"Məhkəmə öz hökmünü versin” – Jurnalistdən Mehdi Əmrahovun işi ilə bağlı paylaşım
Cəmiyyət 20 Oktyabr 2026, 08:40
556
Jurnalist Ülkər Abdullayeva Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunması ilə bağlı fikirlərini bölüşüb.
Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ülkər Abdullayeva bildirib ki, Mehdi Əmrahov 783 min manatdan çox dövlət vəsaitini mənimsəməkdə günahlandırılır. Jurnalist iddia olunan vəsaitlərin maaş kartlarından çıxarıldığını və saxta imzalardan istifadə edilməklə ələ keçirildiyini qeyd edib.
Həmçinin oxuyun
O, məsələni şərh edərkən digər dövlət qurumlarında da bu cür halların olub-olmaması ilə bağlı suallar səsləndirib və təqsirsizlik prezumpsiyasına riayət edilməsinin vacibliyini vurğulayıb.
“Demək, nazirliklərdəki əksər idarələrdə oturanlar belə xımır-xımır oğurlayırlar. O kreslolarda nə hikmət varsa.Təqsirsizlik prezumpsiyasına riayət edərək imkan verək, məhkəmə öz hökmünü versin... – deyə jurnalist yazıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib
Dövlət İmtahan Mərkəzi 2026-cı il noyabrın 8-dək doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Bildirilib ki, bu müddət ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarında doktorantura və ya dissertanturada, həmçinin hərbi təhsil müəssisələrində adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili...
20 Oktyabr 2026, 09:34
Nigar Sabirqızı: “Türk bayrağına əl uzatmaq qeyrətsizliyin ən böyük nümunəsidir”
İctimai Televiziyanın (İTV) aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı Türk bayrağına qarşı yönələn hərəkətə sərt münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Nigar Sabirqızı bayrağın hər bir ölkənin şərəf və ləyaqət rəmzi olduğunu vurğulayıb. O, Türk bayrağına qarşı hərəkəti həm Türkiyəyə, həm də Azərbaycan dövlətinə qarşı hörmətsizlik kimi qiymətləndirib.Jurnalist paylaşımında sifarişlə yazılan fikirlərin də müəyyən həddi olmalı olduğunu qeyd edib və bu cür addımların nəticələrinin ağır ola biləcəyini bildirib.“Bayraq bir ölkənin şərəfidir. O şərəfə əl atanının şərəfdən xəbəri olmadığı aydındır. Türk bayrağına əl uzatmaq qeyrətsizliyin ən böyük nümunəsidir. Bu, Azərbaycan dövlətinə də həqarətdir. Belə çıxır ki,...
20 Oktyabr 2026, 09:15
Jurnalist “da”, “də” ilə bağlı dil səhvlərini ironik şəkildə tənqid etdi
Jurnalist Məhərrəm Əliyev Azərbaycan dilində “da”, “də” ədatı və bağlayıcılarının, eləcə də yerlik hal şəkilçisinin yazılışı ilə bağlı müşahidələrini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Məhərrəm Əliyev qeyd edib ki, “da”, “də” ədatı və bağlayıcılarının yazılışı ilə bağlı yaranan tərəddüdlər bəzi insanların yerlik hal şəkilçisini də səhvən ayrı yazmasına səbəb olur. Jurnalist bu vəziyyəti ironik şəkildə şərh edərək gündəlik yazışmalarda rast gəlinən nümunələri diqqətə çatdırıb.“İnsanlarda “da”, “də” ədatı və bağlayıcıları ilə bağlı o qədər travma yaranıb ki, artıq qorxudan yerlik hal şəkilçisini də ayrı yazırlar. Yəni nə olar, nə olmaz, işi “sığorta”ya alsınlar.Məsələn, “Mən də...
20 Oktyabr 2026, 09:10
Əlövsət Ağalarovdan Etibar Əliyevə sərt cavab: “Bir az yekəxana olma”
“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov sabiq deputat Etibar Əliyevin dünyaşöhrətli alim Rafiq Əliyev haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, Əlövsət Ağalarov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Naşir sabiq deputatın mövqeyini tənqid edərək onun vaxtilə Rafiq Əliyevlə münasibətlərini xatırladıb, eyni zamanda, Milli Məclisdəki çıxışlarını və elmi fəaliyyətini də müzakirəyə çıxarıb. Əlövsət Ağalarov paylaşımında Etibar Əliyevin əvvəllər Rafiq Əliyevlə münasibətlərinin fərqli olduğunu iddia edib və sabiq deputatın alim haqqında danışarkən daha diqqətli davranmalı olduğunu vurğulayıb.O, həmçinin Etibar Əliyevlə bağlı əvvəlki bir hadisəni xatırladaraq yazıb ki, dostları Bahəddin Həzinin kitab təqdimatında tədbirin aparıcısı S. Səxavət...
20 Oktyabr 2026, 09:05
Yazıçı: Ailə institutunun zəifləməsi cəmiyyətdə ciddi problemlər yaradır
Yazıçı Rüstəm Dastanoğlan Fransada və digər Avropa ölkələrində baş verən hadisələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rüstəm Dastanoğlan Fransada genişmiqyaslı aksiyalar fonunda ailə institutunun və adət-ənənələrin cəmiyyətin həyatındakı roluna diqqət çəkib.“Fransada və digər Avropa dövlətlərində sübut olunur ki, ailə institutları, adət-ənənələri dağıdılmış cəmiyyətlərdə necə idarəolunmaz vəziyyətlər yaranır”, – deyə yazıçı qeyd edib.Turan
20 Oktyabr 2026, 08:50
Jurnalist məktəb cədvəlindən narazıdır: “Bu cədvəli kim qurur?”
Jurnalist Həbibə Abdulla Sabunçu rayonunda yerləşən 311 saylı məktəbdə dərs cədvəli ilə bağlı problemə diqqət çəkib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşım edərək övladlarını məktəbə aparıb-gətirən valideynlərin qarşılaşdığı çətinliklərdən yazıb.Həbibə Abdulla bildirib ki, qızları dərs ili başlayandan ikinci növbədə, saat 14:00-da dərsə gedirlər. Lakin ona göndərilən yeni cədvəldə dərslərin başlama və bitmə saatları arasında fərqlər yaranıb. Bu isə bir neçə uşağı məktəbə aparıb-gətirən valideynlər üçün əlavə çətinliklər yaradır.Jurnalist paylaşımında məsələ ilə bağlı narazılığını belə ifadə edib:“Balaca qızlar Sabunçuda 311 saylı məktəbdə oxuyurlar. Dərs ili başlayandan ikinci növbə - saat 2-də gedirlər. Dünən cədvəl göndəriblər bizə, 2-ci günlər ortancılın...
20 Oktyabr 2026, 08:17