Zəngilanın Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatdırılıb
Cəmiyyət 24 Sentyabr 2026, 12:22
392
Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 evin tikintisi başa çatdırılıb.
"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə jurnalistlərə açıqlamasında deyib.
O, kənddə inşa edilən yaşayış evlərinin həyətyanı sahə ilə təmin olunduğunu bildirib:"Zəngilan rayonunun Cahangirbəyli kəndi ümumi olaraq 179,54 hektar ərazidə layihələndirilib və tikinti işlərinə 2024-cü ildə başlanılıb. İlkin olaraq 62,5 hektar ərazidə 242 fərdi yaşayış evinin tikinti işləri həyata keçirilib. İnşa edilən yaşayış evləri köçəcək ailələrin say tərkibinə uyğun olaraq iki, üç, dörd və beş otaqlıdır. Evlərin 162-si 2-3 otaqlı olmaqla bir mərtəbəli, qalanları isə 4-5 otaqlı olmaqla iki mərtəbəlidir. Hazırda evlərdə son tamamlama və bəzək işləri görülür. Hər bir fərdi yaşayış evi həyətyanı sahə ilə təmin olunub. Həmçinin evlərin həyətində yardımçı tikililər də inşa edilib. Kəndə köçəcək əhalinin gündəlik tələbatlarının ödənilməsi üçün müasir tələblərə cavab verən qeyri-yaşayış obyektlərinin tikintisi də nəzərdə tutulub".
Həmçinin oxuyun
E.Ağazadənin sözlərinə görə, kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir:"Layihə çərçivəsində Cahangirbəyli kəndində 264 şagird yerlik orta məktəb, 80 yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, çoxfunksiyalı bina və bazar kompleksi də inşa olunub. Kənddə zəruri infrastruktur layihələrinin icrası davam etdirilir. Bundan əlavə, köçəcək əhalinin müasir və rahat həyat şəraitinin təmin olunması məqsədilə bütün kommunikasiya işləri, həmçinin kəndin yağış və sel sularından mühafizəsi istiqamətində layihələndirmə işləri də başa çatdırılıb. Artıq ərazidə layihə üzrə nəzərdə tutulan həllərin tətbiqinə başlanılıb".
İcraçı direktorun müavini Cahangirbəyli kəndinin inşası zamanı tikinti normativlərinə və görülən işlərin yüksək keyfiyyətlə icra olunmasına xüsusi diqqət yetirildiyini qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Citypost.az-aMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 20-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman...
24 Sentyabr 2026, 12:57
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib.Citypost.az xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb.Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək.Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.
24 Sentyabr 2026, 12:49
Rövşən Muradov: “Məktəb fərqləri qabardan mühit olmamalıdır”
Məktəb yalnız bilik verilən məkan deyil. Məktəb uşağın cəmiyyətlə ilk sistemli münasibət qurduğu, davranış, məsuliyyət, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini mənimsədiyi mühüm sosial institutdur. Bu mənada məktəbli formasına yalnız geyim məsələsi kimi yanaşmaq onun daşıdığı sosial və pedaqoji məzmunu xeyli məhdudlaşdırardı. Vahid məktəbli geyimi, ilk növbədə, məktəbin ümumi mühitini formalaşdıran, şagirdlər arasında zahiri fərqlərin təsirini azaldan və hər bir uşağın eyni təhsil məkanının üzvü olduğunu göstərən vasitədir.Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov bildirib.Deputatın sözlərinə görə, Məktəbdə uşağın ailəsinin maddi imkanları, geyimin markası və ya fərqli sosial göstəricilər onun digər şagirdlər arasında mövqeyini müəyyən edən amilə çevrilməməlidir. Təhsil...
24 Sentyabr 2026, 11:35
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.Qeyd edilib ki, dərinliyi 15 km, maqnitudası 3.1 olan yeraltı təkan hiss olunmayıb.
24 Sentyabr 2026, 11:21
Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb
Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrini, eləcə də Naxçıvan Hərbi Kollecini ziyarət edib.Bu barədə Citypost.az-a Hərbi Prokurorluqdan məlumat verilib.Bildirilib ki, hərbi qulluqçulara Vətən müharibəsində və Antiterror əməliyyatında Silahlı Qüvvələrimizin və xalqımızın bir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsindən və Dövlət Suverenliyimizin tam bərpa olunmasından danışılıb.Görüş zamanı hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olunub. Hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər və qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında yerinə yetirməyə qadir olmalarını bildiriblər.Tədbirin sonunda xidmətdə fərqlənən...
24 Sentyabr 2026, 11:18
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.Bölgə təmsilçisi sentyabrın 27-si "Karvan-Yevlax"la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq.Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.
24 Sentyabr 2026, 11:15