Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan Məmmədov
Cəmiyyət 04 Sentyabr 2026, 16:34
3922
Quzanlının görkəmli şəxsiyyətləri -Professor Qulu Xəlilliyə dərs demiş Əfqan Məmmədov
CityPost.az xəbər verir ki,Əfqan Məmmədov 1926-cı ildə Quzanlıda doğulub. Atası Qafqaz İslam Ordusunun əsgəri olmuş Salman Həllacdır.
2 illik Ağdam Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İstitutunun (indiki ADPU) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1940- cı illərin əvvəllərindən Ağcabədidə başlayıb. Rayonun müxtəlif kəndlərində, o cümlədən Qaravəlli, Salmanbəyli, Poladlı, Sarlcalı müəllim işləyib.
Sarıcalı kəndində uzun müddət orta məktəbdə tədris işləri üzrə direktor müavini, gecə məktəbində isə direktor müavini vəzifəsində çalışıb.
1964- cü ildən Ağdam rayonunun İmamqulubəyli kənd səkkizillik məktəbində, bir neçə ildən sonra, ömrünün sonuna qədər Quzanlı kənd səkkizillik məktəbində tədris işləri üzrə direktor müavini olub.
Oğlu Fəsli Məmmədov deyir ki, Ağcabədi rayonun Salmanbəyli kəndində yaşlı nəslin nümayəndələri Əfqan müəllimi dərin minnətdarlıqla xatırlayır, onun olduqca savadlı pedaqoq olduğunu söyləyirlər: "Sarıcalı kəndindən görüşdüyüm çox adamlardan da bu barədə eşitmişəm. Atam mərhum yazıçımız Qulu Xəlilova da dərs deyib. 1978- cı ildə mən ali məktəbə qəbul imtahanları verən müddətdə müvəqqəti kirayə qaldığım həyət evindən Qulu Xəlilovun çıxdığını gördüm. Sən demə bu ev onun bacısı evi imiş!
Həmçinin oxuyun
Ev sahibəsinə dedim ki, orta məktəbdə mənim atam onun müəllimi olub! Səhəri gün Qulu müəllim gəldi və məni çağırıb kimliyimi soruşduqdan sonra dedi ki, sənin atan Azərbaycan ədəbiyyatını və dilini o gözəl tədris edib mənə sevdirdi ki, mən filoloq olmağa qərar verdim!
Bu günlərdə kəndimizin görkəmli ziyalısı, dəyərli insan, respublikada uzun müddət məhkəmə orqanlarında çalışmış hörmətli Əsəd Mirzalıyevdən də atam haqqında çox ehtiramla xatırlanma mesajı aldım".
Ağdam təhsil şöbəsində Əfqan müəllimin peşəkarlığı, pedaqoji xidmətləri rəhbərlik və ümumən kollektiv tərəfindən yüksək qiymətləndirilib və indi də tanıyanlar tərəfindən ehtiramla anılmaqdadır.
Əfqan müəllim Faiq Abdullaoğlunun dayısı, politoloq Nəsimi Məmmədlinin əmisidir. Bakı toylarında məşhur olmuş istedadlı meyxanaçı Nofəl Ağdamlı onun oğul nəvəsidir.
Əfqan Məmmədov 1980-cı ilin senyabrın 26-da vəfat edib. Məzarı Quzanlı qəbristanlığındadır.
Müəllif: Elman Cəfərli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycanda xarici mənşəli uyğunluq sənədlərinin tanınması qaydası müəyyənləşib
“Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası” təsdiqlənib.Citypost.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə birbaşa tanınma nəzərdə tutulduğu hallar istisna olmaqla, arici mənşəli uyğunluq sənədləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq onların həqiqiliyi və müqavilə şərtlərinə uyğunluğu müəyyən edilməklə tanınır.Beynəlxalq müqavilədə nəzərdə tutulmuş birbaşa tanınma hallarında təsərrüfat subyekti tərəfindən xarici mənşəli uyğunluq sənədi uyğunluğu qiymətləndirən qurumlara deyil, bilavasitə gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanına təqdim edilir. Xarici mənşəli uyğunluq sənədləri bu Qayda ilə müəyyən edilmiş qaydada tanınmadıqda və ya bu cür sənədlər olmadıqda, təsərrüfat subyekti həmin...
23 Oktyabr 2026, 19:36
Ayxan Hacızadə: Gəmidə olan 3 azərbaycanlının hamısı xilas edilib
23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.Citypost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulmasına münasibət bildirərkən deyib.“Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib”, - Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə...
23 Oktyabr 2026, 19:16
Azərbaycanda yaşıllıqlara 40 529 manat ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Bu barədə Citypost.az xidmətdən məlumat verilib.Bildirilib ki, araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib....
23 Oktyabr 2026, 18:28
Uşaqlarımız böyüyür, bəs ailə yaddaşı yaşayırmı?
Bir ev düşünək. Divardan köhnə bir foto asılıb. Şəkildə nənə, baba, bəlkə də çoxdan dünyasını dəyişmiş başqa bir ailə üzvü var. Uşaqlar bu fotoya hər gün baxırlar, amma şəkildəki insanların kim olduğunu, harada yaşadıqlarını, hansı çətinliklərdən keçdiklərini bilmirlər. Bir gün foto divardan götürülür, ev təmir olunur, əşyalar dəyişir. Şəkildəki adamların hekayəsi isə heç danışılmadığı üçün yaddaşdan silinməyə başlayır. Bəzən ailə tarixinin unudulması elə bu qədər səssiz baş verir.Hər ailənin öz tarixçəsi var. Kiminsə babası uzaq bir kənddə müəllim işləyib, kiminsə nənəsi böyük bir ailəni ağır illərdə ayaqda saxlayıb. Bir başqası müharibədə iştirak edib, doğma yurdunu tərk etməyə məcbur qalıb və...
23 Oktyabr 2026, 17:55
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.Citypost.az xəbər verir ki, bu barədə QSC-yə istinadən xəbər verir.Təqdimat “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.Təqdimatdan sonra QSC-nin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb....
23 Oktyabr 2026, 16:53
Mənim Allaha yazığım gəlir - ESSE
Bəzən insanın içində elə bir ağrı baş qaldırır ki, onu nə sözə çevirmək olur, nə də susmaqla sakitləşdirmək. O ağrı adamın ürəyində bir sual doğurur, sonra həmin sual böyüyüb bütün dünyanı tutur. Mənim də içimdə belə bir sual var: görəsən, Allahın halını soruşan varmı?Bilirəm, bu sualı oxuyanların bəziləri təəccüblənəcək, bəziləri məni qınayacaq, bəlkə də kimlərsə bunu inancsızlıq sayacaq. Amma mən Allahı inkar etmək üçün deyil, insanın Allahla münasibəti haqqında düşünmək üçün bu sualı verirəm. Çünki insan bəzən özünü o qədər haqlı, o qədər məsum, o qədər günahsız hesab edir ki, hətta öz əməllərinin məsuliyyətini də göylərin üzərinə atır. Sonra da...
23 Oktyabr 2026, 16:39