Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb
Cəmiyyət 15 Oktyabr 2026, 09:11
554
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İnin geniştərkibli görüşü keçirilib.
Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat verilib.
Bildirilib ki, nazirlər xalqlarımız arasında yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.
Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmalar iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Həmçinin 2027-ci ildə Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi vurğulanıb.
Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında əsas bağlantı rolunu oynadığı və Orta Dəhlizin regional və regionlararası əlaqələrin gücləndirilməsində artan əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.
Həmçinin oxuyun
Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.
Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumat verib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elxan Əhmədov: Məktəblərdə nizam-intizam və bərabərlik qorunmalıdır
Jurnalist Elxan Əhmədov dövlət tərəfindən müəyyən edilmiş vahid məktəbli formasını təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edən məqsədyönlü qərar kimi qiymətləndirib. O, Azərbaycanın milli həmrəyliyinin, ictimai sabitliyinin və dövlətçilik dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb.Citypost.az xəbər verir ki, Elxan Əhmədov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.“Dövlət tərəfindən müəyyən edilmiş vahid məktəbli formasını təhsil müəssisələrində bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin formalaşdırılmasına xidmət edən məqsədyönlü qərar hesab edirəm. Çoxmillətli və çoxmədəniyyətli Azərbaycan cəmiyyətində milli həmrəyliyin, qarşılıqlı hörmətin və birgəyaşayış ənənələrinin qorunması xüsusi əhəmiyyət daşıyır.Azərbaycan xalqını ölkəmizin sabitliyini və ictimai həmrəyliyini pozmağa yönəlmiş, Azərbaycanın inkişafını və uğurlarını istəməyən kənar...
15 Oktyabr 2026, 09:46
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.Citypost.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
15 Oktyabr 2026, 09:10
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Citypost.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.Avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir....
15 Oktyabr 2026, 08:40
Bu ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq."Unikal" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Abbas Mirzə Şərifzadə, Həsən bəy Zərdabi, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri və İnşaatçılar prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Xəzər RETSİ-nə daxil olan Albalılıq və Binə Atçılıq yaşayış massivləri, Buzovna qəsəbəsi, Abşeron küçəsinin bəzi ərazilərində 35/6 kV-luq 491 saylı...
15 Oktyabr 2026, 08:17
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür
Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümüdür.Citypost.az xatırladır ki, həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciətində demişdi:"Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər....
15 Oktyabr 2026, 08:00
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva tədbirdə iştirak ediblər.
14 Oktyabr 2026, 23:19