Füzulinin azadlığından altı il ötür
Cəmiyyət 17 Oktyabr 2026, 08:00
737
Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad olunmasından altı il ötür.
Citypost.az-ın xəbərinə görə, oktyabrın 17-si Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizlənib.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb.
Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycanın iri yaşayış məskənlərindən biri olan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə Füzuli rayonu təşkil olunub və Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb. Rayonun ərazisi 1 386 kvadratkilometrdir. Tərkibinə bir şəhər və 78 kənd daxildir.
1993-cü ilin avqust ayının 23-də Ermənistan Silahlı Qüvvələrinin rayon ərazisinə hücumu nəticəsində Füzuli şəhəri daxil olmaqla, 58 kənd işğal olunmuşdu.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu digər yaşayış məntəqələrimizlə yanaşı, erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu yol bağlı olacaq
Təmir işləri ilə əlaqədar Binəqədi şossesinin Mehdiabad yolu ilə Zəngəzur küçəsinin kəsişməsinədək olan hissəsində 17 oktyabr saat 06:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə qısa müddətli məhdudiyyət tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.“Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilib.
17 Oktyabr 2026, 08:28
Qarabağdakı abidələr ətrafında ittihamlar: peyk görüntüləri nəyi sübut edir?
Ermənistan mediasında Azərbaycana qarşı irəli sürülən ittihamların yeni hədəfi Qarabağdakı erməni memoriallarıdır. 301.am nəşri oktyabrın 13-də yayımladığı materialda Azərbaycanın Qarabağda erməni tarixi yaddaşını silmək məqsədilə abidələri dağıtdığını iddia edir. Yazıda Şuşikənd, Daşbulaq, Ballıca və Şuşadakı bir sıra memorialların taleyindən bəhs olunur, peyk görüntülərinin təhlilinə istinad edilir və baş verənlər “mədəni soyqırımı” kimi təqdim olunur.Tarixi və mədəni abidələrin taleyi ciddi məsələdir. Müharibələrdən sonra qorunmalı olan memorialların dağıdılması və ya zədələnməsi barədə məlumatlar diqqətlə araşdırılmalıdır. Lakin məsələni araşdırmaqla əvvəlcədən hökm vermək eyni şey deyil. Konkret abidənin nə vaxt, hansı şəraitdə və kimin qərarı ilə söküldüyü müəyyənləşdirilmədən bütöv bir dövlətin məqsədli mədəni məhvetmə...
16 Oktyabr 2026, 23:12
TRIPP-ə İran zərbə endirəcək? Erməni mediası hansı faktlara söykənir?
Ermənistanın 168.am nəşrində TRIPP layihəsi ətrafında təhlükəsizlik riskləri və İranın mümkün hərbi müdaxiləsi barədə müzakirələr aparılır. “İran TRIPP-ə zərbə endirə bilər” yanaşması oxucunun diqqətini cəlb etsə də, belə bir iddianın hansı konkret faktlara əsaslandığı aydınlaşdırılmalıdır. Siyasi narahatlığı hərbi hücum ehtimalı ilə eyniləşdirmək, mümkün ssenarini baş verməsi gözlənilən hadisə kimi təqdim etmək olmaz. Təhlükəsizlik təhlili qorxu yaratmaq üzərində deyil, faktların obyektiv qiymətləndirilməsi üzərində qurulmalıdır.Bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca deyib.Ekspertin bildirdiyinə görə,İranın Cənubi Qafqazdakı geosiyasi dəyişikliklərə həssas yanaşması sirr deyil.Tehran Ermənistanın ərazi bütövlüyü və suverenliyinin qorunmasını vacib saydığını bəyan edir, Zəngəzur marşrutu ilə bağlı narahatlığını da dəfələrlə ifadə edib.Lakin İran rəsmilərinin siyasi...
16 Oktyabr 2026, 23:05
Mirziyoyev SOCAR prezidenti və BP-nin regional rəhbərini qəbul edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbul edib.Bu barədə Citypost.az Özbəkistan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.Qeyd edilib ki, R.Nəcəf və C.Kristofoli Yanacaq və Enerji İnvestorlarının Şurasında iştirak etmək üçün Özbəkistana gəliblər.Görüşdə Özbəkistanla enerji sahəsində bu aparıcı şirkətlər arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub."Üstyurt yaylasında karbohidrogen yataqlarının işlənməsi üçün əlavə praktik tədbirlər müzakirə edilib. "British Petroleum" şirkətinin bu genişmiqyaslı layihədə iştirakı yüksək qiymətləndirilib. Neft və qaz sahəsində yeni layihələrin təşviqinin, uzunmüddətli tədarükün qurulmasının və neft və neft məhsulları üçün satış şəbəkəsinin...
16 Oktyabr 2026, 22:07
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir.Citypost.az xəbər verir ki, tədbir “Absheron Marriott” hotelində təşkil olunub.Tədbirdə MPK və beynəlxalq federasiyaların rəsmiləri, idmançılar və digər qonaqlar iştirak edirlər.
16 Oktyabr 2026, 21:55
Malik İsaqov sakinlərin problemlərini dinlədi
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində keçirildi.Citypost.az xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi. Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Qəbuldan razı qaldıqlarını bildirən...
16 Oktyabr 2026, 21:38