Bizə yazın

Baku

-°C

USD

-

Bakının DYP İdarəsi yağışın törətdiyi fəsadlarla bağlı müraciət yayıb

Cəmiyyət 22 Oktyabr 2024, 10:31

19583

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.

CityPost.az  xəbər verir ki, idarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.

“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.

Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.

Xatırladaq ki, daha əvvəl paytaxtın İcra Hakimiyyəti Heydər Əliyev prospektindəki Bağırov körpüsünün su basdığını bildirmişdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının bir sıra ərazilərində işıq olmayacaq

İyunun 25-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.Citypost.az  xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək İzmir, Qızıl Şərq, Eldar Ağayev, Mehman Bünyadzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, İmadəddin Nəsimi, Əzim Əzimzadə, Mehdi Abbasov küçələrinin bəzi hissələrini əhatə edəcək.Sabah eləcə də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında 2-ci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri həyata keçiriləcək. Beləliklə, saat...

25 İyun 2026, 09:06

Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Citypost.az xəbər verir ki, iyunun 25-də Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Şuşa rayonunun Böyük Qaladərəsi, Cəbrayıl rayonunun Şükürbəyli, Xocalı rayonunun Ballıca, Badara və Xanabad, Ağdərə rayonunun Çıldıran, Vəngli və Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə adıçəkilən bölgələrə ümumilikdə 58 ailə (237 nəfər) köçürülüb.Ağdərə rayonunun 3 yaşayış məntəqəsinə, 30 ailə (129 nəfər) köçürülüb ki, onlardan 4-ü (23 nəfər) Vəngli kəndinə (cəmi köçürülüb: 145 ailə (576 nəfər)), 13-ü (53 nəfər) Çıldıran kəndinə...

25 İyun 2026, 08:18

Prezident İlham Əliyev Məhəmməd Baqer Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini...

24 İyun 2026, 18:05

FHN yanında İctimai şuranın üzvləri Nazirliyin strukturunda görüş keçiriblər 

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri və Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəhbərliyinin iştirakı ilə işgüzar görüş keçirilib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, tədbirdə Nazirliyin Əməliyyat-İstintaq İdarəsinin rəis müavini polkovnik Seymur Teymurzadə, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini mayor İradə Kərimova, digər məsul şəxslər və İctimai şuranın üzləri iştirak edib.Görüşün keçirilməsində məqsəd Əməliyyat-İstintaq İdarəsinin fəaliyyət istiqamətləri ilə tanışlıq, qurumun səlahiyyətlərinə daxil olan məsələlərə dair fikir mübadiləsinin aparılması olub.Tədbirdə qarşılıqlı əməkdaşlığın inkişafı, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaş müraciətlərinə operativ yanaşma məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, qanunvericiliyin tələblərinin icrası, şəffaflığın təmin olunması və ictimai maraq doğuran məsələlər də müzakirə mövzusu olub.Görüşdə konstruktiv dialoqun...

24 İyun 2026, 17:48

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb 

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.Citypost.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

24 İyun 2026, 17:40

Azərbaycan İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələrini müzakirə edib 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliya arasında enerji təhlükəsizliyi və investisiya layihələri ilə bağlı müzakirələr aparılıb.Citypost.az SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr şirkətin prezidenti Rövşən Nəcəfin İtaliya Deputatlar Palatasının Xarici və Avropa İttifaqı işləri komitəsinin sədri Culyo Tremonti ilə görüşündə baş tutub.Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektoru üzrə strateji tərəfdaşlığın dinamik inkişafından, uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə uğurla genişləndirilməsindən məmnunluq ifadə olunub.Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar....

24 İyun 2026, 17:25