Bizə yazın

Baku

-°C

USD

-

Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib

İdman 16 Oktyabr 2026, 22:15

605

Misli Premyer Liqasının VIII turunda "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"a qalib gəlib.

Citypost.az xəbər verir ki, SOCAR Polymer Arenada baş tutan matçda ev sahibləri 2:1 hesablı qələbəyə seviniblər.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Ronaldo Vaskez (62) və Nihad Əhmədzadə (82) fərqləniblər. Naxçıvan kollektivinin yeganə qolunu isə Alberto Fernandes (32) vurub.

Qonaq komanda qarşılaşmanı 10 nəfərlə bitirib. 85-ci dəqiqədə Ağadadaş Salyanskiy qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra "Sumqayıt" 8 xalla səkkizinci, 2 xala malik "Araz-Naxçıvan" isə sonuncu - onikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, turun ilk qarşılaşmasında "Şamaxı" "Şəfa"nı 3:2 hesabı ilə məğlub edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Neftçi" "Qarabağ"la matç üçün azarkeşlərinə müraciət edib

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasını yerindən izləmək istəyən “Neftçi” azarkeşlərinə Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında 3130 bilet ayrılıb.Citypost.az  xəbər verir ki, "Neftçi"nin mətbuat xidməti bununla bağlı məlumat yayıb:"21,22 və 23-cü sektorlara daxil olmaq istəyən “Neftçi” azarkeşlərindən oktyabrın 17-si saat 17.00-da sözügedən arenanın “B” girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş yalnız xüsusi QR kodla aparıldığına görə 30 klub əməkdaşı və 50-yə yaxın “Neftçi” könüllüsü azarkeşlərimizin sektorlara rahat keçməsi və oyunu tribunadan izləməsi üçün bütün texniki məsələləri həll edəcək. Oyun günü Tofiq Bəhramov adına Respublika stadionun “B” girişində biletin səni gözləyir!Matçı...

16 Oktyabr 2026, 20:42

Elmir Əliyev dünya çempionatının finalında məğlub oldu

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb.Citypost.az xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub.Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşçi təmsil edir.

14 Oktyabr 2026, 17:33

Buqələmunlar haqqında bilmədiyiniz 7 MARAQLI FAKT

Buqələmunlar haqqında bildiklərimiz çox olsa da, onlar hələ də təbiətin ən sirli canlılarından biri olaraq qalırlar. Üstəlik, onları nə qədər yaxından araşdırsaq, bir o qədər maraqlı xüsusiyyətlərini kəşf edirik.Citypost.az xəbər verir ki, buqələmunlar rənglərini əsasən üç səbəbə görə dəyişirlər: bədən temperaturlarını tənzimləmək, emosional vəziyyətlərini ifadə etmək və bəzi hallarda ətraf mühitə uyğunlaşmaq. Lakin onların rəng dəyişdirməsi sadəcə kamuflyajdan ibarət deyil. Bu prosesdə dərinin xüsusi hüceyrələri və nanokristallar mühüm rol oynayır.Onların ən heyrətamiz xüsusiyyətlərindən biri isə dilləridir. Buqələmun ovunu tutmaq üçün dilini inanılmaz sürətlə irəli atır. Dil ovun üzərinə yapışır və saniyənin çox kiçik bir hissəsində yenidən ağıza çəkilir. Beləliklə, buqələmun...

14 Oktyabr 2026, 10:30

Natiq Muxtarlı: “Kütləni dinləmə, Dambrauskas!”

İdman jurnalisti Natiq Muxtarlı “Sabah”ın Çempionlar Liqasındakı qələbəsini dəyərləndirib. O, komandanın baş məşqçisi Valdas Dambrauskasın hesabda öndə olmasına baxmayaraq, öz oyun fəlsəfəsinə sadiq qalmasını xüsusi vurğulayıb.Citypost.az xəbər verir ki, Natiq Muxtarlı bu barədə fikirlərini bölüşərkən qələbənin futbolçuların özünəinamına müsbət təsir göstərəcəyini bildirib.““Sabah”ın ÇL-in əsas mərhələsində qalib gələ biləcəyi iki komandadan biri idi “Slaviya”. Çətin oldu, amma qələbə əldə edildi. Bu qələbə “Sabah”ın futbolçularında özünəinam hissini mütləq artıracaq. Amma mənə ləzzət edən Dambrauskasın hesabda öndə olarkən də oyun fəlsəfəsinə arxa çevirməməyi oldu. Riskli idi, rəqib aramsız hücum edirdi, amma Dambrauskas fikrindən daşınmadı.Hə, əgər “Sabah” qalib gəlməsəydi, azərbaycanlı futbol “biliciləri” Dambrauskasa da...

14 Oktyabr 2026, 08:43

Azərbaycan boksçusu Avropa çempionu oldu – U-17 millimizdən 8 medal!

Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.Citypost.az xəbər verir ki, bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə Məhəmmədəli İstamov (57 kq) qalxıb.O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı....

12 Oktyabr 2026, 08:00

Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında bu gün Azərbaycanın 4 təmsilçisi tatamiyə çıxacaq.Citypost.az  xəbər verir ki, qadınlardan Madina Kaisinova (+78 kq), kişilərdən isə Camal Qamzatxanov, Uşanqi Kokauri və Kənan Nəsibov (hər üçü +100 kq) mübarizəyə qoşulacaqlar.M.Kaisinova yarışa 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi İtaliya təmsilçisi Asya Tavano olacaq.Mundiala 1/32 finaldan start verəcək C.Qamzatxanov Çili cüdoçusu Fransisko Solislə qarşılaşacaq.U.Kokauri və K.Nəsibov mübarizəyə 1/16 final mərhələsindən qoşulacaqlar. Kokaurinin rəqibi Qırğızıstan təmsilçisi Emirxan Yoldoşkazıyev olacaq. Nəsibov isə Losseni Kone (Almaniya) – Vidak Malyeviç (Serbiya) görüşünün qalibi ilə üz-üzə gələcək.Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha...

10 Oktyabr 2026, 09:32