Bizə yazın

Baku

-°C

USD

-

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır

Cəmiyyət 04 Oktyabr 2024, 21:30

20826

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılır.

CityPost.az-ın  xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir.

Layihəyə əsasən. heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə ediləcək. Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu 

Rəsmi hesabata görə, yanvar-iyun aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin ilk yarısı ilə müqayisədə 7 faiz artıb. Bu rəqəm həm də pensiyada mümkün artımın anonsudur.CityPost.az  bildirir ki, ölkədə pensiyalar hər il yanvarın 1-də orta aylıq maaşın illik artım tempinə uyğun indeksləşdirilir. Bu il üzrə yekun rəqəm 2027-ci ilin fevralında bəlli olacaq.Azərbaycanda pensiya yaşı 65 yaş, pensiyanın minimum məbləği 320 manatdır.Pensiya təyinatı üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı gərəkdir. Minimum pensiya kapitalı minimum pensiya göstəricisinin (320) gözlənən pensiya ödənişi müddətinin (12 il) aylarının sayına (144) vurulmasından yaranır, hazırda 46080 manatdır.2006-cı il yanvarın...

13 Avqust 2026, 14:25

Professor Əyyub Əzizovun anadan olduğu gündür

Bu gün BDU kollektivinin sevimlisi, el ağsaqqalı, Respublikanın əməkdar müəllimi, Bakı Dövlət Universitetinin Kimyanın tədrisi metodikası kafedrasının müdiri (1987-2021),  professor Əyyub Əzizovun anadan olduğu gündür.  Əyyub Teymur oğlu Əzizov 1934-cü il avqustun 12-də Qərbi Azərbaycanın Zəngibasar rayonu (Üçkilsə) Şöllü Mehmandar kəndində dünyaya gəlmişdir. Yeddinci sinfə qədər doğulduğu kənddə oxuyan Əyyub Əzizov 1948-ci ildə ailəsi ilə birlikdə doğma yurdunu tərk etməyə məcbur olmuş, əvvəlcə Naxçıvana, oradan Beyləqan rayonunun Daşburun kəndinə, sonra isə Ağcabədi rayonuna gəlmiş, təhsilini əvvəlcə Ağcabədi rayonunun 3 saylı, sonra isə Xəlfərəddin kənd orta məktəbində davam etdirmişir. Orta təhsilini başa vurub Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət və kimya fakültəsinə qəbul...

13 Avqust 2026, 13:55

Professor Rafael Hüseynovun doğum gününə QULU MƏHƏRRƏMLİNİN YAZISI 

Bu gün çoxşaxəli istedadı ilə Azərbaycan cəmiyyətinin, ədəbi və elmi ictiamiyyətin geniş rəğbətini qazanmış professor Rafael Hüseynovun doğum günüdür.O Rafael Hüseynov ki 50 ildir Azərbaycan radiosunda "Axşam görüşləri" kimi Ginnesin rekordlar kitabına düşə biləcək unikal bir veriliş aparır.İllər əvvəl isə Hüseyn Cavidə ucaltdığı  "Vaxtdan uca" əsəri ilə özü də xeyli məşhurlaşmışdı. Sonra Rafael parlaq qələmi, dərin biliyi və orijinal təfəkkürü ilə Məhsətidən, Füzulidən üzü bu yana çox nəhəng ədəbi simaların heykəllərini yaratdı. İndi isə həmin nəhənglərin heykəllərinin qərar tutduğu Nizami adına Milli Ədəbiyyat Tarixi muzeyinin direktoru, akademikdir.   Rafael Hüseynovun ədəbiyyat, tarix, dilçilik, türkologiya, şərqşünaslıq, mətbuat, musiqi və ümumən mədəniyyət tarixinə...

13 Avqust 2026, 13:53

Azərbaycanda karantin rejimi tətbiq olunacaq?

Samuxda 5 nəfərdə ilkin müayinələr nəticəsində qarayara xəstəliyinin əlamətləri olduğu müəyyən olunub. Hazırda onların müalicəsi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Yoluxucu xəstəliklər şöbəsində aparılır.Citypost.az bildirir ki, məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan infeksionist Mərdan Əliyev qarayaranın necə yayıldığı, xəstəliyin əsas əlamətləri, yoluxma riskləri barədə məlumat verib.Azərbaycanda qarayara xəstəliyinə görə karantin rejimi tətbiq olunacaq? - VACİB AÇIQLAMA - FOTOO bildirib ki, qarayara xəstəliyi çöpşəkilli xüsusi bakteriyalar tərəfindən törədilir və adətən heyvanlardan insanlara yoluxur:“İnsandan insana yoluxma hallarına nadirən rast gəlinir. Bu xəstəlik qəssab peşəsi ilə məşğul olan şəxslərdə daha çox görülür. Qarayaraya yoluxan insanlardan da birinci elə peşəsi soruşulur. Qarayaranın ən...

13 Avqust 2026, 13:52

Sabah 36 dərəcə isti olacaq 

Sabah Azərbaycanda hava necə olacaq?Avqustun 14-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və...

13 Avqust 2026, 13:27

Pensiyalar bu tarixdə ödəniləcək

Avqustun 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək./Sfera.az

13 Avqust 2026, 13:19