Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: "İnsanların üzləri, səsləri və davranışları sürətlə klonlaşdırılır”..   

Cəmiyyət 17 Mart 2026, 15:02

324

Prezident İlham Əliyev müxtəlif platformalarda çıxış edərkən yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib:  “Süni intellekt…Biz hər zaman aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik.. ".  Nəticədə ölkəmizdə "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və Süni İntellekt strategiyası hazırlanıb.

Bu barədə CityPost.az-a danışan Milli Məclisin deputatı Zahid  Oruc bildirib.

Zahid Orucun sözlərinə görə,“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının Süni intellektin tətbiqinin geniş vüsət almasını vurğulaması, Rəqəmsal İnkişaf Şurasını yaratması və strateji layihələrə bilavasaitə hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ölkəmizin nəinki regionda, o cümlədən, dünyadakı aparıcı trendlərə sürətlə çatmağa çalışdığını göstərir.

"Dünyada aparıcı şirkətlərin 90%-i Süni İntellektdən istifadə edir, amma 67%-də proses hələ pilot mərhələsindədir. İndi dövlətimiz milli Data arxitekturasını formlaşdırmağa çalışır, alqoritmik müstəqilliyini təmin etməyə və rəqəmsal asılılığa düşməməyə çalışır. 

Qlobal savaşların həm də süni zəka texnologiyaları ilə aparıldığını nəzərə alsaq, hərbi və milli təhlükəsizlik konsepsiyaları köklü dəyişikliyə uğraylb. Ona görə də rəqəmsal məkanda da “xüsusi təyinatlı” kadrlar yetişdirməklə müqəddəs Qələbəmizi, kibersuverenliyimizi və informasiya təhlükəsizliyimizi  qoruya bilərik.

Süni Zəka sahəsində qabaqcıl dövlətlər hüquqi və qanunvericilik bazasını formalaşdırmaqda davam edirlər. Süni intellektin definisiyası, onun qanunsuz və cinayətkar məqsədlərlə istifadəsinə qarşı məsuliyyət tədbirləri, o cümlədən nişanlanma, yaxud etiketləmə tədbirləri geniş tətbiq olunur.

Milli Məclisin müzakirəsinə çıxarılan layihələr süni intellekt texnologiyaları, habelə  xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materiallarının hazırlanması və ya yayılması ilə bağlı ümumi prinsiplərin müəyyən edir, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və  “Media haqqında” Qanunlarına əlavə və dəyişikliklər təklif edilir. Hər iki qanunda, “şəxsin razılığı olmadan, onun görüntüsündən ve ya səsindən istifada etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış  qeyri-əxlaqi foto, video va ya audio materialların yayılmasına” məhdudiyyətlər irəli sürülür.

Layihənin əsas məqsədi vətəndaşların hüquq və azadlıqların qorunmasına xidmət edir.

Hazırda dünyada deepfake texnologiyaları vasitəsilə insanların üzləri, səsləri və davranışları sürətlə köçürülür, klonlaşdırılır, nəticədə tamamilə saxta video və audio materiallar kütləvi hal alır. 2019-2025-ci illərdə internet, digər informasiya ehtiyatlarında deepfake videoların və kontentlərin sayı 900 faiz artıb. 

Deepfake hücumlarının əsas qurbanları sosial media aktivləri- xüsusilə jurnalistlər, ictimai fəallar və tanınmış şəxslərdir. Materialların təxminən 96–98 faizi şəxsin razılığı olmadan qeyri-əxlaqi məzmundan ibarətdir və 79 faizində qurban qadınlardır. Siyasətçilər və dövlət adamları ilə bağlı deepfake məzmunlarında təxminən 76 faizi nüfuz itkisinə məruz qoymaq və antitəbliğat məqsədi daşıyır. 

Deepfake kontentinin yayılması ən çox video və sosial media platformalarında müşahidə olunur: YouTube platformasında təxminən 30 faiz, Instagramda 26 faiz, Facebookda 19 faiz və Tik-Tok platformasında 18 faiz yaılır.

Sorğular göstərir ki, istifadəçilərin təxminən 49 faizi deepfake videolarla məhz YouTube platformasında qarşılaşdığını bildirir.

Xüsusilə, qlobal müharibələr fonunda son 20 gündə ölkəmiz əleyhinə koordinasiyalı informasiya kampaniyalarında süni zəka texnologiyalarından istifadə halları artıb.

Süni intellekt alətləri vasitəsilə bir dəqiqəlik deepfake video 25 dəqiqədən az müddətdə və demək olar ki, heç bir xərc olmadan hazırlana bilir.

Azərbaycan dövlətiinin Vətən müharibəsində Qələbəsini həzm etməyən qüvvələr, hərbi meydanda məğlub olan və  ölkəmizin güclənməsinə qarşı olan dairələr, Türkiyə lideri Ərdoğanın coğrafi və Mavi Vətənlə bir tutduğu kibervətəndə fake və deepfake texnologiyaları vasitəsilə ölkəmizə qarşı hibrid savaş aparırlar. 

Real olmayan audio, video və fotoların böyük əksəriyyəti xarici ölkələrdə hazırlanır və yayılır. Made in Azerbaycan, Azerfreedom, Azad söz  və onlarla xain kanallar antimmili şər texnologiyalarıdır. 

Azərbaycan məhkəmə orqanları haqlı olaraq, həmin diversiya platformaları haqqında müvafiq hökmlər çıxarıblar. Lakin terror transmilli xarakter daşıdığı kimi süni intellekt əsaslı belə beynəlxaq cinayətlərin də qarşısının alınması üçün dövlətlərarası əməkdaşlıq zəruridir. 

Azərbaycan dövləti insanlara, dövlətlərə və cəmiyyətlərə qarşı çevrilən süni zəka məhsullarına sədd çəkmək üçün müvafiq beynəlxalq konvensiyaların hazırlanmasının təşəbbüsçüsü ola bilər.

Sonda bir daha qeyd edək ki, süni intellektlə bağlı ayrıca Məcəlləyə ehtiyac var. Avropa Birliyi model sənədlər hazırlayıb və risqləri dərəcələyib. 

Layihədə göstərilən “real olmayan” ifadəsi “feyk” və “deepfeyk” termininin tam mənasını özündə ehtiva etdiyinə də diqqət etməliyik. Belə beynəlxalq terminlərinin hüquqi aktlarımıza gətirilməsi dilimizin təmizliyinə və suverenliiynə xələl gətirmir.

 

Layihənin gələcək hədəfi təkcə şəxslərə münasibətdə deyil, rəqəmsal məzmun saxtakarlığı ilə milli mənafelərə zərbə vuran, cəmiyyətlərdə və insanlarda qorxu, təşviş hissi yaradan məzmunlara da şamil olunmasını arzu edirik. 

Bir daha xüsusi vurğulayırıq ki, hazırki layihə vətəndaş hüquqlarının qorunmasına xidmət edir, süni intellekt əsaslı və qanunla qadağan edilməyən bütün yaradıcılıq azadlığına qarşı məhdudiyyətlər qoyulmur",-deyə deputat qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

202 nömrəli marşrutun avtobusları yenilənir 

Bakının Biləcəri qəsəbəsini metronun "Azadlıq prospekti", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları ilə əlaqələndirən 202 nömrəli müntəzəm marşrutda istismar olunan avtobusların bir qismi yenilənir.Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata görə, martın 18-dən sərnişinlərin xidmətinə veriləcək 11 böyüktutumlu "Yutong" markalı müasir avtobus CNG texnologiyası ilə təchiz olunub. Beləliklə, marşrut xəttində fəaliyyət göstərən bütün avtobuslar ekoloji təmiz nəqliyyat vasitələri olacaq.Ümumilikdə 15 avtobus 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat təşkil edir....

17 Mart 2026, 16:06

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib 

Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və...

17 Mart 2026, 14:46

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib 

Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.Citypost.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.

17 Mart 2026, 13:45

Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı 

Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.Citypost.az xəbər verir ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.(Avtosfer.az)

17 Mart 2026, 13:35

Zahid Oruc: BTC Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu 

"Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalə-guya ABŞ  planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır.  Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək.Belə spekulyativ geopolitik ssenarilərin məqsədi  Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir. Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da  dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının  genişlənməməsi üçün əhəmiyyətli  addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə...

17 Mart 2026, 13:29

Millət vəkili Torpaq çərşənbəsi münasibətilə təbrik edib  

Millət vəkili Tamam Cəfərova İlaxır çərşənbələrin sonuncusu olan Torpaq çərşənbəsi münasibətilə xalqı təbrik edib. 🌿Citypost.az xəbər verir ki, Millət vəkili bildirib ki, Torpaq çərşənbəsi həyatın yenilənməsinin, dirçəlişin və bərəkətin rəmzidir. Deputatın sözlərinə görə, bu gündə torpaq oyanır, təbiət canlanır və yeni ümidlər cücərir.Tamam Cəfərova qeyd edib ki, əcdadlardan miras qalan bu dəyərlər xalqın təbiətə bağlılığını, zəhmətə və halal ruziyə verdiyi yüksək qiyməti nümayiş etdirir.Millət vəkili arzu edib ki, bu əziz gün hər bir ailəyə ruzi-bərəkət, süfrələrə bolluq, qəlblərə sevinc və rahatlıq gətirsin, torpağın daim münbit, Vətənin isə güclü və firavan olması təmin edilsin. ...

17 Mart 2026, 12:30