"Düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan"
Cəmiyyət 26 Oktyabr 2026, 11:11
602
Bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?
Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz maraqlarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir. Bəri başdan deyim ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur.
Məni peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Hammurapinin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. Mişel Fukonun təbirincə desək, "bioiqtidarların" öz qövmlərinə “paltarbiçdi” faktlarıdır.
Dinin və siyasətin dərziliyinin, yaxud modelyerliyinin məqsədi eynidir; özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. Dində və siyasətdə “Sənə” oxşamamaq düşmənçilik üçün kifayətdir. Düşmənsiz din və siyasət hakimiyyət əldə edə bilməz.
Ümumiyyətlə, düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan.
Bəs bəşəriyyətin lüt dövrlərində bu ayrıseçkilik necə aparılırdı? Yenə qədim dünya tarixinə qayıdırıq; lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksessuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər.
Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Bu qədim adəti yəhudilər Misirdən gətirmişdilər. Türk professor Muazzez İlmiye Çığa görə, Şumerlərdən fərqli olaraq, Misirdə dişi deyil, erkək cinsi orqanı bərəkət simvolu sayılırdı və onun ucunu kəsib tanrılara hədiyyə edirdilər. Çox güman yəhudilər bu Misir adətini yeni topraqlarda başqalarından seçilmək üçün istifadə edirdilər. Qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir.
Daha sonralar bu seçdirmələrə geyim də əlavə olundu. Bütün mənəvi-əxlaqi dəyərlər kimi geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, hətta dini, siyasi status qazandı. Bədənimizi gizləsə də, bizim milli, dini, sinfi, şəxsi tariximizi, genefondumuzu, instinktlərimizi nümayiş etdirdi.
Geyim bir növ, şüurdur, bədən onu yönləndirən alt şüurdur. Cəmiyyətdə daha çox müzakirə olunan da geyimin bu özəlliyidir; bədən haqqında göstərgə olması.
629-cu ildə keşişlər xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Xristianların ruhu allaha, vücudu kilsəyə məxsus idi, özlərinin deyildi.
Həmçinin oxuyun
Kilsənin haqqı vardı ki, ona tapınanın həm ruhuna, həm bədəninə nəzarət etsin.
Şüurda alt şüurda olmayan bir şey var – oyun.
Geyim həm də oyundur.
Müasir dünya zahiri qatda geyimin daha çox oyun funksiyasından yararlanır. Məsələn, varlıların ailə psixologiyasına görə zahiri zənginlik aclardan özünümüdafiə funksiyası daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində meymunluq edən istənilən “gül balanı” kütlənin yumruqlarından qoruyur. Çünki onun bahalı pencəyi insanların dilini onun özündən daha yaxşı bilir; bu pencək ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.
Biz geyimə baxıb sevir, qorxur, dost olur, əhəmiyyət vermirik.
1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olmasıydı. Və kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi.
İnsan anlamalıdır ki, o fransız pişiyi deyil. Ruhu da, bədəni də özünə məxsusdur. Ən gözəl insan da ruhu da, bədəni də və bu ruhu, bu bədəni ifadə edən geyimi də özünə məxsus olan insandır.
Aqşin Yenisey
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
ETN: Heç kim Azərbaycanın təhsil siyasətinə müdaxilə edə bilməz
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur".Citypost.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb."Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur....
26 Oktyabr 2026, 11:48
"Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu"
Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu. Sonra ona Salam Sarvan frazeologizm pandemiyasını da əlavə etdi.Dünya poeziyası, fəlsəfəsi, nəsri ələk-fələk olundu, eşələndi, içindən ən yaxşı, ən gözəl, ən effektiv metaforalar, bədii ifadələr seçilib başqa-başqa kontekstlərdə yaradıcı enerjinin hərarəti ilə poeziyamızın içində duyğu və düşüncələrə qaynaq edildi. Məsələn, tutaq ki, hamımızın əzbər bildiyi kəsilmiş ağaca müraciətən deyilən "sən yıxılan ucalıqlar qalacaq" ifadəsi Cek Londonun Amerikanın Tayqasında ağackəsənlərin həyatından bəhs edən bir nəsr əsərindəki bir cümlənin şeirə çevrilən variantıdır. Hər bir ağıllı, bəsirətli oxucu anlayar ki, insan taleyinə işarə ilə ağaca deyilən bu ifadə məhz Tayqa meşəliklərində nəhəng, uca ağacların...
26 Oktyabr 2026, 11:39
İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram"....
26 Oktyabr 2026, 11:37
Hökməli–Qobu–Güzdək yolunda təmir işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir.Təmir işləri çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulur. Bunun üçün səth və yağış sularının ərazidən kənarlaşdırılmasını təmin edəcək suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.Görülən tədbirlər yolun hərəkət hissəsində su yığılmasının qarşısının alınmasına, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin azaldılmasına və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin...
26 Oktyabr 2026, 11:28
Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Gün münasibətilə Avstriya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.
26 Oktyabr 2026, 11:05
Jurnalistlərin etik qaydalarına süni intellekt və şəxsi həyatla bağlı əlavələr edildi
"Ölkə jurnalistlərinin bu il oktyabrın 16-da keçirilmiş IX qurultayında “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əlavələr qəbul edildi. Günümüzün tələblərindən qaynaqlanan əlavələrdə iki başlıca amil süni intellekt və şəxsiyyət hüquqlarının müdafiəsidir".Citypost.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının jurnalistlərin IX qurultayının qərarı ilə bağlı şərhində bildirilib.Qeyd olunub ki, dəyişikliklər hər iki amili media fəaliyyəti ilə uzlaşdırmaq, onlara nəzərən bu fəaliyyətdəki səmərəliliyi artırmaq məqsədi daşıyır: "IX qurultayda AJEDQ-ya özündə 4 bəndi birləşdirən “Süni intellektdən etik istifadə” adlı 6-cı prinsip əlavə edilib. Bu prinsipin ilk 6.1-ci bəndini çağırış kimi qiymətləndirmək olar. Başqa sözlə desək, media subyektləri süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyənləşdirən daxili...
26 Oktyabr 2026, 10:57