Bizə yazın

Baku

-°C

USD

-

İsveç həbsxanaları yeniyetmələri qəbul etməyə hazırlaşır  

Dünya 17 Mart 2026, 12:38

146

İsveçdə Rosersberg də daxil olmaqla bir neçə həbsxana, iyuldan qüvvəyə minməsi gözlənilən məhkəmə islahatına uyğun olaraq yeniyetmələrin saxlanılması üçün hazırlıq görür. 

Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, sağçı hökumət cinayət məsuliyyətinin yaş həddini 15-dən 13-ə endirməyi planlaşdırır. Məqsəd, cinayət şəbəkələrinin uşaqları ağır cinayətlərə cəlb etməsinin qarşısını almaqdır.

Plan çərçivəsində həbsxanalarda infrastruktur dəyişiklikləri aparılır, yeni sinif otaqları yaradılır və təhlükəsizlik tədbirləri gücləndirilir. İslahat isə ölkədə geniş müzakirələrə və tənqidlərə səbəb olub.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İsrael Katz : Əli Laricani öldürülüb

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani öldürülüb.APA xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.Katz "Kanal 12" telekanalına İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüldüyünü təsdiqləyib.Müdafiə naziri qeyd edib ki, Əli Laricani gecə İsrailin İrana endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

17 Mart 2026, 14:25

Yaponiya Bankı inflyasiya və faiz qərarını müzakirə edir  

Yaponiya Bankının (BOJ) sədri Kazuo Ueda bildirib ki, əsas inflyasiya bankın 2% hədəfinə doğru sürətlənir və qiymət artımları davamlı əməkhaqqı artımı ilə uyğunlaşdırılmalıdır. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, onun açıqlamaları iki günlük siyasət iclası ərəfəsində səsləndirilib. Gözləntilərə görə, Mərkəzi Bank faiz dərəcələrini 0,75% səviyyəsində sabit saxlayacaq.Ueda qeyd edib ki, pul siyasəti inflyasiyanın davamlı şəkildə 2% hədəfinə çatmasını təmin etməlidir. Lakin Yaxın Şərqdəki münaqişə fonunda neft qiymətlərinin artması və yenin zəifləməsi iqtisadi təzyiqləri artırır.Mərkəzi Bank faiz artımlarını mərhələli şəkildə davam etdirməyi nəzərdən keçirir, bazarlarda isə növbəti artım ehtimalı müzakirə olunur.Əli...

17 Mart 2026, 12:54

Tramp Kuba ilə "istədiyim hər şeyi" edə biləcəyini söylədi 

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü Kubaya qarşı ritorikasını daha da artıraraq, "Kubanı hansısa formada ələ keçirmək" "şərəfinə" nail olacağını və qonşu ölkə ilə "istədiyimi edə biləcəyimi" söylədi.Citypsost.az "Reuters"-ə istinadən xəbər verir  Bu təhdid xarakterli bəyanatlar Kuba və ABŞ-ın əsasən mənfi münasibətlərini yaxşılaşdırmaq məqsədilə danışıqlara başladığı bir vaxta təsadüf edir . Bu danışıqlar Fidel Kastronun ABŞ-ın yaxın müttəfiqi olan dövləti devirməsindən bəri 67 il ərzində ən mübahisəli anlardan birinə çevrilib.Əli...

17 Mart 2026, 12:46

Naycel Faraj Britaniya üçün yeni siyasi gündəm açıqlayıb  

Böyük Britaniyanın Reform UK partiyasının lideri Naycel Faraj Londonda partiyanın kölgə kabinetini təqdim edərək yeni siyasi planlarını açıqlayıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki,  Faraj bildirib ki, partiyanın məqsədi “köhnə qaydaları” dəyişmək və liberal isteblişmenti yenidən formalaşdırmaqdır. Onun gündəliyinə kütləvi deportasiyalar, xaricə yardımın azaldılması və bəzi beynəlxalq müqavilələrdən imtina kimi təkliflər daxildir.Sorğularda yüksək nəticələr göstərən Reform UK gələcək seçkilərdə hakimiyyətə iddialı olduğunu bəyan edib. Lakin partiya həm siyasi təcrübənin azlığı, həm də radikal ritorika ilə bağlı tənqidlər səbəbindən ciddi müzakirə mövzusudur.Əli...

17 Mart 2026, 12:43

Kuba tam elektrik enerjisiz qalıb  

Kubada ölkə üzrə tam elektrik kəsintisi baş verib. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə elektrik şəbəkəsinin dövlət operatoru UNE məlumat yayıb. Bildirilib ki, hazırda elektrik təchizatının bərpası istiqamətində tədbirlər görülür.Məlumata görə, təxminən 10 milyon nəfər əhalisi olan ada tamamilə işıqsız qalıb. Son aylarda ölkədə oxşar genişmiqyaslı kəsintilər də qeydə alınıb və bəzi hallarda elektrik təchizatı bir neçə gün bərpa olunmayıb.Elektrik böhranı fonunda ölkədə etiraz aksiyaları da baş tutub. Ekspertlər Kubadakı enerji problemlərini uzunmüddətli iqtisadi çətinliklər və xarici məhdudiyyətlərlə əlaqələndirirlər....

17 Mart 2026, 12:35

Gürcüstan Patriarxı xəstəxanaya yerləşdirildi 

Gürcüstan Patriarxı II İliyanın səhhətində problem yaranıb. Modern.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb. Bildirilir ki, 93 yaşlı Patriarx xəstəxanaya yerləşdirilib. 

17 Mart 2026, 10:01