“I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı oldu
Cəmiyyət 24 Sentyabr 2026, 18:56
383
Sentyabrın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan Türk Ocağı" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Akif Aşırlının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap olunan “I Türkoloji Qurultayı arxiv sənədlərində” adlı kitabının təqdimatı keçirilib.
Citypost.az xəbər verir ki, tədbirdə çıxış edənlər 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın Azərbaycan və bütövlükdə Türk dünyasının elmi, mədəni və ictimai fikir tarixindəki əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitabda müxtəlif arxivlərdən toplanaraq sistemləşdirilən sənədlər qurultayın təşkili, iştirakçıları, müzakirə olunan məsələlər və dövrün ictimai-mədəni mühiti barədə yeni məlumatların öyrənilməsi baxımından mühüm mənbədir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli I Türkoloji Qurultayla bağlı arxiv materiallarının üzə çıxarılmasının əhəmiyyətindən danışıb. O bildirib ki, kitab üzərində aparılan araşdırmalar zamanı yalnız Azərbaycan arxivlərində deyil, müxtəlif ölkələrdə qorunan sənədlər də tədqiq edilib. Bu materialların elmi dövriyyəyə gətirilməsi qurultayın keçirildiyi dövrün daha geniş kontekstdə araşdırılmasına imkan yaradır.
Professor qurultay iştirakçılarının sonrakı taleyinin də ayrıca araşdırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, qurultayda iştirak edən bir sıra alim və ziyalıların sonrakı illərdə repressiyalara məruz qalması ilə bağlı məsələlər müxtəlif arxiv sənədləri əsasında daha ətraflı öyrənilməlidir. Nadir Məmmədli, həmçinin dil və əlifba məsələlərinin qurultayın əsas müzakirə istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Professor Asif Rüstəmli kitabda toplanmış sənədlərin Azərbaycan mədəniyyət və mətbuat tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, nəşr yalnız türkoloqlar üçün deyil, tarixçilər, ədəbiyyatşünaslar və mətbuat araşdırmaçıları üçün də dəyərli mənbədir. Asif Rüstəmli Bakı şəhərinin I Türkoloji Qurultayın keçirildiyi məkan kimi Türkoloji fikir tarixində xüsusi mövqeyə malik olduğunu qeyd etdi.
Professor Sayalı Sadıqova çıxışında qurultayın dilçilik tarixindəki rolundan danışıb. O, arxiv sənədlərinin tədqiqinin həmin dövrün dilçilik elminin inkişaf istiqamətlərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Professor İlhami Cəfərov kitabın arxiv mənbələri əsasında hazırlanmasını yüksək qiymətləndirib. Nəşrin I Türkoloji Qurultay haqqında elmi təsəvvürlərin genişləndirilməsinə töhfə verdiyini qeyd edib.
Həmçinin oxuyun
Dosent Dilqəm Əhmədov tarixi sənədlərin qorunaraq gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıbı.
Professorlar Qətibə Mahmudova və Qətibə Quliyeva isə kitabda əksini tapan materialların elmi əhəmiyyətini vurğulayıblar.
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova qeyd edibi ki, müxtəlif arxiv sənədlərinin bir nəşrdə sistemləşdirilməsi tədqiqatçılar üçün mühüm imkanlar yaradır.
Tədbirdə, həmçinin kitabın müəllifi Akif Aşırlının Azərbaycan mətbuat və ictimai fikir tarixinin, eləcə də Türk dünyasının elmi-mədəni irsinin araşdırılması istiqamətində fəaliyyəti qeyd edilib. Onun Həsən bəy Zərdabi irsi, Azərbaycan mətbuat tarixi və Türk dünyası ilə bağlı araşdırmaları diqqətə çatdırılıb.
Sonda kitabın müəllifi Akif Aşırlı çıxış edib. Müəllif kitab üzərində iş zamanı müxtəlif arxivlərdə saxlanılan sənədlərin araşdırılması, sistemləşdirilməsi və müqayisəli şəkildə öyrənilməsi barədə məlumat verib.
Akif Aşırlı vurğulayıb ki, kitabın əsas məqsədi 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın tarixini mümkün qədər çoxsaylı ilkin mənbələr əsasında təqdim etmək, arxiv sənədlərini geniş oxucu və tədqiqatçı auditoriyasına çatdırmaqdır. Müəllif bu istiqamətdə araşdırmaların gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib. Kitabın ərsəyə gəlməsində elmi məsləhət və dəstək göstərən alimlərə, arxiv əməkdaşlarına və digər şəxslərə təşəkkürünü bildirib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.Citypost.az xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.Yeni redaksiyada qanunun...
24 Sentyabr 2026, 19:33
Bu il Azərbaycanda məişət zorakılığından 15 qadın, 7 kişi ölüb
2026-cı ilin birinci yarısında Azərbaycanda məişət zorakılığı ilə bağlı 716 cinayət qeydə alınıb. Bu cinayətlər nəticəsində 722 nəfər zərər çəkib, 22 nəfər həyatını itirib.Citypost.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Zərərçəkənlərin 608-i qadın, 114-ü kişi olub. Həyatını itirən 22 nəfərin isə 15-i qadın, 7-si kişidir. Məişət zorakılığı nəticəsində zərər çəkənlər arasında 8 yetkinlik yaşına çatmayan şəxs də var. Onlardan biri həyatını itirib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınan cinayətlərin 21-i qəsdən adam öldürmə, 7-si adam öldürməyə cəhd, 17-si qəsdən sağlamlığa ağır, 28-i az ağır, 633-ü isə yüngül zərər vurma ilə bağlı olub. Daha 5 əzab vermə cinayəti...
24 Sentyabr 2026, 18:38
Ceyhun Bayramov Albaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda Albaniyanın Avropa və xarici işlər naziri Ferit Hoxa ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.Görüşdə Azərbaycan–Albaniya ikitərəfli gündəliyi müzakirə olunub. Davamlı siyasi dialoqun, yüksək səviyyəli təmasların və BMT də daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.Ceyhun Bayramov Azərbaycanın əsas enerji və nəqliyyat bağlantısı layihələri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə verdiyi mühüm töhfələrdən bəhs edib.Nazir, həmçinin qarşı tərəfi münaqişədən sonrakı regional reallıqlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də Ermənistanla davam edən sülh səyləri barədə məlumatlandırıb....
24 Sentyabr 2026, 18:20
Bakıda daha bir küçədə avtobus zolağı salındı
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.Citypost.az xəbər verir ki, AYNA-nən məlumatına görə, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib. Bu zolaq Füzuli və Zivərbəy Əhmədbəyov küçələrindəki mövcud avtobus zolaqları ilə əlaqələndirilib.Layihə, xüsusilə ekspres avtobusların hərəkət intervallarını azaltmağa və sərnişindaşımanın səmərəliliyini artırmağa xidmət edir....
24 Sentyabr 2026, 18:18
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.Bu barədə Citypost.az-a AYNA-dan məlumat verilib.Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 22, 31, 67, 92 nömrəli şəhərdaxil, 172 və 191 nömrəli şəhərətrafı, Mingəçevir şəhəri üzrə 5 nömrəli şəhərdaxili, Bakı-Gəncə, Bakı-İsmayıllı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Sabirabad, Bakı-Göyçay, Bakı-İmişli, Sumqayıt-Naftalan, Sumqayıt-Xankəndi-Laçın, Kəlbəcər-Tərtər, Tərtər-Xankəndi, Mingəçevir-Qax, Mingəçevir-Ağcabədi, Şəki-Gəncə, Bərdə-İsmayıllı və Tərtər-Bərdə şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin...
24 Sentyabr 2026, 17:40
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi, layihələrin "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə qanuna uyğun olaraq Prezident İlham Əliyevə təqdim edilməsi haqda qərar qəbul edib.Bu barədə Citypost.az-a hökumətdən bildirilib.Məlumata görə, bununla bağlı qərar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda qəbul olunub....
24 Sentyabr 2026, 17:32