Bizə yazın

Baku

-°C

USD

-

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib

Cəmiyyət 24 Sentyabr 2026, 19:33

439

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.

Citypost.az  xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.

Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tələbəsi ilə ailə qurdu, iki ayağı kəsildi, oğlunun toy günü öldü – Muxtar Maniyevin faciəvi həyatı  

Xalq artisti Muxtar Maniyev 4 aprel 1935-ci ildə Bakıda doğulub. Atası Qala kəndindən, anası İçərişəhərlidir. Atası ilə anası xalaoğlu, xalaqızı olublar. Ailədə 8 uşaq olublar, altı qardaş, iki bacı. İlk təhsilini 199 saylı məktəbdə alıb. Uşaqlıq illərində aktyor olmaq həvəsində olmadığından Neft-Kimya İnstitutunda mühəndis ixtisası alıb. Ancaq sonradan aktyorluq sənətinə istiqamətlənib. Mühəndis diplomu aldıqdan sonra o, sənədlərini Azərbaycan Dövlət İncəsənət İnstitutuna təqdim edərək, ikinci təhsil almağa başlayıb.Həyat yoldaşı Nəsibə ilə kinostudiyanın nəzdində açılmış aktyor kurslarında tanış olublar. Həmin kurslara Adil İsgəndərov rəhbərlik edirdi. Nəsibə isə burada aktyorluqdan təhsil alır. Muxtar Maniyev orada tələbələrə dərs deyən zaman Nəsibəni görüb bəyənir və...

24 Sentyabr 2026, 20:18

 SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev...

Dini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola ömrünün son illərini aclıq və səfalət içində yaşadı. SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev...Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olub. Doqquz yaşında atasını itirib, Ordubaddakı internat məktəbində ağır şəraitdə böyüyüb. Sonralar xatirələrində internat illərində aclıq çəkdiyini, hətta çörək oğurladığına görə dəfələrlə cəzalandırıldığını söyləyib.Ali təhsil almaq üçün əvvəlcə Naxçıvanda, daha sonra Rusiyanın Sverdlovsk şəhərində təhsil alıb. Hüquqşünas kimi fəaliyyət göstərsə də, rüşvətxorluğa qarşı barışmaz mövqeyi səbəbindən təzyiqlərlə üzləşib və sonradan sahibkarlığa başlayıb. 1987-ci ildə yaratdığı "Təbriz" kooperativi ona böyük uğur qazandırıb və Cənnət Əliyev SSRİ-nin...

24 Sentyabr 2026, 20:07

 Rzaqulu Quliyev kimdir?

Fotoda gördüyünüz şəxsiyyətlər Heydər Əliyev və dayısı oğlu Rzaqulu Quliyevdir. Xatırlayırsınızsa, ötən paylaşımlarda görkəmli kəşfiyyatçı Rzaqulu Quliyev haqqında qısa məlumat vermişdim. Qeyd etmişdim ki, Rzaqulunun atası - Hüseyn kişi ümummilli lider Heydər Əliyevin anası İzzət xanımın doğma qardaşı olub. O, 1918-ci ildə ata-baba yurdundan qaçqın düşərkən yolda dünyasını dəyişib.Xatirə yazılarından aydın olur ki, İzzət xanım ömrü boyu 1918-ci ilin od-alovunda həyatlarını itirmiş bacı və qardaşlarının xiffətini çəkib. Hətta o, uzun illər ayrı düşdüyü qardaşı uşaqlarından xəbər tuta bilməyib. Heydər Əliyevin bacısı Şəfiqə xanım "Mənim anam" kitabında yazırdı: "Anamı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il...

24 Sentyabr 2026, 20:01

“I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı oldu

Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirilib.Citypost.az  xəbər verir ki, tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor...

24 Sentyabr 2026, 18:56

Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb

2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.Citypost.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti...

24 Sentyabr 2026, 18:38

Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.Görüşdə Azərbaycan–Albaniya ikitərəfli gündəliyi müzakirə olunub. Davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələrdən bəhs edib.Nazir, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb....

24 Sentyabr 2026, 18:20