Bizə yazın

Baku

-°C

USD

-

Millimiz Avropa çempionatında rekorda imza atdı

İdman 24 Sentyabr 2026, 18:45

386

Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub.

Azərbaycan Boks Federasiyasından Citypost.az-a verilən məlumata görə, yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb.

Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji yarışlarda 1 dəfəyə ən çox 4 mükafata sahib olmuşdular. 2006-ci ildə Plovdivdə, 7 il sonra Minskdə təmsilçilərimiz 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Bu dəfə 5 medalın təmin edilməsi isə Avropa çempionatlarında yeni rekorddur.

Millinin heyətində Cəfərovdan öncə Sübhan Mamedovla (50 kq) Nəbi İsgəndərov (70 kq) finala, Amin Məmmədzadə (55 kq) yarımfinala vəsiqə əldə edib. Məhəmməd Abdullayev (+90 kq) isə bürünc medalı rəsmiləşdirib.

Qeyd edək ki, çempionata sentyabrın 25-də yekun vurulacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəldi 

Azərbaycanın 2 boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finala yüksəlib.Citypost.az  xəbər verir ki, yarımfinalda öz rəqiblərinə qalib gələn Sübhan Mamedov (50 kiloqram) və Nəbi İsgəndərov (70 kiloqram) həlledici döyüşə vəsiqə qazanıblar.Finala gedən yolda uduzan Məhəmməd Abdullayev (+90 kiloqram) qitə çempionatını bürünc medalla başa vurub.Səidcəmşid Cəfərov (75 kiloqram) isə 1/4 final görüşünü qələbə ilə başa vuraraq yarımfinala adlayıb.Sabah Amin Məmmədzadə (55 kiloqram) yarımfinal döyüşünə çıxacaq. Avropa çempionatına sentyabrın 25-də yekun vurulacaq....

24 Sentyabr 2026, 08:13

"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib

"Araz-Naxçıvan" baş məşqçi postuna Yuri Maksimovu təyin edib.Citypost az xəbər verir ki, bu barədə klub məlumat yayıb.Ukraynalı mütəxəssislə anlaşma 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.O, bu postda Cavid Hüseynovu əvəzləyib.Y.Maksimov müxtəlif illərdə "Vorskla", "Dnepr-1", "Polose", "Taraz", "Mordoviya", "Metallurq", "Krivbass", "Obolon", ÇSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb.58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi olub, Azərbaycan Kubokunu qazanıb....

23 Sentyabr 2026, 16:32

"Zaqatala"nın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb

Azərbaycan I Liqasının III turunun "Karvan-Yevlax" – "Zaqatala" matçında xəsarətlə nəticələnən təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan qonaq komandanın futbolçusu Elxan Məmmədov 6 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimələnib.Citypost.az  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Sözügedən insident sentyabrın 16-da keçirilən qarşılaşmanın 6-cı dəqiqəsində qeydə alınıb.Xatırladaq ki, qarşılaşma "Karvan-Yevlax"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

23 Sentyabr 2026, 12:52

"Qaradağ-Lökbatan" PFK ləğv olunur

"Qaradağ-Lökbatan" Peşəkar Futbol MMC ləğv olunduğunu elan edib.Citypost.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 124, mənzil 21 ünvanına bildirə bilərlər."Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu 2024-cü ildə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 8, mənzil 24, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Bəbir Dilsuz oğlu Həsənovdur....

22 Sentyabr 2026, 18:14

Litvalı basketbolçu Oleq Kojenets "Naxçıvan"a keçib 

Litvalı basketbolçu Oleq Kojenets "Naxçıvan"da çıxış edəcək.Bu barədə Citypost.az-a klubdan məlumat verilib.23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.Oleq Kojenetsin son klubu NCAA komandalarından "Stony Brook" olub.

22 Sentyabr 2026, 17:38

AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək 

AFFA-nın təşkilatçılığı ilə futzal üzrə seleksiya məşqləri keçiriləcək.Citypost.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.Məşqlər sentyabrın 24-26-da "Olimpik Star" İdman Kompleksində təşkil olunacaq.Saat 14:00-da start götürəcək və iki saat davam edəcək seçim prosesinə 2008-2010 il təvəllüdlü şəxslər qatıla bilərlər.

22 Sentyabr 2026, 10:11