Bizə yazın

Baku

-°C

USD

-

TDT ölkələri vahid xəritə və coğrafi adların kataloqunu yaradacaq

Cəmiyyət 08 Oktyabr 2026, 19:57

341

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr ortaq xəritənin və coğrafi adların vahid kataloqunun hazırlanması barədə razılığa gəlib.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, müvafiq razılaşmalar TDT ölkələrinin kartoqrafiya qurumları rəhbərlərinin Astanada keçirilən 3-cü görüşünün yekunlarına əsasən əldə olunub.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, tədbirdə Türkdilli dövlətlərinin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də TDT baş katibinin müavini Nuru Quliyev iştirak ediblər.

Görüşdə müzakirə olunan əsas məsələlərdən biri TDT dövlətlərinin kartoqrafik məlumatlarını vahid informasiya məkanında birləşdirəcək əsas ümumtürk xəritəsinin yaradılması olub. İşçi qrupuna layihəni tamamlayaraq növbəti iclasda təqdim etmək tapşırılıb.

İştirakçılar həmçinin coğrafi adların vahid kataloqu üzərində işi davam etdirmək, geodeziya, kartoqrafiya və rəqəmsal məkan məlumatları sahəsində texnologiya və təcrübə mübadiləsini genişləndirməklə bağlı razılığa gəliblər.

Bundan başqa, birgə kartoqrafik layihələrin əlaqələndirilməsi üçün TDT Katibliyi yanında xüsusi bölmənin yaradılması imkanının nəzərdən keçirilməsi təklif edilib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq və birgə təşəbbüslərin həyata keçirilməsinə dair razılaşmaları təsbit edən bəyannamə imzalayıblar.

TDT-nin kartoqrafiya qurumları rəhbərlərinin növbəti görüşü 2027-ci ildə Qırğızıstanda keçiriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır 

Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 2000-ci il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 15:10 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.Bu barədə Citypost.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.Qeyd edilib ki, ona sağ saidin yuxarı 1/3 hissəsinin əl ilə birlikdə travmatik amputasiyası, sol baldırın aşağı 1/3 hissəsinin travmatik amputasiyası, sağ budun bütünlüklə çanaq nahiyəsinə qədər didilmiş-dağılmış yarası və geniş toxuma defekti diaqnozu təyin olunub."Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir", - məlumatda vurğulanıb....

08 Oktyabr 2026, 18:46

Azərbaycan-BMT əməkdaşlığı müzakirə edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.Bu barədə Citypost.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.D.Şlapaçenko Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu...

08 Oktyabr 2026, 18:37

Bakıda və bölgələrdə güclü yağış gözlənilir

Azərbaycanda oktyabrın 9-da bəzi yerlərdə leysan xarakterli yağış yağacaq.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, 9-u axşamdan 10-u səhərədək isə yağışın intensiv və güclü olacağı ehtimalı var.Azərbaycanın rayonlarında oktyabrın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 10-u gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur.Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik...

08 Oktyabr 2026, 18:11

Unudulmaz generalın HƏYAT DASTANI

Əb­­dur­­rəh­­man bəy Fə­­tə­­li­­bəy­­li-Dü­­dən­­gins­­ki 1908-ci ilin iyun аyının 12-də Naxçıvanın Şərur rаyоnunun Düdəngə kəndində аnаdаn оlub.Tiflisdəki hərbi-piyаdа məktəbini bitirib, sоnrа Azərbaycan diviziyаsındа хidmət еdib. Moskvadа Hərbi Аkаdеmiyаdа təhsil аlıb. Minbаşı (mаyоr) rütbəsində оlmuşdur.Ata-babaları məşhur Səfəvi nəslinə mənsubdur. "Əlincə yaddaşı, Naxçıvan, 1914-1992" kitabında yazılır: "Arpa çayının sol sahilində məskunlaşan Səfəvilərə (Səfiyevlərə) gəldikdə, bu tayfanın nümayəndələri dövlət aparatlarında mövqe sahibləri olmuşlar. Qəza rəislərinin əksəriyyəti Səfəvilərdən ibarət idi. Səfəvilər nəslində Nəso xan ləqəbi ilə tanınmış İsmayıl xan bir qayda olaraq qəzanın mirabı seçilərdi.. Səfəvilər1920-ci ildən etibarən xeyli zəifləmiş, mülkləri dağılmış, özləri də pərən-pərən düşmüşdülər. Səfəvilərin nümayəndəsi Teymur bəy ömrünün sonunadək Şərur Qəza İcraiyyə Komitəsinin...

08 Oktyabr 2026, 17:55

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost-ya verilən xəbərə görə, DSX Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir....

08 Oktyabr 2026, 17:51

“AzerGold” sədri “Yüksəliş” qalibinə tövsiyələr verdi

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 5-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qalibi Toğrul Xəlilov ilə növbəti görüşünü keçirib.“AzerGold”dan Citypost.az-a verilən məlumata görə, fərdi inkişaf prioritetlərinin müəyyənləşdirilməsinə həsr olunan görüşdə əsas müzakirə mövzusu menti tərəfindən hazırlanmış Fərdi İnkişaf Planının təqdimatı və əsaslandırılması olub. Toğrul Xəlilov peşəkar və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş planını təqdim edib, qarşıya qoyduğu hədəfləri və bu hədəflərə nail olmaq üçün nəzərdə tutulan əsas addımları izah edib.İdarə Heyətinin sədri təqdim olunan planı dinləyərək idarəetmə, liderlik və fəaliyyətin səmərəli planlaşdırılması ilə bağlı öz təcrübə və tövsiyələrini bölüşüb. O, inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsinin, qarşıya qoyulan hədəflərin sistemli şəkildə...

08 Oktyabr 2026, 17:35