Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: “Mineral ehtiyatlar potensialı işə salınmalıdır”

Siyasət 24 Sentyabr 2026, 11:43

528

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkənin qeyri-neft sənayesinin inkişafın istiqamətində mühüm qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müşavirədə müzakirə edilən "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına təkan verəcək vacib çərçivə sənədidir .

Bu sözləri Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov bildirib.

Deputatın sözlərinə görə, Dövlətimizin başçısı çıxışında ölkə iqtisadiyyatının ümumi mənzərəsinə diqqət çəkərək bildirdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının 30 ilə yaxın istismarda olması ilə bağlı hasilatın azalması ölkənin ümumi iqtisadi artım templərinə təsir göstərir. Lakin buna baxmayaraq, qeyri-neft sektorunda 8 ayda 5,4 faizlik artım qeydə alınması bu istiqamətdə atılan addımlar, o cümlədən qəbul olunmuş dövlət proqramlarının nəticəsində mümkün olmuşdur. Dağ-mədən sənayesinin inkişafı məsələsinə diqqət ayrılması isə son illər qəbul edilmiş kənd təsərrüfatı, nəqliyyat və su təsərrüfatı proqramları ilə eyni məntiqi ardıcıllığın davamıdır.Xüsusi diqqətçəkən məqam işğal illərində Ermənistanın təbii sərvətlərimizə vurduğu ziyanla bağlı Prezidentin fikirləridir. Dövlət başçısı qeyd etdi ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv və talan edilib. Hətta ikinci Qarabağ müharibəsindən sonra erməni silahlı qüvvələrinə Kəlbəcər və Laçın rayonlarından çıxmaları üçün verdiyimiz 2-3 həftə vaxt ərzində də öz vandallıqlarından əl çəkməyərək, ağacları yandırıb məhv etdilər. Həmçinin təbii resurslarımız - qızıl, mis, molibden yataqlarımız talan edilirdi. Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Müsbət məqamlardan biri ondan ibarətdir ki, Sovet dövründə Azərbaycanda daha çox neft sənayesinin inkişafı diqqət mərkəzində idi və dağ-mədən sənayesi  o qədər də prioritet hesab edilmirdi. Bu səbəbdən bir çox perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bu isə həmçinin işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasının yeni bir istiqamətini — mineral ehtiyatlar potensialının işə salınmasını gündəmə gətirir.

Zaur Şükürov vurğulayıb ki, statistik rəqəmlər qarşıya mühüm hədəflərin qoyulduğunu göstərir. Belə ki, qarşıdan gələn 3-4 il ərzində bu sektorun ÜDM-də payının 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 2025-ci ilin orta dünya qiymətləri əsasında 3,4 milyard manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan nəticələrin əldə edilməsi üçün həmin dövr ərzində ümumilikdə 5,3 milyard manat investisiya nəzərdə tutulur. Dövlət Proqramının icrası üzrə məsul olan qurumlarımızadan biri "AzerGold" QSC-nin məlumatına görə 2017-ci illə müqayisədə qızıl hasilatı 2 dəfə, gəlirlər 3,5 dəfə, EBITDA isə təxminən 6 dəfə artıb. Şirkətin 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmaq hədəfi qoyulub. "Söyüdlü", "Ortakənd", "Filizçay" və "Daşkəsən" layihələri üzrə ümumilikdə 3,63 milyard manatlıq investisiya nəzərdə tutulur ki, bunun yalnız 10 faizi dövlət büdcəsindən maliyyələşəcək — qalanı şirkətin daxili gəlirləri, borc vəsaitləri və potensial investor iştirakı hesabına formalaşacaq. Ölkə başçısı qeyd etdi ki, Avropa qitəsində ən perspektivli yataqlardan biri sayılan Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağının istismara hazırlanması ilə bağlı işlər görülür, tezliklə texniki-iqtisadi əsaslandırma hazır olmalı və yekun investisiya qərarı da qəbul edilməlidir. "AzerGold" QSC-nin bu yatağın 100 faiz səhmdarı olması nəzərdə tutulur. Eyni zamanda, istismar prosesində təbii ki, bu yatağın dəyəri də qalxacaq. Böyük ehtimalla, xarici investorlar da bu yatağa maraq göstərəcək və o halda, müəyyən payla xarici sərmayədarların layihəyə cəlb olunması mümkün ola bilər.

Millət vəkili əlavə edib ki, digər vacib məqamlar isə qeyd olunan sənaye sektorunda yeni iş yerlərinin və tam istehsal zəncirinin yaradılmasıdır. Ölkə başçısı bu məsələ ilə bağlı bildirdi ki:  „Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.Prezident İlham Əliyev çıxışında xüsusilə önəmli bir məsələyə vurğu etdi – sözügedən sənayenin inkişafı prosesində ekoloji məsələlər daim diqqətdə olmalıdır: "Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün ekoloji standartlara cavab verməlidir." 

Z. Şükürov qeyd edib ki, Prezidentimizin bu fikirləri heç şübhəsiz ölkəmizdə və ümumiyyətlə bölgəmizdə ekoloji tarazlığın qorunmasına hesablanmış strateji yanaşmanı nümayiş etdirir. İnanırıq ki, "Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nın uğurla icra edilməsi Prezident cənab İlham Əliyevin rəhbərliyi ölkə iqtisadiyyatının şaxələndirilməsi və davamlı inkişafı, xüsusilə də qeyri-neft sektorunda sabit artıma nail olunması istiqamətində fəaliyyətə mühüm töhfə verəcəkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tramp-Zelenski görüşü ilə bağlı Qulu Məhərrəmlidən AÇIQLAMA

Professor, media eksperti Qulu Məhərrəmli Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş tutan görüşə diqqət çəkib.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, siyasi liderlərin BMT Baş Assambleyası çərçivəsində keçirdiyi görüşlər arasında Tramp-Zelenski təması xüsusi diqqət çəkir. Onun sözlərinə görə, görüşün nəticələri Avropada və Rusiyada da diqqətlə təhlil olunur.Professor qeyd edib ki, görüşlə bağlı medianın əsas sualları ABŞ-ın Rusiya Prezidenti Vladimir Putinə təzyiq edib-etməyəcəyi, Ukraynaya yeni raketlərin verilib-verilməyəcəyi, Moskvanın mövqeyində yumşalma olub-olmayacağı və müharibənin başa çatıb-çatmayacağı ilə bağlıdır.“Bütün cavablar maraqlıdır…” – deyə Q.Məhərrəmli yazıb.Turan...

24 Sentyabr 2026, 09:12

Aydın Quliyev: “Dünyanı uşaq jestləri ilə guya idarə edirlər”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev BMT Baş Məclisinin iclasında müxtəlif ölkələrin nümayəndələrinin çıxışlar zamanı zalı tərk etməsi ilə bağlı paylaşım edib.A.Quliyev yazıb ki, İran Prezidenti Məsud Pezeşkian çıxış edərkən ABŞ nümayəndələri, ABŞ Prezidenti Donald Tramp danışarkən İran təmsilçiləri, İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərkən Türkiyə nümayəndələri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışarkən isə İsrail nümayəndələri zaldan çıxıblar.“Dünyanı uşaq jestləri ilə guya idarə edirlər...” – deyə A.Quliyev qeyd edib.O, paylaşımında Ərdoğanın kürsüdə şeir səsləndirdiyi vaxt Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın zalı tərk etmədiyini də qeyd edərək, onun göz yaşlarına hakim ola bilmədiyini yazıb.Turan...

24 Sentyabr 2026, 08:56

Ceyhun Bayramov Fransanın XİN rəhbəri ilə görüşüb

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.Görüşdə ikitərəfli münasibətlər, Azərbaycan–Avropa İttifaqı əlaqələri, regional təhlükəsizlik vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunub.Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı Sərəncamla Fransa vətəndaşı Martin Ryan əfv edilərək cəzasının çəkilməmiş hissəsindən azad olunub. Ryan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2026-cı il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi....

23 Sentyabr 2026, 20:26

Ədalət Verdiyev: “Tramp İranı boğmaq üçün sanksiyaları sərtləşdirir” 

Hərbi ekspert Ədalət Verdiyev ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar və bunun region ölkələrinə mümkün təsirləri ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Ə.Verdiyev bildirib ki, Vaşinqtonun İranı iqtisadi baxımdan təcrid etməyə yönəlmiş siyasəti Orta Asiya ölkələrini çətin seçim qarşısında qoyur. Onun sözlərinə görə, həmin ölkələr ya ABŞ təzyiqi fonunda Tehranla ticarət və logistika əlaqələrini məhdudlaşdırmalı, ya da ikinci dərəcəli sanksiyalarla üzləşmək riski ilə qarşılaşmalıdır.Ekspertin sözlərinə görə, ABŞ Maliyyə naziri Skott Bessentin avqustun 24-də elan etdiyi yeni kampaniyanın məqsədi İranın qonşu dövlətlər də daxil olmaqla iqtisadi, ticarət və maliyyə əlaqələrinin zəiflədilməsi və məhdudlaşdırılmasıdır. O, bu çərçivədə İran aviaşirkətlərinə qarşı yeni...

23 Sentyabr 2026, 09:12

Amid Əliyev: “Dünya 5-dən böyükdür” tezisi yeni məna qazandı

Dünya 5-dən böyükdür” ifadəsi artıq Türkiyə Prezidentinin BMT çıxışlarında formalaşdırdığı siyasi doktrinanın əsas tezislərindən birinə çevrilib. Dünənki çıxışda isə bu tezis daha konkret məzmun aldı: məsələ yalnız Təhlükəsizlik Şurasının genişləndirilməsi deyil, veto mexanizminin özünün yenidən nəzərdən keçirilməsidir. Türkiyə prezidenti hesab edir ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış BMT strukturu XXI əsrin siyasi reallıqlarını artıq tam əks etdirmir. BMT təhlükəsizliyin qarantı rolunda öz funksiyalarını artıq lazımı şəkildə icra edə bilmir.Burada diqqətiçəkən əsas siyasi paradoks ondan ibarətdir ki, BMT Baş Assambleyasında 190-dan çox dövlət təmsil olunur, lakin Təhlükəsizlik Şurasında beş daimi üzvün veto hüququ istənilən qərarın taleyinə həlledici təsir göstərə bilir. Ərdoğanın...

23 Sentyabr 2026, 09:03

Azərbaycan və İranın XİN rəhbərləri regional prosesləri nəzərdən keçiriblər 

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub....

22 Sentyabr 2026, 23:10