Nobel mükafatını alanda nə demişdi?
Cəmiyyət 24 Sentyabr 2026, 15:53
420
Böyük fransız filosofu Anri Berqson 1927-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Onun Nobel nitqi günümüzün mövzusudur:
“XIX əsr texniki kəşflər sahəsində misli görünməmiş tərəqqi ilə xarakterizə olunduğuna görə bir qayda olaraq belə hesab olunurdu ki, bu kəşflər maddi nemətlərin sadə artımı ilə yanaşı həmçinin bəşəriyyətin mənəvi səviyyəsinin də yüksəlməsi ilə nəticələnməlidir. Əldə olunmuş təcrübə isə əksinə, sübuta yetirirdi ki, texnologiyanın inkişafı cəmiyyətdə yaşayan insanların mənəviyyatının avtomatik yüksəlişi demək deyildir və əgər mənəvi sahədə uyğun nailiyyətlər əldə olunmursa, bəşəriyyətin malik olduğu maddi nemətlər hətta təhlükə təşkil edə bilər. Bizim yaratdığımız maşınlar təbii orqanlarımıza öz funksiyalarını genişləndirməyə imkan verən və beləliklə, insan orqanizminin özünün imkanlarını zənginləşdirən süni orqanlardır. Əgər bədən sağlamdırsa və onun fəaliyyəti nizamlanıbsa, onda ruh da öz növbəsində kamilləşəcək, əks təqdirdə qarşılıqlı asılılıq ciddi şəkildə pozulacaq və bu həm sosial, həm də siyasi sferalarda təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu isə öz növbəsində öz ilkin durumu ilə müqayisədə dəyişməmiş insan mənəviyyatı ilə qeyri-proporsional şəkildə böyümüş bədən arasında tarazlığın pozulmasının yeni səviyyəsinə gətirib çıxara bilər. Yalnız bir gözəgəlimli misalla kifayətlənəcəm: belə bir haqlı ümid mövcud idi ki, buxardan və elektrikdən istifadə, məsafələrin qısalması öz-özlüyündə xalqların ruhən yaxınlaşmasını stimullaşdıracaq. Bu gün artıq məlum olur ki, bu baş verməmişdir və əgər mənəvi tərəqqi, insanlar arasında qardaşlıq münasibətlərinin bərqərar olunmasına yönəlmiş ciddi səylər nəticə verməsələr, heç də yoxa çıxmamış antaqonizmlər yalnız kəskinləşmək riskinə məruz qalırlar."
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vilayət Eyvazov xarici dövlətlərin Polis Akademiyalarına ezam olunan polis kursantlarını qəbul edib
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov beynəlxalq əməkdaşlıq çərçivəsində xarici dövlətlərin Polis Akademiyalarında hüquq təhsili almaq üçün ezam olunan kursantları qəbul edib.DİN-dən Citypost.az-a verilən məlumata görə, nazir həyatlarında ən əlamətdar günlərdən biri - polis kursantı adına layiq görülmələri münasibətilə gəncləri təbrik edib, uğurlar arzulayıb.Ölkə rəhbərliyinin gənclərə hər zaman böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai həyatında təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün zəruri addımların atıldığını diqqətə çatdırıb.Kursantlara Vətənimizin, eləcə də Azərbaycan Polisinin adını daim uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz...
24 Sentyabr 2026, 16:25
Prezident Babək rayonunun icra başçısını AZAD ETDİ
Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Qeyd edək ki, Ovni Muradov bu vəzifəyə 2024-cü ilin aprel ayında təyin olunmuşdur.
24 Sentyabr 2026, 16:23
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Naxçıvan MR, Kəlbəcər, Laçın, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Biləsuvar, Lənkəran, Masallı, Cəlilabad, Astara, Lerik, Yardımlı, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Saatlı, Sabirabad, İmişli, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
24 Sentyabr 2026, 16:17
“Birliyin Gücü – 2026” təlimində şərti terrorçuların əsas hərbi hədəfləri tam məhv edilib
Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, müvafiq plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif təlim-döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.Təlimə cəlb edilən artilleriya bölmələri tərəfindən icra olunan dəqiq atəş zərbələri ilə terrorçuların dayaq məntəqələri, sığınacaqları və əsas hərbi hədəfləri tam məhv edilmişdir.“Birliyin Gücü – 2026” birgə hərbi təliminin hazırlıq mərhələsində ordumuzun hərbi qulluqçuları Türkiyə və Özbəkistandan olan şəxsi heyətlə birlikdə qarşıya qoyulan tapşırıqların icrası zamanı peşəkarlıq və yüksək döyüş hazırlığı nümayiş etdirirlər.Video...
24 Sentyabr 2026, 15:59
Pezeşkian BMT-dən hansı mesajı verib? -Qulu Məhərrəmlinin ŞƏRHİ
Dünən İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı çox təsirli idi. O, ABŞ prezidenti D.Trampın hədə dolu çıxışına cavab olaraq bütün dünyaya "İran baş əyməyəcək” mesajını verdi. Bu sözləri açıqlamasında professor Qulu Məhərrəmli bildirib."Onu da bəyan etdi ki, İran nüvə silahına qarşıdır, lakin dinc məqsədli nüvə texnologiyasından və nüvə enerjisinə sahib olmaq hüququndan imtina etməyəcək!M.Pezeşkian BMT-dəki çıxışında həmçinin İranın ali dini rəhbərinin ABŞ və İsrail tərəfindən qətlə yetirilməsini, İsrailin "istədiyi ölkəyə tam cəzasızlıq şəraitində hücum etməsini" pisləyib, onları "terrorçu rejim" adlandırıb",-deyə professor qeyd edib. "İran özünün uzun tarixi ərzində aydın bir dərs öyrənib: güclü olmadan mövcudluq və təhlükəsizlik təmin olunmur"...
24 Sentyabr 2026, 15:35
Baş nazir: “Xarici borcumuz 4,5 milyard dollar təşkil edir”
Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. $ təşkil edir.Citypost.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.Baş nazir bildirib ki, bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir: “Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 mlrd. $ olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. $-dan çox olub.2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olmuşdur. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları,...
24 Sentyabr 2026, 15:26