminin müəllifi rejissor Zaur Qasımlı, Türkiyədə çoxsaylı bədii filmlərin rejissoru və prodüseri olan Can Özbatur, yaradıcılığı ilə milli teatr mühitində fərqlənən, həm yerli, həm də də xarici ölkə teatrlarında bir sıra tamaşalara quruluş verən rejissor İradə Gözəlova, İsveçrənin “AVANTİ” layihəsinin sənədli filmlər bölməsində qalib olmuş, bir çox sənədli filmlərə imza atmış rejissor, ssenarist Nəsimi Əliyev yer alır.
Müəllifi olduğu filmlərlə nüfuzlu kinofestivallarda iştirak edən, Müstəqil İran Kinematoqrafçıları Assosiasiyanın təsisçilərindən olan kinorejissor İsmayıl Monsef, “İskusstvo kino” jurnalının daimi müəllifi və redaktoru Yevgeni Mayzel, Avropa Kino Akademiyasının üzvü rejissor Teymur Hacıyev isə “Beynəlxalq qısametrajlı film müsabiqəsi”ndə yarışan filmləri qiymətləndirəcəklər.
Həmçinin oxuyun
“Asiya istedadları” müsabiqəsində finala çıxan filmləri Özbəkistanın kino üzrə ilk elmlər namizədi, Daşkənd VGİK-nin təsisçisi, kinematoqrafçı Eldar Yoldaşev və Türkiyədə bir çox film və seriallarda rol alan aktrisa Zümrə Ərtürk qiymətləndirəcək.
Festivalın əsas mükafatı "Qızıl Nar"dır. Bununla yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir.
Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların ixtiyarına verilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.
Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir. Böyük marağa səbəb olan proqramda bir-birindən maraqlı filmlər göstərilir.
Bu il festival çərçivəsində “TRT Sinema”nın müdiri Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı” mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan premyerası, həmçinin ustad dərsləri, yerli və xarici film nümayişlərindən sonra müəlliflərlə müzakirələr həyata keçiriləcək.
Gənc Kinematoqrafçılar Mərkəzi tərəfindən 2004-cü ildə təsis edilən Festival əvvəlki illərdə “START” adı ilə fəaliyyət göstərib.
Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq Film Festivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərin nümayiş məkanına çevrilib.
15 ildir ki, əzmlə yoluna davam edən Festival hər il kinematoqrafçıları bir araya gətirir və növbəti illərdə auditoriyasını daha da genişləndirməyi hədəfləyir.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council”, Azərbaycan Prodüserlər Gildiyası yer alır.
Тrend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, Mədəniyyət qəzeti, Mədəniyyət jurnalı, Kinoyazar saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlayıb.CityPost.az bununla bağlı İTV-də yayımlanan süjeti təqdim edir:
17 Mart 2026, 21:20
Bu verilişlərin yayımı dayandırıldı
Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.CityPost.az Oxu.Az-a istinadən xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir....
17 Mart 2026, 21:06
Bakının Tbilisi prospektində "cib" tipli zolaqlar salınacaq
Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.Bu barədə Citypost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq.Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində nizamlanmayan hərəkət qaydası ləğv ediləcək, hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq, nəqliyyatın buraxıcılıq qabiliyyəti artırılacaq, piyadaların təhlükəsiz hərəkəti təmin olunacaq.Layihə 2025–2030-cu...
17 Mart 2026, 17:55
FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsində olan 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.Bu barədə Citypost.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Nazirliyin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd müəssisənin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən müəssisənin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub,...
17 Mart 2026, 17:45
Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb
2018-ci ildən indiyədək icra edilən 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az-a verilən məlumata görə, bu il martın 1-nə ölkəmizdə orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd olunan nisbət 2018-ci ilə nisbətən orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb....
17 Mart 2026, 17:34
IDEA Tovuz və Goranboyda kütləvi ağacəkmə aksiyası təşkil edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Tovuz və Goranboy rayonlarında təşkil edilib.Citypost.az xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə ümumilikdə 2000-dən artıq ağac əkilib.Əkilən ağaclar arasında Arizona sərvi, cökə, palıd, göyrüş, Eldar şamı və həmişəyaşıl sərv kimi növlər yer alıb.Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və...
17 Mart 2026, 17:28