SƏN ALLAHIN SEVGİSİNDƏN KEÇMİSƏN!
Cəmiyyət 16 Oktyabr 2026, 13:30
562
Dünyada tanınmış görkəmli İran hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Həmədanda anadan olmuşdur. Atası Məhəmmədəli İbadi ticarət hüququ üzrə ilk alimlərdən biri olmuşdur.
Şirin Ebadi Nobel Sülh Mükafatını 2003-cü ildə almışdır. Mükafat ona demokratiyanın inkişafı və insan haqlarının, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verilmişdir.
Ebadi 2009-cu ilin iyununda Brüsseldə keçirilən etiraz aksiyalarında iştirak edərək, Mahmud Əhmədinejadın prezident seçilməsini tanımamağa çağırıb.
Bundan sonra 2009-cu ilin noyabr ayında İran hökuməti Şirin Ebadiyə 2003-cü ildə təqdim olunan diplom və medalı müsadirə edib.
Bu barədə Osloda yerləşən Nobel komissiyasına məlumat daxil olub. Komissiya bildirib ki, Nobel mükafatının müsadirə olunması – bu mükafatın 108 illik tarixində ilk belə hadisədir.
Norveçin XİN-yi İran səfirinə bununla bağlı nota təqdim edib.
2012-ci ilin oktyabr ayında vəkil, hüquq müdafiəçisi, məhbus xanım Nəsrin Setude (məhbus rejissor Cəfər Pənahi ilə birqə) İranda insan haqları və onların əsas azadlıqları uğrunda göstərdikləri fəaliyyətə görə, Avropa Parlamenenti tərəfindən Andrey Saxarov adına "Düşüncə azadlığına görə" mükafatı ilə təltif olunmuşdur. 2012-ci il dekabrın 12-də Nəsrin Setudeyığıncaqda iştirak edə bilmədiyindən mükafat Şirin Ebadiyə təqdim olunmuşdur.
Həqiqət dalınca qaçdın, yürüdün,
Təqiblər içində ömür sürüdün,
Millətin dərdinə yandın-“çürüdün”
Şəhriyarın əlindən su içmisən,
Sən Allahın sevgisindən keçmisən!
Vətənin kirayə halını gördün,
Enişli-yoxuşlu yolunu gördün,
Quzeyli-Güneyli qolunu gördün,
Azadlığın toxumunu əkmisən
Sən Allahın sevgisindən keçmisən!
Pozulan haqlara arxa durmusan,
Düz sözü şam kimi hey yandırmısan,
Qanmayan bəndəni həp qandırmısan,
Cəhaləti zehinlərdən biçmisən,
Sən Allahın sevgisindən keçmisən!
Haqqı pozulanın pənah yerisən,
Son ümidı, ziyarəti, pirisən,
İran türklərinin sehri - sirrisən,
Ədaləti öz boyuna biçmisən,
Sən Allahın sevgisindən keçmisən!
Quzey vətənimin gözəl xanımı,
"Nobel" ödülünün özəl xanımı,
Haqqın, həqiqətin əzəl xanımı,
Əzablı yolları özün seçmisən,
Sən Allahın sevgisindən keçmisən!
Uca etdin vətənimin başını,
Külünglədin qayasını, daşını,
Torpaq əkdi gözlərinin yaşını,
Öz ibadət minbərini tikmisən
Sən Allahın sevgisindən keçmisən!
Azərbaycan ürəyində dərd əkib,
Gözüyaşlı gözlərinə sədd çəkib,
Bütövlüyün müjdəsini bəkliyib -
Gözlərini bir Allaha dikmisən,
Sən Allahın sevgisindən keçmisən!
Yaralı vətənin sülh mükafatı,
Şamsız gecələrin Ayı, afəti,
Türklüyümün tükənməyən sərvəti,
Ürəklərin göz yaşını silmisən,
Sən Allahın sevgisindən keçmisən!
Əmir Pəhləvan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.Dövlətimizin başçısı səfirlə söhbət etdi.Prezident İlham Əliyev bu ilin aprelində Gürcüstana dövlət səfərini və səfər çərçivəsində göstərilən qonaqpərvərliyi məmnunluqla xatırladı.Azərbaycan-Gürcüstan münasibətlərinin zəngin tarixinin və böyük gələcəyinin olduğunu deyən dövlətimizin başçısı iki müstəqil dövlət kimi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı, xalqlarımızın qardaşlıq əlaqələrinin olduğunu bildirdi.Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.Qəbula görə minnətdarlığını bildirən Qiorqi Zakaraşvili qardaş Azərbaycana səfir təyin olunmasından və dövlətimizin başçısı ilə görüşdən...
16 Oktyabr 2026, 13:40
Bakıda Vyetnama LNG tədarükü perspektivləri müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşüb.Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin siyasi, ticari-iqtisadi və enerji əlaqələrinin inkişafına yeni imkanlar açdığı qeyd olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın isə 2025-ci ilin mayında Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafındakı mühüm rolu vurğulanıb.Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ildə Hanoyda keçirilmiş üçüncü iclasında əldə olunan razılaşmaların icrası, enerji, ticarət, investisiya, nəqliyyat və digər sahələrdə birgə təşəbbüslərin...
16 Oktyabr 2026, 13:24
Dörd nəfərə “Tərəqqi” medalı verildi – Prezident sərəncam imzaladı
Azərbaycanda Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə idmanın və paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir sıra şəxslər "Tərəqqi" medalı ilə təltif edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncamla həmin şəxslər aşağıdakılardır:Astanov Elvin Əmrah oğluQasımov Ramil Famil oğluMəmmədov Pərvin Rasim oğluMusayev Oloxan İsayeviç.
16 Oktyabr 2026, 13:22
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının və Naftalan şəhərinin sakinləri ilə görüşüb.Citypost.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib."Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq. Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi", - deyə o qeyd edib....
16 Oktyabr 2026, 13:21
BİR AN BƏS EYLƏYƏR AYRILIQLARA
Hələ də bilmirsən ölüyəm, sağam,Hələ də görmürsən viran eşqimi.Başının üstünə alovlar yağan,Hələ ayaq üstə duran eşqimi.Burdan o tərəfə başlayır hara...Hicran dedikləri bitməz ki, bitməz. Bir an bəs eyləyər ayrılıqlara,Vüsala çatmağa bir ömür yetməz.Hiss edə bilmədim yaş artdığını, Mən hələ naşıyam, naşı, bilirəm.Sən bilə bilməzsən yaşatdığını.Mən nə yaşayıram... Yaxşı bilirəm.Nəyin əsiriyəm, bir ömür... Nəyin,Bir qala qurmuşam ürək dağında.Əzabı başqadı sevilməməyin,Əzabı bambaşqa atılmağın da...Hələ də bilmirsən ölüyəm, sağam,Hələ də görmürsən viran eşqimi.Başının üstünə alovlar yağan,Hələ ayaq üstə duran eşqimi....
16 Oktyabr 2026, 13:12
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abhay Kumarı qəbul edib.Citypost.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.Abhay Kumar ikitərəfli münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.Söhbət zamanı bu ilin sentyabrında Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində dövlətimizin başçısı ilə Hindistanın Baş naziri Narendra Modinin təmasları xatırlandı.Görüşdə Azərbaycan və hind xalqları arasında minilliklər boyu tarixi-mədəni əlaqələrin olduğu qeyd edildi, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı....
16 Oktyabr 2026, 13:00