Zahid Oruc: BTC Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu
Cəmiyyət 17 Mart 2026, 13:29
382
"Ötən həftə qardaş Türkiyənin siyasi hakimiyyətinə müxalif “Sözcü” qəzetində yayılan məqalə-guya ABŞ planlarında Azərbaycan ərazisinin İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə oluna biləcəyi iddiası tam əsassızdır və heç bir mötəbər fakta söykənməyən dezinformasiyadır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz ərazisini üçüncü dövlətlərə qarşı hərbi platsdarma çevirməyib və heç vaxt da verməyəcək.
Belə spekulyativ geopolitik ssenarilərin məqsədi Azərbaycan və İran arasında münasibətləri gərginləşdirmək, Cənubi Qafqazı yenidən hərbiləşdirmək və Yaxın Şərqin bir parçasına döndərməkdir. Halbuki ötən ilin iyulunda İsrail-İran 12 günlük savaşında da dövlətimiz diplomatik dialoq və regional sabitlik mövqeyi tutdu, savaşın coğrafiyasının genişlənməməsi üçün əhəmiyyətli addımlar atdı. Dövlətimizin prinsipial siyasətinə əlavə misallar yaxın tariximizdə ABŞ-Rusiya, NATO-Rusiya və nəhayət, Türkiyə-İsrail hərbi-siyasi rəhbərləri üçün də Bakı dialoq paytaxtı olmuşdu".
CityPost.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, geosiyasi seçimlər dövlətlərin taleyini həll edir: "Bir vaxtlar Gürcüstan və Ukraynanın NATO-ya üzvlük qərarı onları silahlı toqquşmaların mərkəzinə, qarşıdurma meydanına çevirmişdi.
Azərbaycansa fərqli yol seçdi, hərbi-siyasi neytrallığını qoruyub saxladı, ərazisində xarici hərbi bazalara yer vermədi və forposta çevrilmədi. İlham Əliyevin bloklara qoşulmamaq siyasəti İkinci Qarabağ müharibəsinin internasional xarakter almasına imkan vermədi və Qələbəmizin əsas səbəblərindən biri oldu".
O əlavə edib ki, müstəqil və balanslı siyasətin əsası 1990-cı illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: "1994-cü ildə imzalanan “Əsrin neft müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Rusiya, İran, Hörmüz boğazı və digər marşrutlardan asılılığa son qoydu.
İndi enerji xətləri və təchizat zəncirləri uğrunda gedən müharibələrdə Ulu öndərin strateji seçimi nəinki ölkəmizi, o cümlədən, regionu xilas edir. Dünya təyyarədaşıyan gəmilər və dronları müzakirə edərkən, 1768 km-lik polad borular Avropanın enerji təhülkəsizliyini, suverenliyimizi və regional sabitliyi qoruyur.
Həmçinin oxuyun
Qlobal savaşlar təkcə silahlarla deyil, siyasi və iqtisadi risqləri onilliklər əvvəldən hesablamaqla aparılır. Dövlətlər enerji təchizatının 20 faizini təmin edən Hörmuz boğazından asılı qaldığı bir vaxtda 32 il əvvəl qəbul edilən Azərbaycanın enerji strategiyasının əhəmiyyəti daha aydın görünür.
Ölkəmizin ərazisində xarici hərbi qüvvələrin varlığına mərhələli şəkildə son qoyulub. Vaxtilə Qəbələ Radiolakasiya Stansiyasını diplomatiya ilə, Ermənistanın işğalçı qüvvələrini silahla, nəhayət, 5-ci ilini tamamlamamış Rusiya sülhməramlılarını siyasi iradə ilə çıxaran ölkəmizdə milli ordumuzdan başqa heç bir xarici baza və qüvvə yoxdur.
Qalib dövlətimizi yeni qlobal qarşıdurmalara və qonşu dövlərtlərə qarşı milli-etnik savaşlara çəkmək ideyası iflasa məhkumdur.
Bəli, 90-cı illərdə Sovet İttifaqının dağılması Qarabağdan başlandı. Bu günsə eyni regionda Azərbaycan qarşıdurma deyil, sabitlik, müharibə yox, sülh və dialoq məkanıdır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zahid Oruc: "İnsanların üzləri, səsləri və davranışları sürətlə klonlaşdırılır”..
Prezident İlham Əliyev müxtəlif platformalarda çıxış edərkən yeni mərhələdə Azərbaycanın inkişaf prioritetlərini belə müəyyənləşdirib: “Süni intellekt…Biz hər zaman aparıcı xəttin, yəni, "mainstream"in arxasınca gedirik.. ". Nəticədə ölkəmizdə "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiq edilib və Süni İntellekt strategiyası hazırlanıb.Bu barədə CityPost.az-a danışan Milli Məclisin deputatı Zahid Oruc bildirib.Zahid Orucun sözlərinə görə,“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlət başçısının Süni intellektin tətbiqinin geniş vüsət almasını vurğulaması, Rəqəmsal İnkişaf Şurasını yaratması və strateji layihələrə bilavasaitə hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etməsi ölkəmizin nəinki regionda, o cümlədən, dünyadakı aparıcı trendlərə sürətlə çatmağa çalışdığını göstərir."Dünyada aparıcı şirkətlərin 90%-i Süni İntellektdən istifadə...
17 Mart 2026, 15:02
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bakı-Sumqayıt marşurutu üzrə hərəkət edən sürət qatarı hərəkətdə olan zaman ona daş atılması və şüşəsinin zədələnməsi barədə polisə məlumat daxil olub.Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən dörd yeniyetmə müəyyən edilib. Onlar valideynləri ilə birlikdə polis orqanına dəvət olunublar. Yeniyetmələrlə profilaktik söhbətlər aparılıb və bu hərəkətlərin yarada biləcəyi təhlükə onların diqqətinə çatdırılıb.Bir daha qeyd edək ki, qatara daş atılan zaman bu sərnişinlərin və qatar heyətinin həyatına ciddi təhlükə yaradır. Bir çox hallarda isə qrafikdə gecikmələr yaşanır və...
17 Mart 2026, 14:46
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.Citypost.az-ın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.Deputatlar sədrin təklifinə dəstəklərini ifadə ediblər.
17 Mart 2026, 13:45
Azərbaycanda yeni nömrə nişanlarının verilməsinə başlanıldı
Artıq 88-lə başlayan nömrə nişanlarının verilməsinə start verilib.Citypost.az xəbər verir ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.(Avtosfer.az)
17 Mart 2026, 13:35
Millət vəkili Torpaq çərşənbəsi münasibətilə təbrik edib
Millət vəkili Tamam Cəfərova İlaxır çərşənbələrin sonuncusu olan Torpaq çərşənbəsi münasibətilə xalqı təbrik edib. 🌿Citypost.az xəbər verir ki, Millət vəkili bildirib ki, Torpaq çərşənbəsi həyatın yenilənməsinin, dirçəlişin və bərəkətin rəmzidir. Deputatın sözlərinə görə, bu gündə torpaq oyanır, təbiət canlanır və yeni ümidlər cücərir.Tamam Cəfərova qeyd edib ki, əcdadlardan miras qalan bu dəyərlər xalqın təbiətə bağlılığını, zəhmətə və halal ruziyə verdiyi yüksək qiyməti nümayiş etdirir.Millət vəkili arzu edib ki, bu əziz gün hər bir ailəyə ruzi-bərəkət, süfrələrə bolluq, qəlblərə sevinc və rahatlıq gətirsin, torpağın daim münbit, Vətənin isə güclü və firavan olması təmin edilsin. ...
17 Mart 2026, 12:30
Sabah 17 dərəcə isti olacaq
Azərbaycanda martın 18-də havanın 17 dərəcə isti olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-10°...
17 Mart 2026, 12:22