Arif Hacılının oğlu və gəlini ABŞ-də həbs edildi
Cəmiyyət 24 Sentyabr 2026, 15:18
363
Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılı ABŞ-da həbs edilib.
Citypost.az musavat.com-a istinadla xəbər verir ki, Arif Hacılı oğlunun və gəlininin Müsavat Partiyasına xas ənənəvi saxta sənəd taktikasından istifadə etməklə ABŞ-da məskunlaşmasına kömək göstərib.
Orxan və Yaqut Hacılı bütün cəhdlərə baxmayaraq, ABŞ-da oturum icazəsi ala bilməyiblər. Onlar ölkədən çıxmaq öhdəliyi götürsələr də, bu tələbə əməl etməyib və ABŞ ərazisində qeyri-qanuni qalmağa davam ediblər.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Hacılılar ABŞ-ın aidiyyəti qurumlarına saxta sənədlər təqdim edib, siyasi fəaliyyətləri barədə təhrif olunmuş məlumatlardan ibarət dosye hazırlamaqla oturum hüququ qazanmağa çalışıblar. ABŞ miqrasiya orqanlarının araşdırması zamanı təqdim edilən sənədlərlə real vəziyyət arasında ciddi ziddiyyətlər üzə çıxıb. Bundan sonra Orxan Hacılı və Yaqut Hacılı həbs edilib.
Mənbə bildirir ki, Arif Hacılı oğlunun və gəlininin həbsindən sonra xaricdəki havadarlarının imkanlarından yararlanmağa çalışıb. O, müxtəlif xarici təşkilatlara və ayrı-ayrı şəxslərə müraciət edib. Nəticədə külli miqdarda vəsait girov qoyulub və onların müvəqqəti azadlığa çıxmasına nail olunub.
Lakin girov müqabilində azadlığa buraxılmaları ittihamların aradan qalxması və ya işə xitam verilməsi demək deyil. Orxan və Yaqut Hacılı barədə məhkəmə prosesi davam edir. Onların ABŞ-dan deportasiya olunması ehtimalı da qüvvədə qalır.
ABŞ qanunvericiliyinə görə, miqrasiya qurumlarına saxta sənəd təqdim edilməsi, şəxsin siyasi fəaliyyəti və mümkün təqib təhlükəsi barədə bilərəkdən yalan məlumat verməsi sadəcə texniki qayda pozuntusu sayılmır. Belə hərəkətlər oturum və sığınacaq müraciətinin rəddinə, miqrasiya həbsinə, deportasiya prosesinə və ayrı-ayrı hallarda əlavə hüquqi məsuliyyətə gətirib çıxara bilər.
Həmçinin oxuyun
Musavat.com-un araşdırması zamanı ABŞ-ın açıq məhkəmə və miqrasiya bazalarında bu işə dair ad-soyadla əldə edilən sənəd tapılmayıb. Bunun əsas səbəbi ABŞ immiqrasiya işlərinin açıq sistemdə adla yoxlanılmamasıdır. ABŞ Ədliyyə Nazirliyinin EOIR sistemi işin statusunu öyrənmək üçün "A-number” adlanan fərdi miqrasiya nömrəsini tələb edir. Girov iclasları barədə məlumat da açıq elektron sistemdə göstərilmir. Buna görə məlumatın açıq bazada görünməməsi belə bir prosesin olmadığı anlamına gəlmir.
Məsələnin digər mühüm tərəfi budur ki, Arif Hacılının adı saxta sənəd qalmaqalında ilk dəfə hallanmır. Onun 2014-cü ildən Müsavat Partiyasına başçılıq etdiyi dövrdə siyasi mühacirət, saxta partiya arayışları və Avropada oturum almaq üçün qurulan saxta dosyelərlə bağlı çoxsaylı ittihamlar gündəmə gəlib.
Almaniyada keçirilən məhkəmə proseslərində, Azərbaycan hüquq-mühafizə orqanlarının araşdırmalarında və Avropanın ayrı-ayrı ölkələrində aparılan yoxlamalarda Müsavat Partiyasının adından verilən sənədlər müzakirə mövzusu olub. Bir sıra şəxslər Avropada bu sxemin qurbanına çevrildiklərini bildiriblər. Jurnalist Elbəyi Həsənli də silsilə yazılarında saxta sənəd və siyasi mühacir biznesi ilə bağlı fakt və iddiaları ictimailəşdirib.
İddialara görə, Arif Hacılının partiyaya rəhbərlik etdiyi dövrdə siyasi fəaliyyətlə real əlaqəsi olmayan şəxslərə partiya üzvlüyü, təqib və siyasi fəallıq barədə sənədlərin hazırlanması kütləvi xarakter alıb. Xaricdə oturum almaq istəyən ayrı-ayrı şəxslər bu sənədlərdən istifadə edib, sonradan isə həm özləri, həm də onlara saxta dosye hazırlayan çevrələr hüquqi problemlərlə üzləşiblər.
İndi eyni metodun Arif Hacılının öz oğlu və gəlini üçün də işə salındığı barədə məlumat ortaya çıxıb. Bu dəfə saxta sənəd mexanizminin qurbanı kənar şəxs deyil, Arif Hacılının öz övladıdır.
İllər boyu siyasi rəqiblərini və hakimiyyəti saxtakarlıqda suçlayan Arif Hacılının özünün belə ağır iddiaların mərkəzinə düşməsi ciddi siyasi və mənəvi ziddiyyətdir. Başqalarından şəffaflıq və dürüstlük tələb edən siyasi xadim əvvəlcə həmin prinsipləri öz fəaliyyətində və ailəsinə münasibətdə qorumalıdır.
Siyasətçi üçün ailə üzvlərinin gələcəyini saxta sənədlər və təhrif olunmuş siyasi dosyelər üzərində qurmağa çalışmaq nə siyasi əxlaqa, nə də ictimai məsuliyyətə sığır. Arif Hacılının bu əməli qınanmalıdır. Saxtakarlıq üzərində qurulan yol sonda onun öz övladını ABŞ-da həbs və deportasiya təhlükəsi ilə üz-üzə qoyub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əsas hərbi hədəfləri tam məhv edilib
Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilmişdir.“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.Video...
24 Sentyabr 2026, 15:59
Nobel mükafatını alanda nə demişdi?
Böyük fransız filosofu Anri Berqson 1927-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun Nobel nitqi günümüzün mövzusudur:“XIX əsr texniki kəşflər sahəsində misli görünməmiş tərəqqi ilə xarakterizə olunduğuna görə bir qayda olaraq belə hesab olunurdu ki, bu kəşflər maddi nemətlərin sadə artımı ilə yanaşı həmçinin bəşəriyyətin mənəvi səviyyəsinin də yüksəlməsi ilə nəticələnməlidir. Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər mənəvi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər. Bizim yaratdığımız maşınlar təbii orqanlarımıza öz funksiyalarını genişləndirməyə imkan verən və beləliklə,...
24 Sentyabr 2026, 15:53
Pezeşkian BMT-dən hansı mesajı verib? -Qulu Məhərrəmlinin ŞƏRHİ
Dünən İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı çox təsirli idi. O, ABŞ prezidenti D.Trampın hədə dolu çıxışına cavab olaraq bütün dünyaya "İran baş əyməyəcək” mesajını verdi. Bu sözləri açıqlamasında professor Qulu Məhərrəmli bildirib."Onu da bəyan etdi ki, İran nüvə silahına qarşıdır, lakin dinc məqsədli nüvə texnologiyasından və nüvə enerjisinə sahib olmaq hüququndan imtina etməyəcək!M.Pezeşkian BMT-dəki çıxışında həmçinin İranın ali dini rəhbərinin ABŞ və İsrail tərəfindən qətlə yetirilməsini, İsrailin "istədiyi ölkəyə tam cəzasızlıq şəraitində hücum etməsini" pisləyib, onları "terrorçu rejim" adlandırıb",-deyə professor qeyd edib. "İran özünün uzun tarixi ərzində aydın bir dərs öyrənib: güclü olmadan mövcudluq və təhlükəsizlik təmin olunmur"...
24 Sentyabr 2026, 15:35
Baş nazir: “Xarici borcumuz 4,5 milyard dollar təşkil edir”
Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. $ təşkil edir.Citypost.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.Baş nazir bildirib ki, bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir: “Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 mlrd. $ olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. $-dan çox olub.2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olmuşdur. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları,...
24 Sentyabr 2026, 15:26
Bakıda Formula 2 yarışında ikinci sıralama turuna yekun vurulub
Formula 2 üzrə Azərbaycan Qran-prisində ikinci sıralama turuna yekun vurulub.Citypost.az xəbər verir ki, yarış saat 15:00-da başlayıb.Ən yaxşı nəticəni "Rodin Motorsport" komandası göstərib. Martinius Stenşorne yarışı lider tamamlayıb.İlk sıralama turunda ən yaxşı nəticəni "Rodin Motorsport" komandası göstərib. Aleks Dann yarışı lider bitirib.Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
24 Sentyabr 2026, 15:23
QMİ-də 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutduğunu bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri müxtəlif dini konfessiyaların nümayəndələrinin Vətən müharibəsi günlərində və Zəfərdən sonrakı dövrdə həmrəylik nümayiş etdirdiklərini diqqətə çatdırıb.Tədbirdə digər çıxış edənlər də 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyi vurğulayıblar.Tədbirdə Azərbaycanın dini konfessiya rəhbərlərinin birgə bəyanatı səsləndirilib.Sonda...
24 Sentyabr 2026, 15:12