Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI
Tibb 26 Oktyabr 2026, 09:30
661
Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.
Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.
Dietoloqun sözlərinə görə, yatmazdan dərhal əvvəl yemək qəbul etmək düzgün deyil. Axşam yeməyinin yuxu saatına çox yaxın vaxta salınması həzm sisteminin fəaliyyətinə təsir göstərə və gecə istirahətinin keyfiyyətini aşağı sala bilər. Buna görə də son əsas yeməyin yuxudan təxminən 3-4 saat əvvəl qəbul edilməsi məqsədəuyğundur. Bu müddət orqanizmin qidanı həzm etməsi üçün vaxt yaradır və insanın daha rahat yatmasına kömək edə bilər.Yuxu rejiminə təsir göstərən digər amillərdən biri də kofeinli içkilərdir. Qəhvə, qara çay və yaşıl çayın tərkibində olan kofein insanın ayıqlıq səviyyəsini artırır, yuxululuğu azaldır və bəzi hallarda yuxuya getməyi çətinləşdirir. Bu səbəbdən həmin içkilərin günün ikinci yarısında qəbuluna məhdudiyyət qoymaq tövsiyə olunur.
Onun sözlərinə görə, kofeinli içkilərin son qəbulunu mümkün qədər saat 16:00-17:00-dan gec olmayaraq saxlamaq daha məqsədəuyğundur. Bununla belə, kofeinin orqanizmdə qalma müddəti insandan-insana dəyişir. Kofeinə həssas olan şəxslərdə günün daha erkən saatlarında içilən qəhvə belə gecə yuxusuna təsir göstərə bilər. Buna görə də yuxuya getməkdə çətinlik çəkən insanlar bu içkilərin qəbul vaxtını və miqdarını nəzərdən keçirməlidirlər. Dietoloq yataq otağının temperaturunun da yuxunun keyfiyyətində əhəmiyyətli rol oynadığını vurğulayıb. Həddindən artıq isti otaqda yatmaq bədənin gecə ərzində temperaturunu tənzimləməsini çətinləşdirə, tərləməyə və tez-tez oyanmağa səbəb ola bilər. Tutu Zeynalova yataq otağının temperaturunun təxminən 18-21 dərəcə arasında saxlanılmasını məsləhət görüb. Bu temperatur aralığı bir çox insan üçün rahat yuxu mühiti yaratsa da, optimal göstərici fərdi rahatlıqdan və digər şəraitdən asılı olaraq dəyişə bilərMüasir dövrdə yuxu rejiminə mənfi təsir göstərən əsas vərdişlərdən biri də yatmazdan əvvəl sosial şəbəkələrdə uzun müddət vaxt keçirməkdir. Dietoloq bildirib ki, xüsusilə Instagram və TikTok kimi platformalarda videolara baxaraq gec saatlara qədər oyaq qalmaq yuxu rejiminin pozulmasına gətirib çıxara bilər. Belə hallarda insan yatmaq üçün nəzərdə tutduğu vaxtı fərqinə varmadan keçirir, nəticədə yuxu müddəti azalır.
Tutu Zeynalovanın sözlərinə görə, telefon və digər elektron cihazlardan yayılan mavi işıq da yuxu prosesinə təsir göstərə bilər. Axşam saatlarında parlaq işığa məruz qalmaq orqanizmin təbii bioloji saatına müdaxilə edərək yuxuya hazırlıq prosesini gecikdirə bilər. Buna görə də yatmazdan ən azı bir saat əvvəl telefon, planşet və digər ekranlardan uzaqlaşmaq, əvəzində sakitləşdirici fəaliyyətlərə üstünlük vermək tövsiyə olunur.Yuxu saatına da xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd edib. Onun fikrincə, gecə saatlarında çox gec yatmaq və yuxu rejimini tez-tez dəyişmək növbəti gün insanın özünü yorğun və halsız hiss etməsinə səbəb ola bilər. Buna görə də mümkün qədər saat 23:00-dan gec olmayaraq yatmağa çalışmaq və hər gün eyni saatlarda yatıb-oyanmaq faydalıdır. Bununla yanaşı, sağlam yuxu üçün yalnız yatma saatı deyil, ümumi yuxu müddəti də əhəmiyyət daşıyır. Böyüklərin əksəriyyətinin gecə ərzində 7-9 saat yatması tövsiyə edilir.Yuxunun keyfiyyəti yalnız insanın səhər özünü necə hiss etməsi ilə məhdudlaşmır. Yuxu çatışmazlığı gün ərzində diqqətin azalmasına, iş qabiliyyətinin zəifləməsinə və əhvalın dəyişməsinə də təsir göstərə bilər. İnsan kifayət qədər yatmadıqda enerji səviyyəsi aşağı düşə, yorğunluq hissi arta və gündəlik fəaliyyətləri yerinə yetirmək çətinləşə bilər.
Həmçinin oxuyun
Dietoloqun sözlərinə görə, yuxu rejiminin pozulması qidalanma davranışında da özünü göstərə bilər. Az yatmaq iştahın tənzimlənməsinə təsir edərək bəzi insanlarda şirniyyatlara və yüksək kalorili qidalara meyli artıra bilər. Yorğunluq zamanı insan enerji əldə etmək üçün daha çox şəkərli qidalara üz tuta bilər. Bu isə uzun müddət davam etdikdə balanslı qidalanma rejiminin qorunmasını çətinləşdirə bilər.O vurğulayıb ki, yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün bütün bu amillərə birlikdə diqqət yetirilməlidir. Axşam yeməyini vaxtında qəbul etmək, kofeinli içkiləri günün gec saatlarında içməmək, yataq otağını sərin saxlamaq, yatmazdan əvvəl sosial şəbəkələrdən uzaqlaşmaq və sabit yuxu rejimi formalaşdırmaq daha rahat istirahətə kömək edə bilər.
Dietoloq əlavə edib ki, insan bütün bu qaydalara əməl etməsinə baxmayaraq yuxu problemi yaşayırsa, səbəbi araşdırmaq vacibdir. Davamlı yuxusuzluq, gecələr tez-tez oyanmaq, səhərlər dincəlməmiş halda qalxmaq və gün ərzində həddindən artıq yuxululuq müxtəlif amillərlə əlaqəli ola bilər. Belə hallarda problemin yalnız gündəlik vərdişlərlə bağlı olduğunu düşünmək əvəzinə, mütəxəssisə müraciət etmək daha məqsədəuyğundur.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı
Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...
26 Oktyabr 2026, 10:30
Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq
Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...
26 Oktyabr 2026, 08:30
Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq
Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...
23 Oktyabr 2026, 10:30
Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin
Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...
23 Oktyabr 2026, 09:30
Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi
Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...
23 Oktyabr 2026, 08:30
50 yaşdan sonra qadınlar bu xəstəliklərə qarşı diqqətli olmalıdır
Onkoloji xəstəliklər bu gün dünyada ən ciddi sağlamlıq problemlərindən biri kimi qalmaqdadır. Xüsusilə 50 yaşdan sonra qadınlarda bu xəstəliklərə daha tez-tez rast gəlindiyi mütəxəssislər tərəfindən qeyd olunur. Bu yaş dövrü qadın orqanizmində həm hormonal, həm də fizioloji dəyişikliklərin baş verdiyi mərhələ hesab edilir və məhz bu səbəbdən müntəzəm tibbi müayinələrin əhəmiyyəti daha da artır. Bəs 50 yaşdan sonra qadınlarda onkoloji xəstəliklərin çoxalmasının səbəbləri nələrdir?Ginekoloq Mehriban Musayeva mövzu ilə bağlı Citypost.az-a açıqlamasında bu məsələyə aydınlıq gətirib. O bildirib ki, onkoloji xəstəliklərin yaranmasında bir neçə səbəb qrupu mövcuddur və bunlar yaşla birlikdə daha qabarıq şəkildə özünü göstərə bilir. Həkimin sözlərinə görə, bu...
22 Oktyabr 2026, 11:00