ETN: Heç kim Azərbaycanın təhsil siyasətinə müdaxilə edə bilməz
Cəmiyyət 26 Oktyabr 2026, 11:48
517
"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur".
Citypost.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yaydığı açıqlamada əksini tapıb.
"Bu, tamamilə yersiz açıqlama olaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdindən başqa bir şey deyildir. Heç kimə ölkəmizin daxili işlərinə, o cümlədən təhsil siyasətinə müdaxilə etməyə icazə verilmir və bu kimi müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınır.
İran rəsmilərinə tövsiyə edərdik ki, başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz ölkələrinin problemləri ilə məşğul olsunlar.
Həmçinin oxuyun
İranın həyata keçirdiyi siyasət nəticəsində bu ölkədə Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur. Ali təhsil müəssisələrində də Azərbaycan dilində tədris həyata keçirilmir. Halbuki İran əhalisinin təxminən 40 milyonunu köklü etnik azərbaycanlılar təşkil edir və onlar onilliklərdir öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər.
İranın elm, tədqiqat və texnologiya naziri və bu mövzuda İranda çıxış edən digər şəxslər yaxşı olardı ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək əvəzinə məhz bu məsələlərlə məşğul olsunlar və onilliklərdir davam edən bu misli görünməmiş ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görsünlər", - açıqlamada bildirilib.
Qeyd edək ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi Sərraf Azərbaycanda vahid məktəbli geyiminin tətbiqinə qarşı çıxıb və təhsil hüququndan məhrum olduqlarını iddia edən qızlara "azad təhsil mühiti" yarada biləcəklərini elan edib, eyni zamanda deyib ki, İran universitetləri azərbaycanlı qızları qəbul etməyə hazırdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda sabah 21 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 27-də 21 dərəcə isti olacaq.Bu barədə Citypost.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti, dağlarda gecə 0-5° isti,...
26 Oktyabr 2026, 12:26
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.Citypost.az xəbər verir ki, dövləti başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırladı, görüş əsnasında Azərbaycanla Niderland arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparıldığını vurğulayıb.Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi, bu səfəri siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığı müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndirib.Qəbula görə dövlət başçısına minnətdarlıq edən Tom Berendsen də öz növbəsində Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri ilə görüşünü xatırlayaraq, əməkdaşlığın inkişafı ilə bağlı Baş nazirdən çox...
26 Oktyabr 2026, 12:11
SOCAR prezidenti Rövşən Nəcəf Everestə qalxıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin adı Everest zirvəsinə qalxanların siyahısında yer alıb.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, “High Adventure Expeditions” saytında “The Himalayan Database” məlumatları əsasında yayımlanan siyahıda onun zirvəyə 2025-ci il mayın 18-də qalxdığı göstərilir.Siyahıda adı “Rovshan Najaf” kimi qeyd olunan şəxsin Azərbaycan vətəndaşı olduğu, qalxış zamanı 43 yaşında olduğu bildirilir. Qalxış marşrutu isə Cənub aşırımı–Cənub-şərq silsiləsi kimi göstərilib.Qeyd edək ki, Rövşən Nəcəf 2022-ci il iyulun 21-də SOCAR-ın prezidenti vəzifəsinə təyin olunub.İndiyədək Everest zirvəsinə qalxanlar arasında Azərbaycanı təmsil edən İsrafil Aşurlu (19 may 2007), Murad Aşurlu (19 may 2013), Vadim Vokryaçko (24 may 2019), Elmira Aslanova...
26 Oktyabr 2026, 12:03
"Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu"
Azərbaycan poeziyası Ramiz Rövşəndən başlayaraq bir metaforizm xəstəliyinə tutuldu. Sonra ona Salam Sarvan frazeologizm pandemiyasını da əlavə etdi.Dünya poeziyası, fəlsəfəsi, nəsri ələk-fələk olundu, eşələndi, içindən ən yaxşı, ən gözəl, ən effektiv metaforalar, bədii ifadələr seçilib başqa-başqa kontekstlərdə yaradıcı enerjinin hərarəti ilə poeziyamızın içində duyğu və düşüncələrə qaynaq edildi. Məsələn, tutaq ki, hamımızın əzbər bildiyi kəsilmiş ağaca müraciətən deyilən "sən yıxılan ucalıqlar qalacaq" ifadəsi Cek Londonun Amerikanın Tayqasında ağackəsənlərin həyatından bəhs edən bir nəsr əsərindəki bir cümlənin şeirə çevrilən variantıdır. Hər bir ağıllı, bəsirətli oxucu anlayar ki, insan taleyinə işarə ilə ağaca deyilən bu ifadə məhz Tayqa meşəliklərində nəhəng, uca ağacların...
26 Oktyabr 2026, 11:39
İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Belleni bu ölkənin milli bayramı münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan-Avstriya münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişaf etməsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri birgə səylərimizlə bundan sonra da möhkəmlənərək qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsinə töhfə verəcəkdir.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Avstriya xalqına daim əmin-amanlıq və rifah arzulayıram"....
26 Oktyabr 2026, 11:37
Hökməli–Qobu–Güzdək yolunda təmir işləri aparılır
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Abşeron rayonunda Hökməli–Qobu–Güzdək avtomobil yolunun 4-cü kilometrliyində təmir-bərpa işləri həyata keçirir.Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, hazırda əraziyə cəlb olunmuş xüsusi texnikalar vasitəsilə torpaq işləri görülür, yol yatağının qazılması və hamarlanması istiqamətində tədbirlər davam etdirilir.Təmir işləri çərçivəsində yol örtüyünün dayanıqlığının artırılması və uzunmüddətli istismarının təmin edilməsi məqsədilə drenaj sisteminin qurulması da nəzərdə tutulur. Bunun üçün səth və yağış sularının ərazidən kənarlaşdırılmasını təmin edəcək suötürücü borular və yağış suyu barmaqlıqları quraşdırılacaq.Görülən tədbirlər yolun hərəkət hissəsində su yığılmasının qarşısının alınmasına, yol örtüyünün vaxtından əvvəl sıradan çıxması riskinin azaldılmasına və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin...
26 Oktyabr 2026, 11:28