YAP Gənclər Birliyinin yeni tərkibi müəyyənləşib, yeni sədr təyin olunub
Cəmiyyət 17 Oktyabr 2026, 09:45
602
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclasında YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət yeni tərkibi səsə qoyulub və yekdilliklə təsdiq olunub.
YAP Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, Kərimli Gülüstan Əfsər qızı Gənclər Birliyinin sədri, Fəyyaz Nəzrin Cavid qızı və İbrahimli Elvin Soltan oğlu sədr müavinləri təyin olunublar.
Həmçinin oxuyun
Qeyd edək ki, bundan əvvəl YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov olub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür.Citypost.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Gəncə şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.Faktla bağlı Azərbaycan Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar...
17 Oktyabr 2026, 09:00
Bu yol bağlı olacaq
Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
17 Oktyabr 2026, 08:28
Füzulinin azadlığından altı il ötür
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür.Citypost.az-ın xəbərinə görə, oktyabrın 17-si Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə...
17 Oktyabr 2026, 08:00
Qarabağdakı abidələr ətrafında ittihamlar: peyk görüntüləri nəyi sübut edir?
Ermənistan mediasında Azərbaycana qarşı irəli sürülən ittihamların yeni hədəfi Qarabağdakı erməni memoriallarıdır. 301.am nəşri oktyabrın 13-də yayımladığı materialda Azərbaycanın Qarabağda erməni tarixi yaddaşını silmək məqsədilə abidələri dağıtdığını iddia edir. Yazıda Şuşikənd, Daşbulaq, Ballıca və Şuşadakı bir sıra memorialların taleyindən bəhs olunur, peyk görüntülərinin təhlilinə istinad edilir və baş verənlər “mədəni soyqırımı” kimi təqdim olunur.Tarixi və mədəni abidələrin taleyi ciddi məsələdir. Müharibələrdən sonra qorunmalı olan memorialların dağıdılması və ya zədələnməsi barədə məlumatlar diqqətlə araşdırılmalıdır. Lakin məsələni araşdırmaqla əvvəlcədən hökm vermək eyni şey deyil. Konkret abidənin nə vaxt, hansı şəraitdə və kimin qərarı ilə söküldüyü müəyyənləşdirilmədən bütöv bir dövlətin məqsədli mədəni məhvetmə...
16 Oktyabr 2026, 23:12
TRIPP-ə İran zərbə endirəcək? Erməni mediası hansı faktlara söykənir?
Ermənistanın 168.am nəşrində TRIPP layihəsi ətrafında təhlükəsizlik riskləri və İranın mümkün hərbi müdaxiləsi barədə müzakirələr aparılır. “İran TRIPP-ə zərbə endirə bilər” yanaşması oxucunun diqqətini cəlb etsə də, belə bir iddianın hansı konkret faktlara əsaslandığı aydınlaşdırılmalıdır. Siyasi narahatlığı hərbi hücum ehtimalı ilə eyniləşdirmək, mümkün ssenarini baş verməsi gözlənilən hadisə kimi təqdim etmək olmaz. Təhlükəsizlik təhlili qorxu yaratmaq üzərində deyil, faktların obyektiv qiymətləndirilməsi üzərində qurulmalıdır.Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca deyib.Ekspertin bildirdiyinə görə,İranın Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərə həssas yanaşması sirr deyil.Tehran Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını vacib saydığını bəyan edir, Zəngəzur marşrutu ilə bağlı narahatlığını da dəfələrlə ifadə edib.Lakin İran rəsmilərinin siyasi...
16 Oktyabr 2026, 23:05
Mirziyoyev SOCAR prezidenti və BP-nin regional rəhbərini qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbul edib.Bu barədə Citypost.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.Qeyd edilib ki, R.Nəcəf və C.Kristofoli Yanacaq və Enerji İnvestorlarının Şurasında iştirak etmək üçün Özbəkistana gəliblər.Görüşdə Özbəkistanla enerji sahəsində bu aparıcı şirkətlər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub."Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi üçün əlavə praktik tədbirlər müzakirə edilib. "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihədə iştirakı yüksək qiymətləndirilib. Neft və qaz sahəsində yeni layihələrin təşviqinin, uzunmüddətli tədarükün qurulmasının və neft və neft məhsulları üçün satış şəbəkəsinin...
16 Oktyabr 2026, 22:07