Bizə yazın

Baku

-°C

USD

-

Hökməli–Qobu–Güzdək yolunda təmir işləri aparılır

Cəmiyyət 26 Oktyabr 2026, 11:28

506

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.

Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir.

Təmir işləri çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulur. Bunun üçün səth və yağış sularının ərazidən kənarlaşdırılmasını təmin edəcək suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.

Görülən tədbirlər yolun hərəkət hissəsində su yığılmasının qarşısının alınmasına, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin azaldılmasına və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edəcək.

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması və avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunması planlaşdırılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

SOCAR prezidenti Rövşən Nəcəf Everestə qalxıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin adı Everest zirvəsinə qalxanların siyahısında yer alıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, “High Adventure Expeditions” saytında “The Himalayan Database” məlumatları əsasında yayımlanan siyahıda onun zirvəyə 2025-ci il mayın 18-də qalxdığı göstərilir.Siyahıda adı “Rovshan Najaf” kimi qeyd olunan şəxsin Azərbaycan vətəndaşı olduğu, qalxış zamanı 43 yaşında olduğu bildirilir. Qalxış marşrutu isə Cənub aşırımı–Cənub-şərq silsiləsi kimi göstərilib.Qeyd edək ki, Rövşən Nəcəf 2022-ci il iyulun 21-də SOCAR-ın prezidenti vəzifəsinə təyin olunub.İndiyədək Everest zirvəsinə qalxanlar arasında Azərbaycanı təmsil edən İsrafil Aşurlu (19 may 2007), Murad Aşurlu (19 may 2013), Vadim Vokryaçko (24 may 2019), Elmira Aslanova...

26 Oktyabr 2026, 12:03

ETN: Heç kim Azərbaycanın təhsil siyasətinə müdaxilə edə bilməz

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur".Citypost.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb."Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur....

26 Oktyabr 2026, 11:48

"Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu"

Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu. Sonra ona Salam Sarvan frazeologizm pandemiyasını da əlavə etdi.Dünya poeziyası, fəlsəfəsi, nəsri ələk-fələk olundu, eşələndi, içindən ən yaxşı, ən gözəl, ən effektiv metaforalar, bədii ifadələr seçilib başqa-başqa kontekstlərdə yaradıcı enerjinin hərarəti ilə poeziyamızın içində duyğu və düşüncələrə qaynaq edildi. Məsələn, tutaq ki, hamımızın əzbər bildiyi kəsilmiş ağaca müraciətən  deyilən "sən yıxılan ucalıqlar qalacaq" ifadəsi Cek Londonun Amerikanın Tayqasında ağackəsənlərin həyatından bəhs edən bir nəsr əsərindəki bir cümlənin şeirə çevrilən variantıdır. Hər bir ağıllı, bəsirətli oxucu anlayar ki, insan taleyinə işarə ilə ağaca deyilən bu ifadə məhz Tayqa meşəliklərində nəhəng, uca ağacların...

26 Oktyabr 2026, 11:39

İlham Əliyev Avstriya Prezidentini təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram"....

26 Oktyabr 2026, 11:37

"Düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan" 

Bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz maraqlarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir. Bəri başdan deyim ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur.Məni peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Hammurapinin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. Mişel Fukonun təbirincə desək, "bioiqtidarların" öz qövmlərinə  “paltarbiçdi” faktlarıdır. Dinin və siyasətin dərziliyinin, yaxud...

26 Oktyabr 2026, 11:11

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avstriyanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib."Milli Gün münasibətilə Avstriya xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!" - paylaşımda qeyd olunub.

26 Oktyabr 2026, 11:05